Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə35/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   31   32   33   34   35   36   37   38   ...   77
Sirkonium 2 oksidi ZrO2 - şüşənin (bütün əsas oksidlər nisbətən) kimyəvi davamlılığını artırır, termiki genişlənmə əmsalını daha çox azaldır, buna görə də termiki və kimyəvi davamlı şüşələrin istehsalında tətbiq edilir. Kalsium oksidini ZrO2 ilə əvəz etdikdə şüşənin mexaniki xassələri yaxşılaşır, dağılmağa və sıxılmağa qarşı müqaviməti tədricən artır, kövrəkliyi azalır. Yüksək sındırma əmsalına görə sirkonium oksidi optiki şüşənin komponentlərindən birini təşkil edir.

ZrO2 sənaye şüşəsinin tərkibinə məhdud şəkildə (0,5-5 çəki %-i) daxil edilir, bu da onun intensiv səs boğucu olmasının nəticəsidir.

Sirkonium oksidi yüksək keyfiyyətli odadavamlı material olduğundan (ərimə tem­peratur 2700C), kimyəvi təsirlərə qarşı əhəmiyyətli dərəcədə da­vamlı olduğun­dan onu müxtəlif odadavamlı məmulatların hazırlanmasında tətbiq edirlər.

Sirkonium oksidi üçün xammal sirkoniumlu baddelit – təmiz ZrO2 və sirkonium, slikat – 67,23% ZrO2 və 32,77% SiO2 – hesab edilir.

Torium oksidi ThO2 (molekul çəkisi 264,12). Optiki şüşələrin və odadavamlı şüşələrin istehsalında tətbiq edilir.


Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin