Natrium sulfat Na2SO4 – şixtanın tərkibinə 0,5-1% miqdarda daxil edilir və onun şəffaflaşdırıcı təsiri temperaturdan və bişmənin davamlılığından asılıdır.
Xlorlu natrium NaCl (molekul çəkisi 58,45, xüsusi çəkisi 1,5). Şixtaya 0,5-1% miqdarda daxil edilir.
Üçoksidli arsen – As2O3 (molekul çəkisi 197,82, xüsusi çəkisi 3,7). Arsenli flizdən, arsenli priti – FeAsS – sublimasiya etmək yolu ilə alınır. Əridilmiş şüşə kütləsinə kəsiklər halında daxil edildikdə daha yaxşı şəffaflandırıcı təsir göstərir. Üçoksidli arsen həmçinin selen və manqan pereksi kimi şəffaflaşdırıcıların artıq miqdarda götürülməsindən yaranmış qırmızı rəng çalarının yox edilməsi üçün də tətbiq edilir. Üçoksidli arsen manqan pereksi ilə boyanmış şüşə kütləsinə təsiri zamanı manqan pereksi manqan oksidinə çevrilir: 4MnO2=2Mn2O3+O2, sonra manqan oksidi üçoksidli arsenin təsirilə rəngsiz ən aşağı dərəcəli manqan oksidinə çevrilir.