Sındırma əmsalının temperaturdan asılılığı. Sındırma göstəricisi (n) temperaturun artması ilə böyüyür (şəkil 3.2 a,b) və şüşənin yumşalma temperaturuna yaxın temperaturda o, özünə məxsus dəyişkənliyə məruz qalır. Bu sahədə hər temperatur öz bərabərçəkili molekul strukturuna uyğun gəlir, həm də şüşəyəbənzər sistem yaratmağa cəhd edir. Bu bərabərçəkiyə nail olma sürəti şüşənin özlülüyünü təyin edir.
Şəkil 3.2. Şüşənin sındırma göstəricisinin temperaturdan aslılığı
Şüşə strukturası bərabərçəki vəziyyətini aldıqdan sonra, şüşənin həmin temperaturda sonrakı saxlanılması onun xassəsini dəyişməyəcək. Bu vəziyyətdə şüşə sabitləri tarazlıq sabitləri adlanır.
Akademik A.A.Lebedev və A.N.Stocarov təsdiq etmişlər ki, şüşənin tarazlıq halında sındırma göstəricisi temperaturun azalması ilə azalır və ondan xətti asılıdır. Şəkil 3.2-dəki bq xətti sındırma göstəricisinin tarazlıq xətti adlanır.
Şüşənin yüksək özlülüyünün sistemi bərabərşəkili vəziyyət almaqla imkan vermədiyi temperaturda sındırma göstəricisi şüşənin belə aşağı temperaturda saxlanması zamanı dəyişmir. Temperatur dəyişməsi ilə sındırma göstəricisinin dəyişməsi bu sahədə düzxətl boyunca artandır (ab düz xətti), başqa sözlə tarazlıq göstəricisinin əks gedişidir. Bu düz xətt sındırma göstəricisinin təmiz temperatur dəyişməsidir.
Əgər şüşə hissəsi yumşalmaya yaxın temperatura qədər tez qızdırılsa və bu temperaturda saxlansa sındırma göstəricisi temperaturdan asılı olaraq artıb azalacaqdır. Əgər bu temperaturda nümunənin ilkin sındırma göstəricisi verilmiş temperaturda tarazlıq göstəricisindən (1 nöqtəsi) çox olarsa, nümunənin həmin temperaturda saxlanması zamanı onun sındırma göstəricisi o vaxta qədər azalacaq, nə qədər ki, tarazlıq sındırma göstəricisi yaranmamışdır, başqa sözlə tarazlıq xətti alınmamışdır.
Əgər təcrübə temperaturunda başlanğıc sındırma göstəricisi tarazlıqdan aşağıdırsa, onda o tarazlıq xəttinə yaxınlaşmaqla artacaq (2 nöqtəsi). Nümunənin qızdırılma prosesində yanma temperaturuna yaxın temperatur oblastında sındırma göstəricisinin dəyişməsi temperatur və struktur dəyişməsi nəticəsində eyni vaxtda baş verəcəkdir. Bu halda dəyişmə ab əyrisi ilə verilə bilər (şəkil 3.2).
Dostları ilə paylaş: |