Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə31/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   27   28   29   30   31   32   33   34   ...   77
Azotlu barium Ba (NO3)2 (molekul çəkisi 261,38, xüsusi çəkisi 3,2). Şüşəyə 58,6% BaO daxil edə bilir. Optiki şüşə istehsalında tətbiq edilir.

Az miqdarda (0,5%) BaO bişməni sürətləndirir, çox miqdarda şəffaflaşmanı çətinləşdirir. Na2O-u BaO-lə əvəz etdikdə şüşənin kimyəvi davamlılığı 4% artır.

Bariumlu şüşə yüksək parıltıya, daha yüksək işıqkeçirmə əmsalına və yüksək xüsusi çəkiyə malik olur. Hansı ki, bu göstəricilər əhəngli şüşəninkindən yuxarı, qurğuşunlu şüşəninkindən aşağıdır.

BaO optiki və xüsusi şüşələrin, həmçinin yüksək sortlu və xüsusilə press qabların istehsalına sərf olunur. Bariumlu birləşmələr həmçinin tara və pəncərə şüşələrinin tərkibinə bişməni sürətləndirici kimi 0,5% daxil edilir.

Şüşə istehsalında D.N.Mendeleyev dövri sisteminin  qrup elementlərindən sink, berillium, stronsium və kadmium da tətbiq edilir.

Sink oksidi ZnO (m.r. 81,38; x.r-5,6), şixtanın tərkibinə sink oksidi və sink ağardıcısı vasitəsilə daxil edilir. Sink oksidi şüşənin termiki genişlənmə əmsalını azaldır, buna görə də bu şüşələr kəskin temperatur dəyişmələrinə tamamilə davamlı olur, kimyəvi davamlılıq yüksəlir və şüalandırma əmsalı artır.

Süd rəngli şüşə istehsalında sink oksidi ftoristli birləşmələrlə birlikdə tətbiq edilir ki, bu da ağlığı və parlaqlığı artırır. Sink oksidi optiki, termiki davamlı, laboratoriya və süd rəngli şüşə istehsalında tərkibə qatılır.




Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin