Berillium oksidi BeO (molekul çəkisi 25,01). Daha çox beril mineralı 3BeOAl2O3 x 6SiO2 şəklində rast gəlinir. Berillium oksidi termiki genişlənmə, əmsalını əhəmiyyətli dərəcədə azalda bilir, kimyəvi və termiki davamlılığı artırır, ultrabənövşəyi şüalar üçün şəffaflığı artırır, həmçinin şüşənin sındırma əmsalını və bərkliyini artırır. Buna görə də onu müxtəlif işıq texnikası, rentgen və xüsusi təyinatlı şüşələrin hazırlanmasında tətbiq edirlər. BeO həmçinin tərkibində 36,25% BeO olan karbonatlı birləşmə şəklində də istifadə olunur.