Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə68/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   64   65   66   67   68   69   70   71   ...   77
İstidən genişlənmə xətti (α) və həcmi(β) genişlənmə əmsalları ilə xarakterizə olunur. Bu göstəricilər şüşə nümunəsinin 1ºC qızdırılması zamanı uzunluğunun və həcminin necə dəyişməsini göstərir. Həcmi genişlənmə əmsalı xətti genişlənmə əmsalının üç mislinə bərabərdir.

İstidəngenişlənmə əmsalı şüşə məmulatlarının qaynar emal rejiminin, onların is­tis­mar şəraitinin müəyyən olunmasında, rəngli şüşələrin, iki və üçqatlı şüşələrin, elek­­trik lampalarının alınmasında, şüşənin müxtəlif materiallarla, keramika ilə qay­naq edilməsində və s. vacib göstərici hesab edilir. Bütün bu hallarda şüşənin vədigər materialların termiki genişlənmə əmsalları eyni olmalı təkcə mütləq qiymətlərinə görə deyil, həm də müxtəlif temperaturlarda dəyişmə xarakterinə görə də ciddi şəkildə uyğunlaşdırılmalıdır.

İstidən genişənmə əmsalı şüşənin kimyəvi tərkibindən və temperaturundan asılı olaraq dəyişir. Qələvi oksidlər bu xassə göstəricisini kəskin yüksəldir, MgO, B2O3, SiO2 oksidləri isə hiss ediləcək dərəcədə azaldır. Termiki genişlənmənin qiyməti ge­niş hdlərdə - 5,8 10-7-dən (kvars şüşələrində) 70-90 -7 -yə qədər dəyişir. Termiki gemnişlənmə şüşənin termiki davamlılığına mənfi təsir edir: termiki genişlənmə nə qədər yüksək olarsa temperatur dəyişmələrində şüşə bir o qədər tez dağılır.


Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin