Magİstratura mərkəz


Şüşə məmulatlarının keyfiyyətinə qoyulan tələblər



Yüklə 462,57 Kb.
səhifə9/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   5   6   7   8   9   10   11   12   ...   77
1.2. Şüşə məmulatlarının keyfiyyətinə qoyulan tələblər

Şüşə məmulatlarının keyfiyyəti onlara verilən ümumi istehlak tələblərlərinə və texniki şərtlrdə, sahə standartlarında və digər normativ-texniki sənədlərdə qoyulan tələblərə əsasən müəyyən edilir. Şüşə məmulatlarına qoyulan ümumi istehlak tələbləri aşağıdakı kimi qruplaşdırılır (şəkil1.3):



  • Funksional tələblər

  • Erqonomik tələblər

  • Estetik tələblər

  • Etibarlılıq tələbləri

  • Təhlükəsizlik tələbləri




Şəkil 1.3. Şüşə məmulatlarının keyfiyyətinə qoyulan ümumi istehlak tələbləri

Şüşə məmulatlaının keyfiyətinə qoyulan funksional tələblər şüşənin təbiətindən, formasından, ölçüsündən və təyinatından asılıdır. Bütün bu amillər şüşə məmulatının forma və ölçülərini müəyyən edir. şüşənin təyinatından asılı oaraq kimyəvi, termiki, mexaniki, atmosfer təsirlərinə qrşı davamlılıq, forma və ölçü göstəriciləri və s. funksional tələbləri təmin edən xassələr qrupuna daxil edilə bilər. Məsələn, pəncərə şüşələri üçün işıqburaxma, laboratoriya şüşələri üçün yüksək kimyəvi davamlılıq, mətbəx qazanları üçün termiki davamlılıq vəs. kimi keyfiyyətə qoyulan tələblər funksional tələblər sırasina daxil edilə bilər.

Erqonomik tələblər - hər şeydən əvvəl şüşə məmulatlarınnı istifadə rahatlığırı və gigyenikliyi ilə bağlı olan tələblərdir (şəkil 1.4). Şüşə material və məmulatlarının rahatlığı onların əldə rahat tutulması, daşınması, qoruyub saxlama (mühafizəetmə) funksiyasını yerinə yetirməsi, çirkdən asnlıqla yuyulub təmizlənməsi həmçinin daşınma və saxlanmasının rahatlığı ilə bağlıdır. Bu tələblər isə öz növbəsində material və məmulatın ümumi parametrləri ilə, forması, ölçüsü ilə, ayrı-ayrı detalların yerləşməsi vəziyyəti, kütlənin paylanması xarakteri ilə təmin edilir.

Gigiyenik tələblər isə, hər şeydən əvvəl, şüşənin təbiəti xassələri və formanın xüsusiyyətləri ilə bağlıdır.




Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin