Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğluİSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
GİRİŞ Mövzunun aktuallığı: Məlumdur ki, cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialının tam və səmərəli istifadə edilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, cəmiyyətin həyatında investisiya qoyuluşlarının rolu və əhəmiyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi göstəricilərin yaxşılaşdırılması ÜDM-nin strukturunda aparıcı sahələrin, xüsusilə, xidmət sahələrinin rolunun və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət daşıyır. Burada bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsasında ölkənin ixrac potensialının artırılması, digər tərəfdən xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, 1994-cü ilin 20 sentyabrında imzalanmış «Əsrin müqaviləsi»nin böyük sosial-iqtisadi əhəmiyyəti var. Beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adını almış bu sazişin bağlanılması müstəqil Azərbaycan Respublikasının həyatında tarixi hadisə kimi qiymətləndirilir. Məlumdur ki, istehsal və xidmət sferasında investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci il tarixli «İnvestisiya fəaliyyəti haqqında» Qanuna əsasən tənzimlənir. Həmin qanunda mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının müdafiəçisi kimi dövlətin rolu xüsusi vurğulanır. Bununla belə, mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş investisiya fəaliyyətinə dövlət orqanlarının və vəzifələri şəxslərin müdaxilə etməsinə yol verilmir. Odur ki, investorlar öz məqsəd və fəaliyyətlərində tam sərbəst olmaqla respublikada ən səmərəli və perspektivli sahələrdən biri olan xidmət sferası müəssisələrinə investisiya qoymağa üstünlk verir. Qeyd etmək lazımdır ki, respublikada yaranmış əlverişli siyasi, iqtisadi və hüquqi şərait iqtisadiyyatın sağlamlaşdırılmasının mühüm göstəricisi sayılan investisiya qoyuluşlarının həcminin xeyli artmasına şərait yaranmışdır. Araşdırmalar göstərir ki, investisiya qoyuluşlarında dinamika və sürətli artım tempi mövcuddur. Müsbət hal olaraq qeyd etmək lazımdır ki, respublikada qeyri-neft sektoruna daxili və xarici investisiya qoyuluşları da yüksək templə artır. Bununla yanaşı, xarici firmalar tərəfindən yatırılan investisiyaların da miqyası genişlənir. 1995-ci il tarixli «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu xidmət sferası müəssisələrinin investisiya fəaliyyətinin gücləndirilməsi istiqamətində geniş perspektivlər açır. Məhz buna görə də, ölkədə daxili və xarici investisiya fəaliyyətinin genişləndiyi müasir dövrdə dövlətin tənzimləyici rolu və funksiyası daha da artmış olur. Azərbaycanda bazar iqtisadiyyatının təşəkkül tapması və qısa dövr ərzində sürətlə inkişaf etməsi onun idarə olunması qarşısında mühüm tələblər qoymuşdur. İdarəetmə isə məlum olduğu kimi, müvafiq informasiya bazasına əsaslanır. Biznesin idarə edilməsi üçün tələb olunan informasiyanın əsas hissəsi mühasibat uçotu və hesabatı vasitəsilə formalaşır. Həmin informasiya müəssisə və şirkətlərdə idarəetmə və maliyyə qərarlarının qəbul edilməsinin əsasında durur. Deyilənlər tamamilə daxili və xarici investisiyalar üzrə informasiyaya da aiddir. Sözü gedən və digər göstəricilər əsasında obyektiv və əsaslandırılmış qərarlar qəbul etmək üçün tələb olunan həcmdə və etibarlı informasiya formalaşdırmaq zəruridir. İnformasiyanın kəmiyyəti və keyfiyyəti qarşısında qoyulan tələblər ayrı-ayrı dövrlərdə dəyişildiyi üçün onu formalaşdıran uçot və hesabat sisteminin daim yeniləşdirilməsi və təkmilləşdirilməsi obyektiv zərurətə çevrilir. Bu baxımdan bazar iqtisadiyyatı şəraitində bütövlükdə uçot və hesabat sistemi kimi, investisiyaların uçotu və hesabatında, eləcə də iqtisadi təhlilin təşkilində nəzərə çarpacaq metodoloji və metodiki dəyişikliklər aparılmışdır. Bununla belə, həmin dəyişikliklər iqtisadiyyatda gedən qloballaşma və inteqrasiya proseslərini tam nəzərə almır, ölkə müəssisə və şirkətlərinin beynəlxalq əmtəə və kapital bazarına çıxması, xarici ölkə firmaları ilə əlaqəyə girməsi üçün əlverişli «ünsiyyət» vasitəsi ola bilmir. Bütövlükdə araşdırmalar göstərir ki, xidmət sferasında investisiyaların təhlili beynəlxalq standartlardan və qaydalardan xeyli fərqlənir. Nəticə etibarilə həmin sistemin formalaşdırdığı informasiya əsasında investisiyaların təhlili idarəetmənin tələblərinə cavab verən informasiya əldə etməyə imkan vermir. Uçotun və təhlilin nəzəriyyəsi, metodologiyası və metodikası hər bir müəssisənin investisiya fəaliyyəti barədə bütün istifadəçilərə müəyyən kriteriyalara üyğun gələn keyfiyyətli informasiya təqdim etmək tələblərinə cavab verməlidir. Bu tələblər MHBS və MMUS-ların başlıca tələbləridir. Həmin tələblərin yerinə yetirilməsi üçün müəssisənin investisiya fəaliyyətinin iqtisadi mahiyyəti və məzmununun yeni konseptual əsasda araşdırılması və açıqlanması vacibdir. Yuxarıda sadalanan məsələlərin kompleks şəkildə öyrənilməsi və həllinin aktuallığı, eyni zamanda hazırki elmi-tədqiqat işinin əhəmiyyətini müəyyən edir. Yüklə 461,5 Kb. Dostları ilə paylaş: |