Oksidləşdiricilər və bərpaedicilər – şüşənin bişirilməsi zamanı dəmir oksidinin dəmir-3 oksidinə çevrilməsi üçün uyğun mühitin yaradılmasını və saxlanmasını təmin edir. bu məqsədlə hər şeydən əvvəl natrium və kaliumlu selitra, arsen-3 oksid istifadə olunur. Kaliumlu selitra çox yüksək temperaturda daha yüksək effekt yaradır. Bundan başqa selitra və arsen-3 oksidin birlikdə tətbiqi də yüksək səmərə verir, beə ki, bu zaman arsen-3 oksidi 5 oksidə çevriir ki, bu da br çox boyaqlrın oksidləşməsinə səbəb olur.
Bərpaedicilər kimi karbon koks və ağac kömürü formasında, qalay oksidi, xlorlu qalay birləşmələri və s istifadə olunur. Şüşə kütləsinin bişməsinin sürətləndirilməsi və temperaturunun aşağı salınması məqsədilə şixtanın tərkibinə ftorlu kalsium, bor anhidrid, kalium-nitrat və natriumla alüminium oksidi əlavə edilir.
Dostları ilə paylaş: |