İstilikkeçirmə - şüşənin istilikkeçirməsi 0,7-1,4 Vt/(mºC) təşkil edir ki, bu da misin istilikkeçirməsindən 400 dəfə aşağıdır. Bu göstərici də şüşənin tərkibindən asılıdır. Tərkibdə silisium oksidini digərləri ilə əvəz etdikdə istilikkeçirmə azalır. Temperaturun artması ilə bu göstərici artır, yumşalma temperaturuna qədər qızdırıldıqda isə istilikkeçirmə iki dəfəyüksəlir. Buna görə də istilikkeçirməni müəyyən temperatur intervalında öyrənmək nəzərdə tutulur. Belə ki, istilikkeçirmə temperatura proporsionaldır.