Dissertasiya işinin strukturu: Dissertasiya işi girişdən, 9 paraqrafı özündə birləşdirən 3 fəsildən, maraq doğuran nəticə və təkliflər, həmçinin ədəbiyyat siyahısından ibarətdir.
FƏSIL 1. BEYNƏLXALQ TİCARƏTİN VƏ İQTİSADİ ARTIMIN NƏZƏRİ-KONSEPTUAL ƏSASLARI
1.1.Beynəlxalq ticarət və iqtisadi artım konsepsiyalarının qarşılıqlı əlaqəsinin xarakteristikası
Dünya iqtisadiyyatının indiki inkişaf səviyyəsində qarşısında dayanan həyati əhəmiyyətli məsələləri həll etmək üçün Azərbaycan Respublikası qloballaşan iqtisadiyyat xammal əlavəsi olaraq yox, dünya sivilizasiyasının bərabərhüquqlu üzvü olaraq inteqrasiya etməlidir. Amerikan iqtisadçısı olan M.Kastelsin qeyd etdiyi kimi, «qlobal iqtisadiyyat yüksək dərəcədə dinamikdir, eksklyuzivdir və bununla yanaşı milli sərhədlər baxımından yüksək dərəcədə sabit sistemdir. »Məhz bu sabitliyi, milli mənafeləri qorumaq və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etmək üçün həmin proseslərdə xarici ticarətin rolunu izah edən nəzəriyyələri nəzərə almaq böyük əhəmiyyət kəsb edir. İqtisadiyyatın yaxud da başqa hansısa elm sahəsinin tərəfinin “nəzəriyyə”sinin əsas məqsədi həmin sahənin predmetinə, obyektinə aid olan hadisələrin səbəblərini izah etmək, onlar arasındakı “səbəb-nəticə” əlaqələrini göstərməkdir. Beynəlxalq ticarət nəzəriyyələrinin də ilkin məqsədi ölkələr arasında hazırda əhəmiyyətli hadisə hesab edilən əmtəə və xidmət idxal və ixraaclarının əsas səbəblərini diqqətə çatdırmaqdır.
XVIII əsrin ikinci yarısına kimi xarici ticarəti hərtərəfli izah edən araşdırmalar mövcu deyil. Bununla belə, o vaxta qədər mövcud nəzəriyyələrdə xarici ticarət anlayışına səthi formada toxunulurdu. Belə ki, beynəlxalq ticarətin elmi cəhətdən ilk olaraq sistemli şəkildə təhlil edildiyi əsər “ İqtisad elminin Atası” hesab edilən Adam Smitin “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat” əsəridir. Hazırkı dövrə qədər beynəlxalq ticarət nəzəriyyələri nəzərəçarpan dərəcədə inkişafa məruz qalmışlar.
Dostları ilə paylaş: |