Mənfi cəhətlərə isə aşağıdakıları şamil etmək olar:
1). Ölkəmizin Ermənistanla müharibə vəziyyətində olması;
2). İqtisadiyyatın inkişaf səviyyəsinin və Ümumi Daxili Məhsulun artım tempinin dünya malyyə böhranı səbəbindən yavaşıması;
3). Neft-qaz qiymətlərinin aşağı düşməsi və milli valyutanın devalvasiyası;
4). Azad İqtisadi Zonaların yaradılmasının gecikdirilməsi.
1.3. Xidmət sferası müəssisələrinin investisiya fəaliyyətində maliyyələşmə portfelinin formalaşdırılması məsələləri
Xidmət sferası müəssisələrində həyata keçirilən investisiya prosesi investisiya portfelinin formalaşması problemləri ilə birbaşa əlaqədardır və bu da öz növbəsində investisiyanın müxtəlif formaları, yaxud müxtəlif investisiya layihələri ilə bağlıdır. İnvestisiya portfeli investisiya strategiyasına müvafiq olaraq investisiya prosesinin həyata keçirilməsi üçün zəruri olan real və maliyyə investisiya obyektlərinin formalaşmış məcmusunu əks etdirir.
Xüsusi vurğulamaq yerinə düşər ki, müəssisənin (firmanın) investisiya portfelinin tərkibinin müxtəlifliyinə baxmayaraq, o bir tərəfdən vahid idarəetmə obyekti sayılır, digər tərəfdən isə investisiya obyektlərinə və onların idarəetmə metodlarına görə fərqlənən müstəqil investisiya portfellərini özündə birləşdirir:
- real investisiya layihələri portfeli;
- qiymətli kağızlara maliyyə investisiya portfeli (buna portfel investisiya da deyilir);
- digər maliyyə investisiya portfeli (bank depozitləri, depozit sertifikatları);
- müəssisələrin dövriyyə kapitalına investisiya portfeli.
Bir qayda olaraq investor və kreditorlar maliyyə vəsaitlərini bir növbədən olan qiymətli kağızlara yönəltmir. İnvestor onların məcmusunu formalaşdırır və buna da qiymətli kağızlar portfeli deyilir. İnvestor dividentlərin və bazar qiymətləri əsasında onun gəlirlərinin sabitliyini təmin edən qiymətli kağızlar portfelini formalaşdırır. Onu da qeyd edim ki, investorlar balanslaşdırılmış portfel yaratmağa salışır və bu təhlükəsizlik, gəlirlilik, kapitalın artımı və likvidlik baxımından doğru sayılır. Aqressiv qiymətli kağızlar portfeli isə aktiv və satılan qiymətli kağızların məcmusu hesab olunur ki, bunların dəyərinin tezliklə artması ehtimalı maksimum olur. Eyni zamanda, bu cür sağızlar üzrə risk səviyyəsi də maksimuma yaxınlaşır.
Konverlativ qiymətli kağızlar portfeli daha az gəlirli, lakin etibarlı və az riskli qiymətli kağızlardan formalaşır.
Məlum həqiqətdir ki, investisiya portfelinin növü və strukturu müəssisənin investisiya strategiyasının məqsədlər sistemindən əhəmiyyətli dərəcədə asılıdır. İnvestisiya portfelinin formalaşdırılmasında əsas məqsəd daha səmərəli və təhlükəsiz real investisiya layihələri və maliyyə vasitələri seçməklə müəssisənin investisiya strategiyasının reallaşdırılmasının təmin edilməsi hesab olunur.
Bazar şəraitində iki növ investor, yəni strategi və portfel investorlar fəaliyyət göstərir. Strateji investorlara bazara çıxan korporasiyalar, yaxud istehsalı genişləndirmək üçün kifayət qədər şəxsi vəsaiti olan milli müəssisə və sənaye qrupları aid edilir. Strateji investor həmişə müəssisənin nəzarət-shm paketini almağa çalışır. Qeyd etmək lazımdır ki, strateji investor nəzarət, səhm paketi vasitəsilə qeyri-müəyyən müddətə istehsalın inkişafını təmin edir.
Portfel investoru həm dividend formasında və həm də sahib olduğu səhm paketini alış qiymətindən baha satmaq hesabına investisiya gəliri əldə etməyə çalışır. Ona görə də portfel investoru səhm paketini bir neçə gündən bir neçə ilə qədər olan müddətə alır.
Qeyd etmək lazımdır ki, portfel investoru səhm paketini almağa çalışmır. O, investor üçün müəssisənin (firmanın) idarəedilməsində iştirak etmə məqsədi daşımır. Portfel investorlar kimi banklar (kommersiya, investisiya) ixtisaslaşmış investisiya şirkətləri, investisiya fondları və digər maliyyə qurumları formasında çıxış edir. Portfel investorun gəliri müəyyən müddətdə əldə edilən dividendlərlə, eləcə də səhmlərin satış qiyməti ilə onların alış qiyməti arasındakı fərq şəklində müəyyəe edilir.
Qeyd etmək lazımdır ki, sahibkar kapitalı birbaşa investisiyalar portfelinə daxildir və aşağıdakı səbəblərlə fərqlənir.
1). Bu investisyaları bir-birindən fərqləndirən cəhət xarici investisiya qoyuluşunun idarəedilməsi ilə əlaqədardır. Xarici ölkələrlə birbaşa xarici investisiya qoyuluşları vasitəsilə yaradılan filial müəssisələr (firma) baş müəssisənin (rəhbərliyi) nəzarəti altında fəaliyyət göstərir. Firmanın rəhbər işçiləri də əksər hallarda baş müəssisə (şirkət) tərəfindən təyin edilir.
2). Bu sahədə ikinci fərq investorun kimliyi ilə bağlıdır. Göstərmək lazımdır ki, investisiyalar əsas etibarı ilə Transmilli Şirkətlər (TŞ) tərəfindən qoyulur. Portfel investisiyalar isə fiziki şəxslər tərəfindən də qoyula bilər.
3). Digər fərq isə investisiya qoyuluşları məbləğinin (əsas qoyuluş və faizlərin) geri qaytarılmasını əks etdirir. Göstərmək lazımdır ki, birbaşa investisiya qoyuluşlarından əldə edilən mənfəətin məbləği ümumi gəlir dövriyyəsindən və dövlətin müəyyən etdiyi məhdudiyyətlərdən asılıdır. Portfel investisiyasında isə gəlir və amortizasiyanın geri qaytarılması əvvəlcədən razılaşdırılır. Bu borc alan ölkə baxımından valyuta borcu olaraq iqtisadi konyukturanın təsirinə məruz qalmır. Portfel investisiya qoyuluşlarında əsas məqsəd faiz, yaxud pay gəliri əldə etmək hesab olunur. Belə investisiya qoyuluşları adətən mənfəət və faiz dərəcəsi yüksək olan ölkələrə istiqamətlənir.
Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, İkinci Dünya müharibəsindən sonra bir çox inkişaf etməkdə olan ölkələrdə valyuta problemlərnin kəskinləşməsi ilə əlaqədar olaraq portfel investisiya qoyuluşunun rolu və əhəmiyyət yenidən artmağa başlayır. Beləliklə, dünya ölkələrinin tarixi inkişaf mərhələlərindən asılı olaraq investisiya portfeli mürəkkəb inkişaf prosesi keçərək bazar iqtisadiyyatı şəraitində özünə məxsus yer tutmuşdur.
Ümumilikdə götürdükdə, investisiya portfeli real və maliyyə investisiya portfellərindən ibarətdir. Real layihələrə investisiya qoyuluşları, bir qayda olaraq, müəssisələrin inkişafına, onların təsərrfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə yönəldilir. Maliyyə investisiyaları əsasən müəssisələrin bazarda yerinin möhkəmləndirilməsçi və başqa müəssisələrin fəaliyyətinin idarəedilməsi nəticəsində gəlir əldə olunması məqsədini daşıyır. İnvestisiya portfelinin formalaşması aşağıdakı prinsiplərə əsaslanır:
1). Müəssisənin qısa və uzun müddətli fəaliyyəti üçün investisiya strategiyasının hazırlanması;
2). Müəssisənin maliyyə sbatliyinin və onun balansının likvidliyinin təmin edilməsi məqsədilə investisiya portfelinin müəssisənin maliyyə və investisiya resursları ilə uyğunlaşdırılması;
3). Mühüm əhəmiyyətli maliyyə itkilərinə yol verilməməsi məqsədilə investisyanın gəlirliyinin və riskin nisbətinin optimallaşdırılması;
4). Müəssisənin maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təmin olunması üçün investisiyaların gəlirliliyi və likvidliyinin optimallaşdırılması;
5). İnvestisiya portfelinin idarəedilməsinin təmin olunması.
İnvestisiya portfelinin formalaşması və onun idarəedilməsi aşağıdakı mərhələləri əks etdirir:
1). Daha gəlirli və təhlükəsiz investisiya obyektləri seçmək yolu ilə müəssisənin investisiya strategiyasının reallaşdırılmasının təmin edilməsi;
2). İnvestisiya resurslarının həcmi və növləri nəzərə alınmaqla, investisiya portfeli çərçivəsində investisiyanın müxtəlif növlərinin proporsionallığının təmin olunması;
3). Konkret real layhələrin və qiymətli kağızların investisiya portfelinə daxil edilməsi zamanı onların düzgün qiymətləndirilməsi və optimal portfelin reallaşdırılmasının təmin olunması;
4). İnvestisiya gəlirlərinin, müəssisənin inkişaf parametrlərinin və digər əsas iqtisadi göstəricilərin dəyişməsi ilə əlaqədar olaraq şaxələndirmə məqsədilə investisiya portfelinin, onu təşkil edən ayrı-ayrı elementlərin, eləcə də gəlirlərin risklərin və likvidliyin qiymətləndirilməsi;
5). İnvestisiya portfelinin gəlirliyini, təhlükəsizliyini və likvidliyini yüksəltmək məqsədilə investisiya pottfelinin idarə edilməsi.
Beləliklə, makro-iqtisadi səviyyədə investisiya portfelinin formalaşmasına uyğun olaraq xidmət sferası müəssisələrində investisiya portfelinin formalaşmasının ümumi prinsiplərini aşağıdakı kimi sistemləşdirmək olar.
Dostları ilə paylaş: |