Magİstratura mərkəz



Yüklə 462,57 Kb.
səhifə48/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   44   45   46   47   48   49   50   51   ...   77
Kobalt birləşmələri yaşıl rəngli CoO-i tozu və tünd qəhvəyi və ya qara rəngli Co2O3 tozu şəklində işlədilir. CoO-i şüşəni göy rəngə boyayan intensiv boyayıcı kimi məşhurdur. Kobaltla boyanma bişmə rejimindən, oksidləşdirici və bərpaedici şərtlər­dən, həmçinin şixtada sulfat və nitratların miqdarından asılı deyildir. Boyanmanın intensivliyi CoO-nin miqdarından və şixtanın tərkibindən asılıdır. Kaliumlu şüşələrdə natriuma nisbətən daha intensiv göy rəng alınır. Kobalt birləşmələrini digər boya­yı­cılarla, məsələn, xrom və mis birləşmələri ilə birlikdə tətbiq etdikdə xoşagələn ya­şım­tıl mavidən, göyümtül-yaşıla qədər çalarlarda göy və yaşıl rəngli şüşə alınır. Kobalt birləşmələrini MnO2 ilə birlikdə tərkibə daxil etdikdə purpur, bənövşəyi və qara rənglərdə şüşə alınır. Kobalt fövqəladə intensiv boyayıcı olduğundan onu şixtaya çox az miqdarda daxil edirlər.


Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin