«Krediti tətbiq etmə nəzəriyyəsi»hesab edir ki, investisiyanın artım sürəti təkcə faiz dərəcəsindən və gəlir normasından deyil, həm də kreditin əlverişliliyindən, yaxud verilmə şərtlərindən asılıdır. Aydındır ki, kreditin əlverişliyinə investisiya layihələrinə qoyulan kreditlərdən daxil olan pul kütləsi təsir göstərir. Ona görə də, aşağı faiz dərəcəsi şəraitində banklar və digər kredit təşkilatları kredit almaq istəyən firmalara üstünlük verir. Belə ki, həmin firmalar ucuz kredit şəraitində az gəlirli investisiya layihələrini də həyata keçirməyi məqsədəuyğun sayır. Lakin, banklar bir qayda olaraq yüksək inflyasiya və risk şəraitində daha sərt maliyyə-kredit mexanizmi tətbiq edir. Belə bir şəraitdə firmaların daxili vəsaitləri daha əhəmiyyətli olur.