2). Əmtəə və xidmətlərin istehsalının istehlakçıya yaxın yerdə və ərazidə təşkili daha ucuz və səmərəli olur;
3). Sahibkar kapitalını qəbul edən ölkədə əmtəə və xidmətlərin istehsalı və onların sonradan dünya bazarlarına (kapitalı ixrac edən ölkələrin bazarları da daxil olmaqla) çıxarılması əlverişli investisiya mühitinin formalaşmasına xidmət edir;
4). Texnoloji və texniki cəhətdən mürəkkəb olan bir sıra məhsullara satışdan sonra məsləhət və digər xidmətlər tələb olunur ki, bu da istehsalçının daim bazarda olmasını zəruri edir. Bu halda xarici ölkədə istehsalın təşkili eyni ərazidə satış firmasının təşkilindən daha səmərəli olur.
Aparılan təhlillər və müşahidələr göstərir ki, praktikiada birbaşa xarici investisiyalar aşağıdakı əsas formalarda həyata keçirilir:
1). Xarici filialların və törəmə şirkətlərinin yaradılması ənənəvi forma hesab edilir. Bu zaman filiallar istisnasız olaraq şirkətə tabe olur, hüquqi şəxs sayılmır, özlərinin xüsusi balansına malik olmur və ana şirkətin balansından istifadə edir. Törəmə şirkətləri isə bunun əksinə olaraq hüquqi şəxs sayılır, öz öhdəliklərinə görə müstəqil cavab verir, özlərinin xüsust balansına malik olar və özləri firmanın inkişaf istiqamətlərini müəyyən edir.