Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu


II FƏSİL. MÜƏSSİSƏNİN İNVESTİSİYA FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 461,5 Kb.
səhifə29/41
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#106152
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
II FƏSİL. MÜƏSSİSƏNİN İNVESTİSİYA FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ

2.1. İnvestisiya fəaliyyəti təhlilinin məqsədi, vəzifələri

və informasiya mənbələri
İnvestisiya dedikdə, öz ölkəsində, yaxud xaricdə müxtəlif sferalarda fəaliyyət göstərən şirkətlərə, layihələrə, proqramlara, innovasiya proyektrlərinə kapitalın uzunmüddətli qoyuluşları başa düşülür. İstər beynəlxalq və istərsə də ölkə praktikasında investisiyaların aşağıdakı növləri fərqləndirilir:

a). Dövlət büdcəsinin vəsaitləri və digər maliyyə mənbələri hesabına həyata keçirilən investisiyalar;

b). Xarici investorlar, dövlətlər, banklar, şirkətlər və sahibkarlar tərəfindən yönəldilən xarici investisiyalar;

c). Özəl müəssisə və təşkilatların, eləcə də, vətəndaşların şəxsi vəsaitləri hesabına həyata keçirilən investisiyalar;

ç). Yeni tikintiyə müəssisələrin yenidən qurulmasına və texniki cəhətdən rekonstruksiyasına yönəldilən istehsal investisiyaları;

d). Əqli məhsulun yaradılmasına yönəldilən intellektual investisiyalar;

e). Hüquqi şəxslərin səhmlərinin 50%-dən çoxuna sahidliyi təmin edən nəzarət investisiyaları;

ə). şirkətin səs hüquqlu səhmlərinin 50%-dən az hissəsinə sahibliyini təmin edən qeyri-nəzarət investisiyaları.

Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynayan investisiya qoyuluşları «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Danılmaz həqiqətdir ki, təsərrüfat subyektlərinin investisiya fəaliyyəti daxili və xarici bazarlarda əsas seqmentlər və sektorlar üzrə mövqelərin möhkəmləndirilməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, müəssisə və şirkətlərin modernləşdirilməsi, dünya bazarında məhsulun keyfiyyət parametrlərinə adekvat cavab verən maşın və avadanlıqların əldə edilməsi, mütərəqqi və innovativ texnologiyaların mənimsənilməsi, istehsal və kommersiya fəaliyyətinin effektivliyinin yüksəldilməsi və digər prioritet məsələlərin həllini təmin edən strategi istiqamət hesab olunur.

Yeri gəlmişkən onu da qeyd edək ki, son zamanlara qədər investisiyaların qiymətləndirilməsi probleminə iqtisadi təhlilin bu və ya digər blokunda tədqiqatın ayrıca obyekti kimi rast gəlinmir. Lakin, ölkə iqtisadiyyatının bütün sahələrində, xüsusilə də neft-qaz sferasında birbaşa investisiyaların (daxili və xarici investisiyaların) sürətli artımı dövlət və özəl sektora mənsub bütün təsərrüfat subyektlərində investisiya fəaliyyətinin təhlili metodikasının işlənilib hazırlanmasını zəruri edir.

Fikrimizcə, daxili və xarici investisiya qoyuluşlarının həcminin artdığı müasir şəraitdə investisiya qoyuluşlarının həyata keçirilməsi probleminə dair məsələlərin kompleks həlli, menecment sistemində maliyyə, investisiya və əməliyyat qərarlarının effektivliyinin əsaslandırılması və səmərəliliyinin qiymətləndirilməsi iqtisadi təhlilin metodikası vasitəsilə reallaşdırıla bilər. Məsələyə bu prizmadan yanaşdıqda uzunmüddətli və qısamüddətli investisiyaların gəlirliliyinin qiymətləndirilməsi, müəssisə və şirkətlərdə investisiya qoyuluşlarının inkişaf istiqamətlərinin müəyyən edilməsi, kapital qoyuluşlarının daha prioritet sahələrə yönəldilməsi imkanlarının araşdırılması, investisiya qoyuluşlarına yönəldilən vəsaitdən istifadə prosesində əldə olunmuş faktiki nəticələrin proqnoz rəqəmlərdən kənarlaşmalara təsir göstərən obyektiv və subyektiv amillərin, daxili və xarici faktorların təsirinin hesablanılması və optimal menecment qərarlarının hazırlanması investisiyaların təhlilin əsas məqsədi sayılır.

Yuxarıda deyilənlərdən göründüyü kimi, nəzəri-iqtisadi ədəbiyyatlarda və praktikada investisiya anlayışı mənfəətin artırılması və xüsusi kapitalın qorunub saxlanılması məqsədi ilə müəssisə vəsaitinin aktivlərə uzunmüddətli qoyuluşu kimi şərh olunur. Onlar cari məsrəflərdən vaxtın uzunluğuna görə fərqlənir. Belə ki, şirkət investisiya qoyuluşlarından uzun bir dövr ərzində iqtisadi səmərə götürür. Başqa sözlə desək, məhsul buraxılı və satışının, mənfəət və pul gəlirlərinin həcmi çoxalır, məhsulun material tutumu, kapital tutumu, əmək tutumu azalır və son nəticədə əmək məhsuldarlığı və resurslardan istifadənin rentabellik səviyyəsi yüksəlir.

Xüsusi vurğulamaq yerinə düşər ki, investisiya bazarı mürəkkəb olmaqla yanaşı, iqtisadiyyatın aşağıdakı sahələrinə yönəldilir;

1). İqtisadiyyatın maddi bölməsinə investisiyalar;

2). İqtisadiyyatın maliyyə bölməsinə investisiyalar (qiymətli kağızlara investisiyalar);

3). İqtisadiyyatın innovasiya bölmsinə investisiyalar.



İqtisadiyyatın maddi bölməsinə yönəldilən investisiyalar onların yerləşdirilmə istiqmətlərindən asılı olaraq aşağıdakı bloklara bölünür: 1). əsas vəsaitlərə kapital qoyuluşları; 2). daşınmaz əmlaka investisiyalar; 3). Digər aktivlərə investisiyalar.

Əsas vəsaitlərə (kapital) qoyuluşları dedikdə, onların rekonstruksiyası, texniki cəhətdən yenidən qurulması və modernləşdirilməsi, fəaliyyətdə olan müəssisənin miqyasının genişləndirilmsi, istehsal və qeyri-istehsal təyinatlı obyektlərin tikintisi başa düşülür. Praktikada, əsas kapitala investisiyalar anlayışı altında torpaq, bina və avadanlıqların əldə edilməsinə yönəldilmiş xərclərin məcmusu və digər məsrəflər birləşdirilir. Daşınmaz əmlaka investisiyalar dedikdə, torpaq sahələrinə, sənaye və mülki obyektlərə, yaşayış binalarına, tikintisi başa çatmış obyektlərə yönəldilən investisiyalar başa düşülür. Digər aktivlərə yönəldilən investisiyalara, bir qayda olaraq qiymətli metallara, qiymətli kağızlara və sənət əsərlərinə yönəldilən investisiyalar aid edilir.

Beynəlxalq təcrübədə kapital qoyuluşlarına investisiya layihələri rentabellik normasına görə fərqlənir və onlar rentabelli və sıfır rentabelli investisisyalara bölünür. Sıfır rentabelli investisiyalara ekoloji layihələr və istehsal təhlükəsizliyinə yönəldilmiş investisiyalar daxil edilir.

İnnovasiya bölməsinə ayrılan investisiyalar maliyyə qoyuluşlarının əsas istiqamətini təşkil edir. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:

1). İntellektual Mülkiyyətə investisiyalar (ixtiralar, kəşflər, patentlər, səmərələşdirici təkliflər, lisenziyalar, NOU-XAU, istehsalın və əməyin proqressiv metodlarının layihələşdirilməsi);

2) Xüsusi innovasiya fəaliyyətinə investisiya (elmi-tədqiqat işləri, yeni texnologiyanın mənimsənilməsi, yeni texnoloji proseslərin işlənilməsi).

«İnvestisiya qoyuluşlarının obyektləri» əlamətinə görə investisyalar real və maliyyə investisyalarına bölünür. Real investisiyalar dedikdə şirkətin maddi-texniki bazasının möhkəmləndirilməsinə, onun istehsal gücünün artırılmasına, yeni məhsul çeşidlərinin və mütərəqqi texnologiyaların mənimsənilməsinə, yaşayış evlərinin və sosial obyektlərin tikilməsinə, ekoloji tədbirlərə yönəldilən vəsait qoyuluşları başa düşülür. Maliyyə investisiyalarına qiymətli kağızlara uzunmüddətli qoyuluşlar, xammalın göndərilməsini və məhsulun reallaşdırılmasını təmin edən korporativ birgə müəssisələrə istiqamətləndirilən uzunmüddətli qoyuluşlar aid edilir.

Danılmaz həqiqətdir ki, investisiyalar ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Daxili və xarici investisiyaların köməyi ilə fəaliyyətdə olan şirkətlərin maddi-texniki bazası möhkəmləndirilir, əsas kapitalın təkrar istehsalı genişləndirilir, istehsal resurslarına qənaət edilir, məhsulun (iş və xidmətlərin) məsrəftutumunun azaldılmasına, mənfəətin mütləq kəmiyyətinin artırılmasına və əmək məhsuldarlığının səviyyəsinin yüksəldilməsinə nail olunur. İqtisadiyyatın inkişafının müasir mərhələsində müəssisə və şirkətlərdə yeni məhsul brendlərinin yaradılması, buraxılan məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, əlavə pul vəsaitləri və onların ekvivalentlərinin dövriyyəyə cəlb olunması problemləri sistemli və kompleks şəkildə həll edilir.

Beləliklə, yuxarıda deyilənləri əsas götürərək investisiya fəaliyyətnin mikro təhlilinin qarşısında duran əsas vəzifələri aşağıdakı kimi sıralamaq olar:


Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin