Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə26/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   22   23   24   25   26   27   28   29   ...   77
Astraxonit rəngsiz yaxud sarımtıl-qırmızı rəngə boyanmış mineraldır. Tərkibində MgSO4 (34%-ə yaxın); NaCl (8%-ə qədər) və CaSO4 (4%-ə qədər) vardır.

Na2SO4-ün parçalanması üçün şixtaya reduksiyaedici (kömür) koks şəklində, antrasit, doğranmış, xırdalanmış ağac kömürü, həmçinin ağac ovuntusu əlavə edilir. Nəzəriyyəcə natrium sulfatın reduksiyası üçün 4,22% karbon tələb olunur, praktiki olaraq isə 6,5% və daha çox daxil edilir.



Soda – həmçinin şüşənin tərkibinə natrium oksidini daxil etmək məqsədilə istifadə olunur. Bu xammal kalsiumlu sodanın susuzlaşdırılması yolu ilə alınır. 855ºC temperaturda əriyir. Sodanın çatışmayan cəhəti tərkibində çoxlu miqdarda natrium xlor və sulfat, dəmir oksidi kimi zərərli qarışıqların olmasıdır.

Şüşə məmulatlarının istehsalında kristallik soda demək olar ki, istifadə olunmur, belə ki, onun tərkibində çoxlu miqdarda su var ki, bunun da buxarlanması üçün yüksək miqdarda istilik tələb olunur. Şüşə istehsalı üçün kalsium sodasından istifadə edilməsi daha perspektivli hesab edilir. Bu soda hiqroskopikdir, ona görə də rütubətdən qorunmalıdır.




Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin