Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu



Yüklə 461,5 Kb.
səhifə28/41
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#106152
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
İnvestisiya qoyuluşlarının həcminə təsir edən amillərdən aşağıdakıları göstərmək olar:

1). Yeni istehsalın inkişafına yönəldilmiş investisiya qoyuluşları hesabına məhsul istehsalının (işin, xidmətin) həcminin yüksəldilməsi;

2). Əsas kapitalın köhnəlmə səviyyəsi (köhnəlmə əmsalı);

3). Yeni məhsulun rentabellik səviyyəsinin yüksəldilməsi.

Nəzəriyyə və praktikadan məlumdur ki, investisiya qoyuluşlarına olan tələbat göstəricisindən uzunmüddətli, ortamüddətli və qısamüddətli proqnozlaşdırmada geniş istifadə edilir. Mikrosəviyyədə investisiya qoyuluşlarına olan tələbat parametri avadanlıqlara çəkilən xərclər əsasında biznes-plan formalaşdırılarkən müəyyən olunur. İnvestisiya resurslarına olan ümumi tələbatın həcmi investisiyanın mümkün həcmi ilə müqayisə edilir. Məlumdur ki, investisiya qoyuluşlarına olan tələbatın həcmi onların mümkün həcmini üstələyir. Buna görə də, istehsal və qeyri-istehsal təyinatlı əsas fondların istismara verilməsi planlaşdırılarkən aşağıdakıları nəzərə almaq lazım gəlir:

a). İstehsal və qeyri-istehsal təyinatlı əsas fondlardan istifadənin yaxşılaşdırılması ehtiyatlarının aşkara çıxarılması;

b). Əsas fondların genişləndirilməsi və yeni tikinlilərin planlaşdırılması;

v). Tikintinin istismara verilmə müddətinin qısaldılması;

q). Prioritet və daha səmərəli layihələrin seçilməsi yolu ilə investisiya resurslarından istifadənin səmərəliliyinin təmin olunması.

Müəssisə (firma) üzrə investisiya qoyuluşlarının həcmi istehsal gücü balansına əsaslanaraq aşağıdakı kimi hesablanılır:


İn.v.h. = Yu ∙ ∆İ (1.5.)
∆İ = (1.6.)
Burada, İn.v.h. – perspektiv dövrdə zəruri olan investisiya qoyuluşlarının həcmini, Yi – güc vahidinə düşən investisiya qoyuluşlarının xüsusi çəki normativini, ∆İ – perspektiv dövrdə istehsal gücünə olan əlavə tələbatı, P – plan ilində istehsalın həcmini, P0 – plan ilinin əvvəlinə istehsal gücünün tam mənimsənilməsi hesabına məhsul istehsalının kəmiyyətini, Pi – i ilində işə salınmış, lakin plan ilinin əvvəlinə tam istifadə edilməmiş istehsal gücü hesabına məhsul buraxılışını, İo – plan ilinin əvvəlinə tam mənimsənilmiş istehsal gücünü, Ro – plan ilinin əvvəlinə tam mənimsənilmiş istehsal gücündən istifadə əmsalını, İi – i ilində istifadəyə verilmiş istehsal gücünü, Ri – ilində istifadəyə verilmiş istehsal gücündən istifadə əmsalını, M – ümumi gücün tərkibində plan ilində isifadəyə verilmiş orta illik istehsal gücünün xüsusi çəkisini, Ri – plan ilində istifadəyə verilmiş istehsl gücündən istifadə əmsalını göstərir.

Müəssisələrdə əsas fondların istifadəyə verilməsinin zəruriliyi və ona olan əlavə tələbat (Ft) aşağıdakı düstura əsasən hesablanır:


∆Ft = (1.7.)
Burada, Mi – plan ilində məhsul istehsalının həcmini, F – plan ilinin əvvəlinə əsas fondların həcmini, Fv – əsas fondların bir manatına düşən məhsulun dəyərini, İs – ümumi fondların tərkibində plan ilində işə salınan əsas fondların dəyər ifadəsində xüsusi çəkisini, Fi və Fni – plan ilində və ondan əvvəl istifadəyə verilən əsas fondların mənimsənilmə əmsalını xarakterizə edir.

Plan ilində işə salınacaq obyektlər üzrə lazım olan investisiya qoyuluşlarına həcmi əsas fondların orta illik artım sürətindən və tikintinin aparılması müddətindən asılı olaraq aşağıdakı düsturla hesablanılır:


(1.8.)
Burada, ∆Fni – plan ilində işə salınacaq əsas fondların artım tempini, Fo – əsas fondların işə salınmasının orta illik artım tempini, Tm – tikintinin başa çatdırılması müddətini göstərir.

İnvestisiya qoyuluşlarının həcmi, bir qayda olaraq sosial infrastruktur sahələr üzrə də hesablanılır. Bu zaman tikinti obyektlərinin spesifik xüsusiyyətlərindən asılı olaraq investisiya qoyuluşlarının həcmi, güc və sahə vahidinin dəyər göstəricilərinə əsasən qiymətləndirilir. Bundan başqa sözügedən istiqamətdə təhlil işi aparılarkən əhalinin sosial inkişafının yüksəldilməsi səviyyəsini xarakterizə edən normalardan istifadə olunur. Məsələn, mənzil tikintisinə tələb olunan investisiya qoyuluşlarının həcmi regionlar, rayonlar və şəhərlər üzrə fərqlənir və ona olan əlavə tələbat bir kvadrat metr yaşayış sahəsinin orta dəyərinə görə müəyyən edilir və aşağıdakı qaydada hesablanılır:


İn.v.h. = S ∙ D + ∆BT (1.9.)
Burada, İn.v.h. – planlaşdırılan dövrdə mənzil tikintisi üçün zəruri olan investisiya qoyuluşlarının həcmini, S – planlaşdırılan dövrdə tələb olunan əlavə mənzil sahəsini, D – tikinti aparılan aparılan regionda (ərazidə) bir kvadrat metr mənzil sahəsinin orta dəyərini, ∆BT – planlaşdırılan dövrdə başa çatmış mənzil tikintisi üçün zəruri olan investisiya qoyuluşunun həcmini göstərir.

Səhiyyə müəssisələrinin inkişafına investisiya qoyuluşlarının həcmini prqonozlaşdırarkən regionda yerləşən xəstəxanaların çarpayı ilə təmin olunması, palatanın ümumi sahəsi, bir çarpayı sayı ilə tikintinin orta dəyəri və s. göstəricilər nəzə alınır. Məktəb tikintisi üçün lazım olan investisiya qoyuluşlarına tələbat şagird yerlərinə olan tələbata və bir şagird yerinin tikilməsinə çəkilən xərcin məbləğinə görə hesablanılır. Məktəb binasının tikintisi şəhər və kənd yerləri üçün ayrı-ayrılıqda müəyyənləşdirilir. Bu zaman şagirdlərin say artımı, istifadəyə veriləcək şagird yerlərinin sayı, mövcud şagird yerlərinin sayı və digər parametrlərdən geniş istifadə edir.

Praktikada, bir qayda olaraq, investisiya qoyuluşlarının həcmi müəyyənləşdirilərkən elmi cəhətdən əsaslandırılmış balans, normativ, iqtisadi-riyazi və s. metodlardan istifadə olunur. Ölkənin investisiya tələbatının material, əmək və maliyyə resursları ilə əlaqələndirilməsində balans metodu müstəsna rol oynayır. Balans metodu istehsal xərclərinin qiymətləndirilməsi, sahələrarası tarazlığın təmin olunması və istehsalın səmərəliliyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Balans metodu vasitəsilə ayrı-ayrı sahələr arasında asılılıq öyrənilir və yeni texnika əsasında istehsalın inkişafını təmin edən sahələrin inkişafı üzrə vəzifələr kompleksi müəyyənləşdirilir.

Məlumdur ki, istehsal gücü anlayışı investisiya qoyuluşuna olan tələbatın hesablanılmasına söykənir. İnvestisiya qoyuluşlarının həcmi müəyyənləşdirilərkən iqtisadiyyatın sahə strukturunda baş verə biləcək keyfiyyət dəyişiklikləri nəzərə alınır. Perspektiv dövrdə istehsal gücünün zəruri artımı və onların inkişaf istiqamətlərinin strukturu, ilk növbədə, investisiyanın düzgün bölüşdürülməsini tələb edir. Məhz buna görə də, investisiyanın səmərəliliyi, hər şeydən əvvəl, istehsal gücü balansının düzgün qurulmasından və ona dair hesablamaların effektiv təşkilindən asılıdır.

İstehsal gücünün artırılması üçün, ilk növbədə, mövcud müəssisələrin yenidən qurulması, genişləndirilməsi və istehsalın texniki cəhətdən silahlandırılması üzrə təbdirlərin həyata keçirilməsi lazım gəlir. Tikinti-quraşdırma təşkilatlarında istehsal güclərindən istifadənin səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının aşkara çıxarılması, habelə mövcud istehsal güclərinin həcminin istehsalın həcminə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə istehsal gücü balansı tərtib edir. Xüsusi vurğulamaq yerinə düşər ki, investisiyanın həcmini müəyyənləşdirərkən elmi cəhətdən əsaslandırılmış norma və normativlərdən istifadə olunur. Elmi cəhətdən əsaslandırılmış iqtisadi normativlər balans hesablamalarının əsasını təşkil edir.

İnvestisiyaların həcminin hesablanılmasında normativ metodundan istifadə edilməsi onun sosial-iqtisadi səmərəliliyinn yüksəldilməsini təmin edir. Onu da qeyd etmək lazımdır ki, investisiya qoyuluşlarının həcmini proqnozlaşdırılması zamanı aşağıdakıların nəzərə alınması müstəsna əhəmiyyət daşıyır:

a). İnvestisiya qoyuluşlarının ilk növbədə ən mühüm strateji əhəmiyyətli iqtisadi problemlərin həlli istiqamətinə yönəldilməsi elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinin sürətləndirilməsini və əmək məhsuldarlığının yüksəldilməsini təmin edir.

b). Yeni müəssisələrin və istehsal obyektlərinin layihə gücünün mənimsənilməsinin sürətləndirilməsi, mövcud müəssisələrin yenidən qurulması və istehsalın texniki cəhətdən silahlandırılması hesabına mövcud istehsal güclərindən istifadənin effektivliyinin yüksəldilməsi.

v). İstehsal təyinatlı obyektlərin, mənzil-tikinti komplekslərinin, sosial infrastruktur təyinatlı obyektlərinin tikintisinin sürətləndirilməsi;

d). İstehsal güclərinin normativ müddətdə istifadəyə verilməsini təmin edə bilən strateji vacib obyektlərin əsaslı tikinti planına daxil edilməsi .

Beləliklə, deyilənlərdən göründüyü kimi iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə investisiya qoyuluşlarının həcmi müəyyənləşdirilərkən ölkənin strateji inkişaf xətti nəzərə alınır və perspektivdə əldə edilən gəlirlər hesabına iqtisadiyyatın hərtərəfli və kompleks inkişafı təmin olunur.


Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin