Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu



Yüklə 442,15 Kb.
səhifə6/6
tarix21.10.2017
ölçüsü442,15 Kb.
#8272
1   2   3   4   5   6

Cədvəl 2.4.1.

Birinci növ investisiya banklarının balansı



Passiv əməliyyatlar

Aktiv əməliyyatlar

1.

Xüsusi kapital:

a) şərikli yaxud səhmdar kapitalı

b) ehtiyat kapitalı, bölüşdürülməmiş mənfəət


Qiymətli kağızların yerləşdiril-məsi zamanı həyata keçirilən vasi-təçilik və məsləhətçi fəaliyyətin-dən yaranan gəlirlər

2.

Kommersiya banklarının kreditləri

Dövlətin qiymətli kağızları

3.

Digər maliyyə-kredit təşkilatlarının kreditləri

Xüsusi qiymətli kağızlar

a) səhmlər

b) istiqrazlar


4.

Əmlak (birjalar, tikililər)

Daşınmaz əmlak

5.

Digər əməliyyatlar

Digər əməliyyatlar

İkinci növ investisiya bankları təşkilati strukturuna, funksiyalarına və yerinə yetirilən əməliyyatlara görə birinci növ banklardan əhəmiyyətli dərəcədə fərqlənir. İkinci növ investisiya bankları səhmdar formaya, dövlətin iştirakı ilə qarışıq və dövlət mülkiyyəti formasına əsaslana bilər. Xüsusi vurğulamaq yerinə düşər ki, qarışıq, yaxud dövlət mülkiyyətinə əsaslanan investisiya bankları sənayenin uzun müddətli kreditləşdirilməsini və onun yeni sahələrinin yaranmasını təmin edir. Bir qayda olaraq belə banklar sosial-iqtisadi inkişaf üzrə dövlət proqramlarının və iqtisadiyyatın satibilləşdirilməsi planlarının reallaşdırılmasında fəal iştirak edir. Hazırda bu banklar borc kapitalı bazarında bir sıra əməliyyatlar həyata keçirir: 1). Hüquqi və fiziki şəxslərin əmanətlərini toplayır; 2). Orta və uzunmüddətli kreditləşmə aparır; 3). Xüsusi və dövlət qiymətli kağızlarına investisiya qoyuluşlarını həyata keçirir; 4). Müxtəlif maliyyə xidmətlərini inkişaf etdirir.

İkinci növ investisiya banklarının passiv və aktiv əməliyyatları onların fəaliyyət xarakterindən asılı olaraq formalaşır. Fikrimizcə, ikinci növ investisiya banklarının passiv və aktiv əməliyyatlarının strukturunu aşağıdakı cədvəldən daha aydın görmək olar.
Cədvəl 2.4.2.

İkinci növ investisiya banklarının aktiv və passiv

əməliyyatlarının strukturu



Passiv əməliyyatlar

Aktiv əməliyyatlar

1.

Səhmdar kapitalı

Kassada olan nəğd pul vəsaitləri

2.

Ehtiyat kapitalı

Ortamüddətli kreditlər

3.

Depozitlərin cəlb olunması

Uzunmüddətli kreditlər

4.

Kreditlər

Qiymətli kağızlara qoyuluşlar:

O cümlədən

a) dövlət

b) xüsusi



5.

Əmlak

Mülk

Göründüyü kimi, bu bankların passivləri xüsusi vəsaitlər, depozitlər, kommersiya banklarının və digər maliyyə-kredit təşkilatlarının kreditləri hesabına formalaşır. Passivlərin əksər hissəsini hüquqi və fiziki şəxslərin depozitləri, habelə, kommersiya banklarının verdiyi kreditlər təşkil edir. Onların xüsusi çəkisi 30-50%-ə qədər olur. Bununla əlaqədar olaraq, son vaxtlar investisiya bankları digər banklardan və maliyyə-kredit təşkilatlarından asılılığı azaltmaq məqsədilə depozit əməliyyatlarını genişləndirməyə səy göstərir. Aktiv əməliyyatlar əsasən orta və uzunmüddətli kreditlər (60-70%) hesabına baş verir. Əməliyyatların qalan hissəsini qiymətli kağızlara qoyuluşlar təşkil edir.



NƏTİCƏ
Beləliklə, xidmət sferası müəssisələrində investisiya fəaliyyətinin idarə edilməsi, onun təhlili və qiymətləndirilməsi metodikasının işlənilib hazırlanması və praktiki tətbiqinə dair elmi yanaşmalar aşağıdakı nəticələri çıxarmağa imkan verir:

1. Azərbaycan iqtisadiyyatının real sektorunun investisiya ilə təmin edilməsi iqtisadiyyatın sabitliyi və onun stabil inkişafı üçün strateji istiqamət hesab olunur. Bu məsələnin həlli məqsədi ilə yerli və xarici investorlar üçün əlverişli investisiya mühitinin yaradılması prioritet təşkil edir. Bu isə öz növbəsində, iqtisadi situasiyanın və maliyyə vəziyyətinin sabitləşdirilməsini, vergilərin və bütün investisiya risklərinin azaldılmasını, investisiya layihələrinin effektiv qiymətləndirilməsini, səmərəli idarəetmə mexanizminin formalaşdırılmasını obyektiv zərurətə çevirir.

2. Magistr dissertasiya işində investisiya strategiyasının formalaşdırılmasının metodoloji, metodiki və praktiki tətbiqi məsələlərinin həlli üçün qeyri-standart yanaşmalar təklif olunur. Dissertasiya işində əsaslandırılmışdır ki, xidmət sferası müəssisələrində investisiya fəaliyyətinin nəzəri konstruksiyasına əsaslanan təhlilin müxtəlif metodikasının tətbiqi iqtisadi hesablamaların aparılmasında onlardan istifadənin mümkünlüyünü göstərir.

3. Aparılmış tədqiqatlar zamanı çoxaspektli investisiya layihələrinin təkcə ekspertizanın başlanğıc mərhələsində deyil, həm də idarəetmə mərhələsində kompleks təhlili və qiymətləndirilməsi təklif olunur. Magistr dissertasiya işində xidmət sferası müəssisələrində aparılan təhlilin vacib elementi kimi investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi metodikasına, onun kəmiyyət və keyfiyyət göstəricilərinə xüsusi önəm verilir. Tədqiqat işində təsdiq edilmişdir ki, investisiya layihəsinin səmərəliliyinin hesablanılması və qiymətləndirilməsi metodikasının real informasiyaya söykənən kəmiyyət və keyfiyyət parametrləri dayanır.

4. Magistr dissertasiya işində qeyd olunur ki, ölkədə iqtisadi islahatların həyata keçirilməsi, konkret inkişaf proqramları və proqnozlarının işlənilib hazırlanması maliyyə mənbələrinin mövcudluğu şəraitində mümkün olur. Aydındır ki, maliyyə resursları mikro-makro səviyyədə iqtisadiyyatın inkişaf etdirilməsini, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsini əmək məhsuldarlığının yüksəldilməsini və s. təmin edir. Qarşıya qoyulan vəzifələrlə yanaşı, investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin yüksəldilməsi, onun effektivliyinin təhlili və qiymətləndirilməsi müstəsna elmi əhəmiyyət daşıyır. Belə ki, sözügedən tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi ölkədə iqtisadi-sosial inkişafın sabitliyinin qorunub saxlanılmasına geniş imkan yaradır. Bazar şəraitində xidmət sferası müəssisələrinin inkişafı və onların yüksək gəlir (mənfəət) əldə etməsi, hər şeydən əvvəl, investisiya qoyuluşlarından tam və səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan, müasir dövrdə ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının nəzəri-metodoloji məsələlərinin geniş araşdırılmasının mühüm əhəmiyyəti var.

5. Aparılan nəzəri-praktiki tədqiqatlardan məlum olur ki, investisiya anlayışı geniş məzmuna və tərkibə malikdir. Məlumdur ki, makroiqtisadi sferada investisiya qoyuluşları ümumi xərclərin tərkib elementlərindən biridir. Belə ki, müəssisə, firma, yaşayış binalarının tikilməsi, yeni maşın və avadanlıqların alınması, həmçinin cari ildə istehsal edilmiş, lakin istehlak olunmamış əmtəə-material qiymətləri investisiya kimi qəbul edilir. Mikroiqtisadiyyatda isə investisiya dedikdə yeni istehsalın maddi-əşya elementlərinin yaradılması, həmçinin insan amilinin lazımi kompetensiyalara və vərdişlərə yiyələnməsinə sərf olunan vəsait kimi başa düşülür. Maliyyə nəzəriyyəsinə görə investisiya anlayışı real və maliyyə aktivlərinin əldə edilməsi kimi şərh olunur.

6. Magistr dissertasiya işində qeyd olunur ki, bir qrup iqtisadçı - alimlər «investisiya anlayışını» «əsaslı vəsait qoyuluşu»nun sinonimi kimi qəbul edir. Müəllifin fikrincə, investisiya təkrar istehsalda adətən uzunmüddətli vəsait qoyuluşu hesab edilir ki, bu da öz əksini əmtəə-pul münasibətlərində tapır. Beləliklə, investisiya qoyuluşlarına material, əmək və maliyyə məsrəfləri də daxil edilir və onlar dəyər ifadəsində xarakterizə olunur. Buradan aydın olur ki, «investisiya» və «əsaslı vəsait qoyuluşu» anlayışları arasında fərq mövcuddur və eyni zamanda onlar arasında qarşılıqlı əlaqə vardır.

7. Magistr dissertasiya işində qeyd olunur ki, əsaslı vəsait qoyuluşu dedikdə, istehsal və qeyri-istehsal sahələrində əsas fondların yaradılmasına, mövcud müəssisələrin genişləndirilməsinə, yenidən qurulmasına və istehsalın texniki cəhətdən silahlandırılmasına yönəldilən vəsaitin məcmusu başa düşülür.

İnvestisiya dedikdə, pul gəlirləri, məqsədli bank ssudaları, paylar, səhmlər və digər qiymətli kağızlar, texnologiyalar, maşın və avadanlıqlar, lisenziyalar, kreditlər, əmlak, əmlakdan istifadə hüquqları, sahibkarlıq fəaliyyətinə və digər fəaliyyət növlərinə qoyulan intellektual sərvətlər başa düşülür.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
Azərbaycan dilində
1. Azərbaycan Respublikasının Konstitusiyası.-Bakı: «Qanun»,2000.-48 s.

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. – Bakı: «Hüquq ədəbiyyatı», 2007.-776 s.

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi.-Bakı: «Hüquq ədəbiyyatı», 2011.-414 s.

4. «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu. –Bakı, 13 yanvar 1995-ci il.

5. «Qiymətli kağızlar bazarı haqqında» Azərbaycan Respublikasının Qanunu.-Bakı, 14 iyul 1998-ci il.

6. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu.-Bakı, 29 iyun 2004-cü il.

7. «Asılı təsərrüfat cəmiyyətlərinə investisiyaların uçotu üzrə» Kommersiya təşkilatları üçün 20 №-li Milli Mühasibat Uçotu Standartı. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il 29 dekabr tarixli İ-130 nömrəli əmri ilə təsdiq edilmişdir.

8. «Daşınmaz əmlaka investisiyalar üzrə» Kommersiya təşkilatları üçün 27 №-li Milli Mühasibat Uçotu Standartı. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2007-ci il 29 dekabr tarixli İ-130 nömrəli əmri ilə təsdiq edilmişdir.

9. Azərbaycanın statistik göstəriciləri 2013.-Bakı: «Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi», 2013. – 804 s.

10. Cəfərli H.A. İqtisadi təhlil. – Bakı: «Elm və təhsil», 2009. – 560 s.

11. İqtisadi nəzəriyyə / Prof.T.Ş.Vəliyevin və prof.M.X.Meybullayevin ümumi redaktəsi ilə. – Bakı: «Çaşıroğlu», 2001. – 691 s.

12. Kəlbiyev Y.A. Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri. – Bakı: «Elm», 2012. – 488 s.

13. Mahmudov İ.M., Zeynalov T.Ş., İsmayılov N.M. İqtisadi təhlil. – Bakı: «İqtisad Universiteti», 2011. – 794 s.

14. Məmmədov S.M. Maliyyə. – Bakı: «Azərnəşr», 1997. – 428 s.

15. Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. – Bakı: «Azərnəşr», 2011. – 312 s.

16. Səbzəliyev S.M., Quliyev V.M. İdarəetmə uçotu. – Bakı: «Elm və təhsil», 2014. – 524 s.

17. Səbzəliyev S.M. Maliyyə hesabatı: formalaşması və təkmilləşdirilməsi problemləri. – Bakı: «Elm», 2003. – 240 s.

18. Şahbazov K.A., Məmmədov M.H., Həsənov H.S. Menecment. – Bakı: «Təhsil», 2005, - 1036 s.


Rus dilində
19. Анализ экономики. Страна, рынок, фирма/Под ред.проф. В.Е.Рыбалкина. – М.: Междунар. Отношения, 1999. – 304 с.

20. Артеменко В.Г., Беллендир М.В. Финансовый анализ. – 2-е изд., перераб. и доп.-М.: Изд-во «Дело и сервис», 1999. – 160 с.

21. Балабанов И.Т. Финансовый анализ и планирование хозяйствующего субъекта. – 2-е изд., доп. – М.: Финансы и статистика, 2000. – 208 с.

22. Бернстайн Л.А. Анализ финансовой отчетности: Теория, практика и интерпретация/ пер. с англ.; науч. Ред. И.И.Елисеева. – М.: Финансы и статистика, 1996. – 624 с.

23. Бланк И.А. Финансовая стратегия предприятия. – Киев: Ника-Центр, Элга, 2006, 711 с.

24. Брейли Р., Майерс С. Принципы корпоративных финансов / пер. с англ. – М.: «Олимп – бизнес», 2008. – 1008 с.

25. Брикли Д.Э., Макконнел Д.Д. Экономическая теория. – М.: ИНФРА-М, 2004. – 944 с.

26. Ван Хорн Дж. К. Основы управления финансами / пер. с англ. – М.: Финансы и статистика, 2003. – 800 с.

27. Ван Хорн Дж. К., Вахoвич Дж.М.Основы финансового менеджмента / пер. с англ., - 12-е изд. – М.: «Вильямс», 2008, - 1232 с.

28. Грузинов В.П., Грибов В.Д. Экономика предприятия. – М.: Финансы и статистика, 1998. – 208 с.

29. Грузинов В.Т. Экономика предприятия и предпринимательство. – М.: Софит, 1994. – 179 с.

30. Долан Э., Линдсней Д. Экономика / пер. с англ. – СПб.: «Литера плюс», 1994. – 1446 с.

31. Друкер П.Ф. Эффективное управление. Экономические задачи и оптимальные решения. – М.:ФАИР – ПРЕСС, 2003. – 288 с.

32. Друкер П.Ф. Управление, нацеленные на результаты / пер. с англ. – М.: «Технологическая школа бизнеса», 1994. – 200 с.

33. Ендовицкий Д.А. Комплексный анализ и контроль инвестиционной деятельности: методология и практика / под ред. проф. Л.Т.Гиляровской. – М.: Финансы и статистика, 2001. – 400 с.

34. Ефимова О.В. Финансовый анализ. – 4-е изд., перераб. – и доп. – М.: «Бухгалтерский учет», 2002. – 528 с.

35. Ивашковский С.Н. Экономика: микро и макроанализ. – М.: Дело, 1999. – 360 с.

36. Ковалев В.В. Финансовый менеджмент: теория и практика. – 2-е изд., перераб. и доп. – М.: ТК Велби, Проспект, 2007, - 1024 с.

37. Ковалев В.В. Финансовый анализ: Управление капиталом. Выбор инвестиций. Анализ отчетности. – М.: Финансы и статистика, 1996. – 432 с.

38. Ковалев В.В. Финансовый анализ: методы и процедуры. – М.: Финансы и статистика, 2003. – 560 с.

39. Ковалев В.В. Курс финансового менеджмента. – 2-е изд., перераб. и доп. – М.: ТК Велби, Проспект, 2008. – 448 с.

40. Макконнелл К.Р., Брю С.Л. Экономикс: принципы, проблемы и политика. В 2-х т.: пер. с англ. – М.: Республика, 1993, - 799 с.

41. Маркин Ю.П. Экономический анализ. – 3-е изд. – М.: «Омега-Л», 2011. 450 с.

42. Милгром П., Робертс Дж. Экономика, организация и менеджмент/пер. с англ. – Т.1. – Спб.: «Экономическая школа», 2004, - 468 с.

43. Милгром П., Робертс Дж. Экономика, организация и менеджмент/пер. с англ. – Т.2. – Спб.: «Экономическая школа», 2004. – 422 с.

44. Раицкий К.А. Экономика организации (предприятия). 4-е изд., перераб. и доп. – М.: «Дашков и Ко», 2003. – 1012 с.

45. Ришар Ж.Аудит хозяйственной деятельности предприятий: пер. с франц./под ред. Л.П.Белых. – М.: Аудит, ЮНИТИ, 1997. – 375 с.

46. Ришар Ж. Бухгалтерский учет: теория и практика//пер. с франц., под ред. Я.В.Соколова. – М.: Финансы и статистика, 2000. – 160 с.

47. Савицкая Г.В. Анализ хозяйственной деятельности предприятия:-2-е изд., перераб. и доп. – Ми.: ООО «Новое знание», 1997. – 498 с.

48. Самуэльсон П., Нордхаус В. Экономика/пер. с англ. – М.: «БИНОМ», 1997. – 800 с.

49. Томпсон А.А., Стриклеид А.Дж. Стратегический менеджмент: концепции и ситуации для анализа: пер. с англ. – 12-е изд., перераб. и доп. – М.: 2006. – 928 с.

50. Финансы предприятий / Е.И.Бородина, Ю.С.Голикова, Н.В.Колчина, З.М.Смирнова, под ред. Е.И.Бородиной. – М.:ЮНИТИ, 1995. – 208 с.

51. Финансовый менеджмент: теория и практика/под ред Е.С.Стояновой. – М.: «Перспектива», 2003, 652 с.

52. Финансовый учет/под. Ред. проф. В.Г.Гетьмана. – 5-е изд., перераб. и доп. – М.: ИНФРА – М, 2012. – 784 с.

53. Хендриксен Э.С., Ван Бреда М.Ф. Теория бухгалтерского учета. – М.: Финансы и статистика, 1997. – 576 с.

54. Шарп У., Александер Г., Бейли Дж. Инвестиции/ пер. с англ. – М.: ИНФРА - М, 2003. – 1028 с.

55. Шеремет А.Д. Комплексный анализ хозяйственной деятельности. – М.: ИНФРА – М., 2008. – 416 с.

56. Шим Дж.К,, Сигел Дж.Г. Финансовый менеджмент / пер. с англ. – М.: «Филинь», 1996, 395 с.



57. Экономика предприятия / В.П.Волков, А.И.Ильин, В.И.Станкевич и др.; под общ. ред. А.И.Ильина, В.П.Волкова.- М.: Новое знание, 2003.– 677 с.


Yüklə 442,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin