Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə69/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   65   66   67   68   69   70   71   72   ...   77
İstiliyədavamlılıq – şüşə məmulatalarının dağılmadan kəskin temperatur dəyiş­mə­lərinə davam gətirmə qabliyyətidir. Bu göstərici məişət və texniki təyinatlı şüşə məmulatlarının qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir, onların uzun­ömür­­lülüyünə təsir edir. Termiki davamlılıq bir-sıra amillərdən və şüşənin xassələ­rindən asılıdır: termiki genişlənmə, istilikkeçirmə, dartılma zamanı möhkəmlik, upruqluq modulu, istilik tutumu, məmulatın qalınlığı və forması, şüşənin bircinslilik dərəcəsi vəs. Buna görə də hazır şüşə məmulatlarının termiki davamlılığının onların real istismar şəraitlərinə uyğun temperaturda təyin olunması məqsədəuyğun hesab edilir. Bu göstərici temperaturun uyğun dərəcədə dəyişməsi zamanı məmulatların davam gətirdiyi istilik növbələşmələrinin sayı ilə müəyyən edilir. Bundan başqa istiliyə davamlılıq haqqında məmulatın dağılmasının baş verdiyi temperaturlar fərqi vəək olar. digər göstəricilərə əsasən də fikir yürütmək olar.

İstiliyə davamlılıq nə qədər yüksəkdirsə istidən genişlənmə aşağıdır, istilik­ke­çirmə və dartılma zamanı möhkəmlik isə yüksəkdir. Kvars şüşələri ən yüksək istiliyə davamlılığı və az istilikdən genişlənməsi ilə xarakterizə olunur. Məmulatın upruqluq modulu, şüşənin kimyəvi tərkibinə və qalınlığına görə qeyri-bircinsliliyi yüksəldikcə termiki davamlılıq aşağnı düşür. Tərkibində qələvi oksidəri az olan, bor və titan oksidləri çox olan şüşə məmulatlarıyüksək istiliyə davamlılığa malik olurlar.

Şüşə məmulatlarının istiliyə davamlılığı həmçinin onların səthinin vəziyyətindən də asılıdır: səthdə cızıq, çat və digər nöqsanlar olduqda termiki davamlılıq azalır. Nöqsanların kənarlaşdırılması, o cümlədən istiliyə davamlılığın yüksəlməsi üçün mə­mu­latlar termiki emaldan keçirilir, daha sonra isə əridici turşularla aşındırılır. İti tillərə və çıxıntılara malik olan məmulatların istiliyə davamlılığı aşağı olur.

Şüşə məmulatlarının termiki davamlılığını müqayisəli qiymətləndirmək üçün laboratoriya sınaqları ilə yanaşı bəzən termiki davamlılıq (T) əmsalından da istifadə edirlər ki, bu da aşağıdakı düsturla hesablanır:

T=

Burada: – şüşənin dartılması zamnaı dağıdıcı gərginlik, MPa; α – xətti genişlənmə əmsalı; E- upruqluq modulu, MPa; – istilikkeçirmə əmsalı,Vt/(mºC); c-xüsusi istilik tutumu, kC/(kqº C); – sıxlıq, kq/sm3.

Buradan belə nticəyə gəlmək olar ki, istiliyə davamlılıq dartılma möhkəmliyi və istilikkeçirmə ilə düz, termiki genişlənmə və upruqluq modulu ilə tərs mütənasibdir.

Məmulatların istiliyə davamlılığının onun divarının qalınlığından asılılığını müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə etmək olar:

x=

burada, x – qızdırıb-soyutma zamanı məmulatın davam gətirdiyi temperaturlar fərqi, ºC; T – məmulatın hazırlandığı şüşənin istiliyə davamlılığı, ºC; a – məmulatın divarının qalınlığı, mm-lə.

Qeyd etmək lazımdır ki, şüşələrin tez qızdırılmaya qarşıgöstərdiyi müqavimət kəskin soyudulmaya qarşı göstərdiyi müqavimətdən daha yüksəkdir. Bu onunla izah edilir ki, tez soyudulma zamanı şüşənin üst təbəqəsində yüksək dartılma gərginliyi yaranır, ancaq daxildə, nisbətən isti qatda isə sıxılma gərginliyi yaranır. Soyudulma zamanı temperaturun aşağı düşməsi nəqədər yüksəkdirsə, bu gərginlik də bir o qədər yüksək olacaqdır. Üst təbəqəd yaranan dartılma gərginliyi daxili qatda yaranan daha yüksək sıxılma gərginliyinə davam gətirə bilmir və nəticədə şüşə dağılır.

Şüşənin tez qızdırılması zamanı isə üst təbəqədə sıxılma gərginliyi, daxili təbəqədə isə dartılma gərginliyi yaranır. Bu halda sıxılma gərginliyi daxili qatda yaranan az miqdarda dartılma gərginliyinə asanlıqla davam gətirir və buna grə şüşə məmulatınn dağılması baş vermir.




Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin