* xərclərin aşağı salınması məqsədi ilə istehsalın ölkələrarası rasionallaşdırılması;
* kapitalı qəbul edən ölkədə xarici investisiyaların dövlət tərəfindən stimullaşdırılması;
* kapitalı ixrac edən ölkənin özünü strateji resurslarla təmin etməyi qarşısına məqsəd kimi qoyması.
BMT-nin transmilli şirkətlər üzrə mərkəzi ofisi xarici ölkələrdə əmtəə və xidmət istehsalının təşkili ilə əlaqədar birbaşa kapital qoyuluşlarının dörd əsas səbəbdən baş verdiyini göstərir:
1). Birbaşa xarici investisiyalar ona görə həyata keçirilir ki, bir sıra əmtəə və xidmətlərin xarici ölkəyə idxalı müxtəlif məhdudiyyətlər səbəbindən qeyri-mümkün, yaxud çətin olur;
2). Əmtəə və xidmətlərin istehsalının istehlakçıya yaxın yerdə və ərazidə təşkili daha ucuz və səmərəli olur;
3). Sahibkar kapitalını qəbul edən ölkədə əmtəə və xidmətlərin istehsalı və onların sonradan dünya bazarlarına (kapitalı ixrac edən ölkələrin bazarları da daxil olmaqla) çıxarılması əlverişli investisiya mühitinin formalaşmasına xidmət edir;
4). Texnoloji və texniki cəhətdən mürəkkəb olan bir sıra məhsullara satışdan sonra məsləhət və digər xidmətlər tələb olunur ki, bu da istehsalçının daim bazarda olmasını zəruri edir. Bu halda xarici ölkədə istehsalın təşkili eyni ərazidə satış firmasının təşkilindən daha səmərəli olur.
Aparılan təhlillər və müşahidələr göstərir ki, praktikiada birbaşa xarici investisiyalar aşağıdakı əsas formalarda həyata keçirilir:
1). Xarici filialların və törəmə şirkətlərinin yaradılması ənənəvi forma hesab edilir. Bu zaman filiallar istisnasız olaraq şirkətə tabe olur, hüquqi şəxs sayılmır, özlərinin xüsusi balansına malik olmur və ana şirkətin balansından istifadə edir. Törəmə şirkətləri isə bunun əksinə olaraq hüquqi şəxs sayılır, öz öhdəliklərinə görə müstəqil cavab verir, özlərinin xüsust balansına malik olar və özləri firmanın inkişaf istiqamətlərini müəyyən edir.
2). Firmaların beynəlxalq inteqrasiyası və birləşməsi əməliyyatları mülkiyyət hüququnu və birləşən firmaların milli mənsubiyyətini dəyişir.
3). Strateji alyanslar adətən elmtutumlu sahələrdə yaradılır və bir şirkətin digər şirkətin mülkiyyətində hansısa bir paya uzunmüddətli sahib olmasını nəzərdə tutmur. Müqavilə sazişləri bir və ya bir neçə fəaliyyətin həyata keçirilməsi üçün imzalanır. Strateji əməkdaşlıq informasiya texnologiyaları, əzaçılıq, avtomobilqayırma kimi sahələri əhatə edir. Dünya təcrübəsi göstərir ki, kapitalı idxal edən ölkə üçün birbaşa xarici investisiyalar digər beynəlxalq iqtisadi əməkdaşlıq formalarına nisbətən bir sıra potensial üstünlüklərə malikdir. Birincisi, onlar əmtəə və xidmət istehsalına kapital qoyuluşunun sabit mənbəyi kimi çıxış edir, texniki yardım, nou-hau, menecmentin və marketinqin qabaqcıl metodlarının transferlərini təmin edir. İkincisi, xarici investisiyalar xarici borclardan və kreditlərdən fərqli olaraq ölkənin xarici borcuna əlavə yük olmur, əksinə onun ödənilməsi üçün vəsaitlərin əldə edilməsinə şərait yaradır. Üçüncüsü, birbaşa xarici inestisiyalar milli iqtisadiyyatın dünya iqtisadiyyatına daha səmərəli inteqrasiyasına imkan verir, ixrac diversifikasiyasını və şaxləndirilməsinə şərait yaradır.
Fikrimizcə, birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsirini aşağıdakı kimi qruplaşdıırmaq olar:
1). Transmilli şirkətlərin törəmə müəssisələrinin və filiallarının yaradılması iqtisadiyyatla kapital qoyuluşlarının artımına səbəb olur ki, bu da əmək məhsuldarlığının artımı və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir.
2). Birbaşa xarici investisiyalar texnologiyaların menecment və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır.
3). Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir.
4). Transmilli şirkətlər öz filiallarının potensial zərərlərini tam örtmək qabiliyyətinə malik olur.
Zənnimizcə, birbaşa xarici investisiyaların mənfi effektlərini aşağıdakı kimi ümumiləşdirmək olar:
1). Yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi üzərində nəzarətin itirilməsi; istehsalın müəyyən sahələri üzrə nəzarət faktiki olaraq xarici şirkətlərin əlinə keçir və bu da milli inkişaf strategiyasının müəyyən edilməsinə öz təsirin göstərir.
2). Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri-sağlam rəqabət əsasında daxili bazardan çıxara bilər.
3). Birbaşa xarici investisiyalar kapitalı idxal edən ölkənin tədiyyə balansına mənfi təsir göstərə bilər. Bu zaman istehsal xarici bazara deyil, daxili bazara daha çox istiqamətləndiyindən mənfi effekt daha güclü olur.
4). Uzunmüddətli prespektivdə birbaşa xarici investisiyaların dəyəri bahalaşa bilər. Belə ki, kapital qoyuluşları nə qədər uzunmüddətli olarsa, repatriasiya edilən gəlirlərin və «royalti»nin məbləği də bir o qədər çox olur. «İnvestisiyanın qocalması» prosesi baş verə bilər və elə bir an yetişə bilər ki, ölkədə çıxarılan gəlir ölkə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmindən çox ola bilər.
1.2. İnvestisiya mühitinin formalaşmasına təsir göstərən
amillərin təsnifatı
Müasir dövrdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün əlverişli investisiya mühitinin formalaşdırılması prioritet vəzifəyə çevrilir. Belə ölkələrdə daha çox iqtisadiyyatı inkişaf etdirmək üçün daxili investisiya vəsaitləri məhdud olur. Bu baxımdan Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axını ölkənin ixrac potensialının genişləndirilməsi, idxalı əvəz edən məhsulların istehsalı, əmək ehtiyatlarından tam və səmərəli istifadə, sahibkarlıq sferasında müasir bazar münasibətlərinin mənimsənilməsi, yeni texnologiyanın ölkəyə gətirilməsi və s. təmin olunur. Məsələyə bu aspektdən yanaşdıqda Azərbaycanda investisiya mühitinin öyrənilməsi və bu sahədə mövcud olan problemlərin aşkara çıxarılması aktual bir vəzifə kimi meydana çıxır.
Danılmaz həqiqətdir ki, investisiya mühitinin qiymətləndirilməsində fərqli yanaşmalar mövcuddur. Bu mühiti formalaşdıran çoxsaylı şərtlərin mövcudluğu yanaşmalardakı müxtəlifliyə səbəb olur. Xarici iqtisadi ədəbiyyatlarda investisiya mühitini formalaşdıran makro göstəricilərə – siyasi sabitlik, inflyasiya, mübadilə kursu, mikro göstəricilərə – maliyyə, vergilər, qanunvericilik aktları və infrastruktur aid edilir. Zənnimizcə, investisiya mühitinin qiymətləndirilməsi üçün bu yanaşma tam yararlı olmasa da, faydasız da deyildir. Bizim fikrimizcə, investisiya mühitini siyasi-ictimai, iqtisadi-sosial və hüquqi-təşkilati təminat olmaqla üç qrupda birləşdirmək olar. Bu cəhətdən siyasi-ictimai amillərə və ölkənin daxili və xarici siyasət kursu, ictimai vəziyyətin sabitliyi, iqtisadi-sosial amillərə ölkənin iqtisadi inkişaf səviyyəsi, iqtisadi artımın səviyyəsi və onun perspektivləri, inflyasiyanın dərəcəsi, milli valytanın möhkəmliyi, vergitutma, gömrük və ticarət rejimi, bazar infrastrukturunun inkişafı, əhalinin alıcılıq qabiliyyəti, iş qüvvəsi bazarının vəziyyəti, hüquqi təminat və təşkilati tədbirlərə isə ölkədə tətbiq olunan normativ-hüquqi aktlar və investisiyanı cəlb etmək üçün təşkilati və təbliğat xarakterli tədbirləri aid etmək olar.
Məlumdur ki, Azərbaycan çox əlverişli coğrafi movqeyə malikdir və «Böyük ipək yolu»nun qovşağında yerləşir. Belə əlverişli yolların keçdiyi xətdə yerləşən Azərbaycan bu səbəbdən inkişaf edir və regional iqtisadi gücə çevrilir. Təbii ki, bir neçə güclü ölkənin maraq dairəsində olan bu regionda siyasi və iqtisadi sabitliyin yaradılması investisiya axınına birbaşa təsir göstərir. Azərbaycan «Əsrin müqaviləsi» adlandırılan neft-qaz kontraktlarını uzun müddətdir ki, reallaşdırır. Cənab prezidentin rəhbərliyi altında Azərbaycan Respublikasında ictimai-siyasi sabitlik yaranmış və bu stabillik ildən-ilə möhkəmlənir. Fikrimizcə, Azərbaycan Respublikasında siyasi vəziyyətin investisiya cəlbediciliyi baxımından qiymətləndirilməsində ikili mövqe yaranır. Əgər, məsələyə qlobal baxımdan nəzər salsaq Cənubi Qafqazdakı siyasi vəziyyət bu regiona qeyri-sabit bölgə kimi baxmağa səbəb olar. Digər tərəfdən, Azərbaycanda daxili sabitliyin bərpa olunması, multikultural dəyərlərə üstünlük verilməsi və ölkəmizin bloklara qoşulmaması siyasi riski azaldan faktor kimi çıxış edir.
Azərbaycanın əlverişli coğrafi mövqeyi burada istehsal olunan neft-qaz məhsullarının Avropa və Asiya ölkələrinə ixracı sözügedən ölkələrin şirkətləri ilə iş birliyi qurmağa imkan verir. Azərbaycan Cənubi Qafqazda stabil ölkə kimi seçilməsinə baxmayaraq, onun iqtisadi və siyasi vəziyyətinə daim təhdidlər olur və bu isə öz növbəsində regiondan investisiya axınını gücləndirir.
1995-ci ildən başlayaraq makroiqtisadi sabitliyin əldə olunması, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun dəstəyi ilə geniş miqyaslı sabitləşdirmə proqramının reallaşdırılması, Xəzər dənizində olan neft yataqlarının işlənilməsi üçün 30 illik müddətə bağlanılmış Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması və ölkəyə xarici valyutanın daxil olmağa başlaması valyuta-pul bazarında effektiv manevr etməyə, ölkənin maliyyə sabitliyinin qorunmasına və inflyasiyanın azaldılmasına imkan vermişdir. Bank sektorunda islahatlar aparılmış və beynəlxalq mühasibat uçotu sistemi, ödəniş sistemi, bank sisteminə nəzarət və bank qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Əgər, hazırda Azərbaycanda fiskal siyasət mövcud makro-iqtisadi sabitliyin qorunub saxlanılmasına istiqamətlənmişdirsə, iqtisadi siyasət və qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsinə yönəldilmişdir.
Azərbaycanda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən dəstəklənən iqtisadi islahatların həyata keçirilməsi, özəlləşdirmənin prioritet istiqamət kimi müəyyən edilməsi, neft strategiyasının işlənilib hazırlanması, iqtisadi inkişafın Azərbaycan modelinin formalaşdırılması, vergi siyasətinin əsas istiqamətlərindən biri sayılan əlverişli vergi mühitinin yaradılması xarici investorların ölkəyə marağını xeyli artırmış və bununla əlaqədar olaraq bir sıra beynəlxalq müqavilələr və sazişlər imzalanmışdır. Bu müqavilələr əsasən investisiyaların təşviqi və qorunması, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması məsələlərini, eləcə də nəqliyyat daşımaları və kredit sazişlərini əhatə edir. Xarici investorların ölkə iqtisadiyyatına marağını stimullaşdırmaq, zəngin neft-qaz yataqlarının mənimsənilməsini sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində hasilatın pay bölgüsü üzrə sazişlər əsasında fəaliyyət göstərən xarici şirkətlər üçün müvafiq protokollarla tənzimlənən və Vergi Məcəlləsindən fərqli üstünlüklərə malik olan xüsusi rejimli vergitutma mexanizmi nəzərdə tutulmuşdur. Bu özünü onda göstərir ki, Azərbaycan Respublikası ərazisində neft-qaz sferasında fəaliyyət göstərən xarici subpodratçı şirkətlər gördükləri iş və xidmətlərə görə əldə etdikləri gəlirdən yalnız ödəmə mənbəyində tutulan mənfəət vergisini ödəyir və mövcud müqavilələrə görə digər vergiləri ödəməkdən azad edilir. Neft sazişləri üzrə podratçı tərəf sayılan xarici şirkətlərin əldə etdikləri gəlirlər həmin sazişlə müəyyən olunan dərəcələrlə yalnız mənfəət vergisinə cəlb olunur. Hasilatın pay bölgüsü üzrə qanuni qüvvəyə malik olan sazişlər çərçivəsində fəaliyyət göstərən şirkətlər üçün «Mənfəət vergisi», «Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında», «İdxal və ixrac vergilər haqqında» protokollarla tənzimlənən və Vergi Məcəlləsindən fərqli üstünlüklərə malik olan xüsusi rejimi vergi sistemi tətbiq olunur. Xüsusi vurğulamaq yerinə düşər ki, ölkəmizdə həyata keçirilən vergi siyasəti, yaradılmış əlverişli vergi mühiti son illərdə xarici vergi ödəyicilərinin sayının artmasına və xarici investorların ölkə iqtisadiyyatının inkişafında rolunun xeyli güclənməsinə səbəb olmuşdur.
Deyilənlərdən göründüyü kimi, müasir dövrdə əlverişli vergi mühitinin yaradılması məsələsi xarici investorları narahat edən başlıca problemlərdəndir. Xarici investorları və kreditorları vergi güzəşti və imtiyazlarından daha çox öz fəaliyyətlərini uzun müddətə proqnozlaşdırmağa imkan verən vergi sisteminin sabitliyi maraqlandırır. Heç kimə sirr deyildir ki, Azərbaycan Respublikası tərəfindən bağlanılmış bir sıra müqavilələr əsasən investisiyaların təşviqi və qorunmasını, gəlirlərə və əmlaka münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını, nəqliyyat daşımalarını və kredit sazişlərini əhatə edir.
İnvestisiyaların təşviqi və qorunması haqqında sazişə görə, hər bir tərəf öz ərazisində digər tərəfin kreditorları və investorlarının investisiyalarına özünün, yaxud istinəlin üsüncü dövlətin kreditorları və investorlarının investisiyalarına yaradılan rejim qədər ədalətli, ona bərabər və ondan az əlverişli olmayan rejim yaradır. İkiqat vergiqoymanın aradan qaldırılması haqqında sazişlərdə isə əsas güzəştlər, yəni aşağı vergi dərəcələri ödəmə mənbəyində tutulan vergilərə (dividentlərdən, faizlərdən, royaltilərdən) verilir. Belə ki, bir çox sazişlərdə və müqavilələrdə qoyulan investisiyaların həcmindən asılı olaraq vergilərin dərəcəsi dəyişir. Xüsusi vurğulamaq yerinə düşər ki, investisiya mühtində ticarət siyasəti və rejimi vacib faktor sayılır. Məhz buna görə də, əlverişli şərait və şərtləri təmin edən bir sıra ikitərəfli ticarət sazişlərinin bağlanılması nəticəsində Azərbaycanın ticarət əlaqələri xeyli genişlənmiş, 1997-ci ildən qüvvəyə minmiş sadələşdirilmiş tarif rejimi daha da müasirləşdirilmiş, idxal olunan bir sıra mallar idxal-gömrük rüsumundan tamamilə azad edilmişdir. Azərbaycan Respublikasının əlverişli coğrafi məkanda yerləşməsi və onun nəqliyyat infrastrukturunun inkişafı ölkə iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, həm də yeraltı və yerüstü təbii sərvətlərin istehsal dövriyyəsinə cəlb olunmasına əlverişli şərait yaratmış və ölkəyə valyuta axınını sürətləndirmişdir.
Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycanda ixtisaslı işçi qüvvəsinin mövculğunu investisiya yatırmaq üçün müsbət faktor hesab olunur. Artıq xarici kreditorlar və investorlar Azərbaycanda təbii sərvətlərlə yanaşı, keyfiyyətli «insan kapitalı»nın mövcudluğu faktını etiraf edir və hər bir işçinin öz iş profilini dəyişməsinin, yaxud təkmilləşdirilməsinin nisbətən ucuz başa gəldiyini xüsusi vurğulayır. Onu da qeyd edim ki, insan kapitalı ilə yanaşı, ölkədəki bazar infrastrukturunun inkişafı həmin ölkəyə investisiya axınına müsbət təsir göstərir. Bu gün Azərbaycanda bazar infrastrukturunda bütün bazarlar sərbəst fəaliyyət göstərir. Məlum həqiqətdir ki, bazar infrastrukturunda əsas rol pul, kredit və qiymətli kağızlar bazarından ibarət olan maliyyə bazarına məxsusdur. Əgər, pul və kredit bazarları Azərbaycanda kifayət qədər inkişaf etmişdirsə, qiymətli kağızlar bazarı yeni formalaşır. Ümumilikdə götürdükdə isə Azərbaycanda investisiya mühitini yaxşılaşdıran fiskal siyasəti tam formalaşmışdır. Lakin, dünya maliyyə böhranı ilə əlaqədar iqtisadi-sosial sahədə mənfi təzahürlər də müşahidə olunur. Bunlara misal olaraq əhalinin məşğulluq səviyyəsinin azalması, əhalinin real gəlirlərinin və alıcılın qabiliyyətinin zəifləməsi, daxili və xarici bazarda yerli istehsalçılar üçün rəqabət şəraitinin pisləşməsi və digər faktorlar göstərilə bilər.
Məlumdur ki, investisiya fəaliyyətinin istiqamətində yaradılmış normativ-hüquqi baza, ölkəyə investisiya axınına nail olunması və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi məqsədilə daim təkmilləşdirilir. Hal-hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclisin qədul etdiyi qanunlar, ikitərəfli və çoxtərəfli dövlətlərarası müqavilələr və beynəlxalq çoxtərəfli muqavilələr əsasında tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının II fəslinin 4-cü maddəsində «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur» və IV fəslin 29-cu maddəsində «heç kim məhkəmənin hökmü olmadan mülkiyyətindən məhrum oluna bilməz» formatında qeyd olunan müddəalar tək milli investorlara deyil, həm də xarici investorlara şamil edilir. «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikası Qanunun III fəslinin 17-ci maddəsində isə xarici investisiyanın müsadirə edilməsi haqqında müddəa öz əksini tapır. Xarici investorlar səlahiyyətli şəxslərin və orqanların qərar və hərəkətləri haqqında məhkəməyə şikayətlə müraciət edə bilər. Bununla əlaqədar olaraq ölkə Konstitusiyasında əvvəlcədən vurulmuş ziyana görə əvəz ödənilməsi, «Xarici investisiyaların qorunması haqqında» Qanunda təxirəsalınmadan kompensasiya verilməsi, «İnvestisiya fəaliyyəti haqqında» Qanunda isə dəymiş ziyan və əldə ediləcək mənfəət üçün real dəyəri ilə tam həcmdə kompensasiya verilməsi nəzərdə tutulur.
Yuxarıda sadalananlardan göründüyü kimi, ölkə Konstitusiyasında tətbiq edilən yenilik xarici investorların sərbəstliyi baxımından əlavə amil kimi çıxış edir. «Xarci investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının Qanununda xarici investorların fəaliyyət dairəsi, yerli investorların fəaliyyət dairəsi ilə eyniləşdirilir. Dövlət həmçinin investisiya fəaliyyəti nəticəsində əldə olunmuş mənfəət və digər vəsaitlərin xarici valyutada maneəsiz ölkə hüdudlarından kənara çıxrılmasına təminat verir. Əgər, xarici investisiyalar haqqında qanunvericiliklə müəyyənləşdirilən xarici investisiyaların müdafiə təminatları dəyişərsə, bu halda «Xarici investisiyaların qorunması haqqında» Qanunun müddəaları tətbiq olunur.
Ölkədə aparılan investisiya siyasətinin mühüm tərkib hissəsi və əsas istiqamətlərindən biri investisiya fəaliyyəti subyektləri arasındakı qarşılıqlı münasibətləri tənzimləyər və hüquqi qanunvericilikdə müstəsna əhəmiyyət daşıyan dövlətlərarası «investisiya qoyuluşlarının həvəsləndirilməsi və qarşılıqlı müdafiəsi haqqında» razılaşma müqavilələri hesab olunur. Bu müqavilələr investisiyalara ədalətli statusun verlməsinin və başqa dövlətin ərazisində onların müdafiəsinin təminatçısı rolunu oynayır.
«Xarici investisiyaların qorunması» haqqında Qanuna müvafiq olaraq vergi və rüsumlar ödənildikdən sonra xarici investorların investisya fəaliyyəti ilə əlaqədar əldə etdikləri gəlirin valyuta şəklində xaricə köçürülməsinə təminat verilir. Onu da qeyd etmək lazımdır ki, xarici investorların əldə etdikləri mənfəət yenidən investisiya şəklində ölkə iqtisadiyyatına yatırıla bilər.
Xarici investisiyalı müəssisələr özünün istehsal etdiyi məhsula qiymət qoymaq, ölkənin daxili bazarında onu satmaq və bu bazarda məhsul göndərənləri seçmək hüququna malikdir. Xarici investorlara məxsus müəssisələr və nizamnamə kapitalının 30%-dən çoxu xarici investorlara məxsus olan firma və şirkətlər istehsal etdikləri məhsulları lisenziyasız ixrac edə bilər.
Yuxarıda qeyd edildiyi kimi, ölkəmiz istehsal və xidmət sferalarına investisiya qoyulmasının həvəsləndirilməsi və investisiyaların qarşılıqlı qorunması haqqında bir sıra dövlətlərlə müqavilələr bağlamış və ratifikasiya etmişdir. Bütün bu müqavilələr beynəlxalq praktikiya tam uyğun gəlir və bir qayda olaraq tərəflərin hər birinin digər tərəfin investorlarına kapital qoyuluşunun həyata keçirilməsi üçün əlverişli rejim yaradılması haqqında öhdəliklər götürülməsini, yaranmış münaqişə vəziyyətlərinin beynəlxalq məhkəmələrdə müzakirə edilməsi imkanlarının tanıdılması və digər müddəaları əks etdirir. Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, xarici investisiyaların ölkəyə cəlb edilməsində maraqlı olan dövlət üçün investisiya riskini azaldan beynəlxalq müqavilələrin müstəsna əhəmiyyəti var. Belə müqavilələrə misal olaraq 1985-ci il tarixli «İnvestisiyalara zəmanət üçün çoxtərəfli agentliyin təsisi» haqqında Seul Konvensiyasını göstərmək olar. Sözügedən konvensiyanın əsas məqsədi üzv ölkələrin istehsal və xidmət sahələrinə investisiya axınının təşkil edilməsi üçün əlverişli şərait yaradılması və investisiya qoyuluşunun həvəsləndirilməsi hesab olunur.
İnvestisiya siyasəti haqqında MDB ölkələri çərçivəsində Aşqabadda imzalanmış 24 dekabr 1993-cü il tarixli «İnvestisiya fəaliyyəti sahəsində əməkdaşlıq» razılaşması investisiyaların hüquqi rejimini, investor və investisiya anlayışını, investisifa fəaliyyətinin formalarını və digər məsələləri aydınlaşdırır.
Xarici investisiyaların qorunması prioritet istiqamət olduğundan bütün dünya ölkələri «Dövlətlər və xarici şəxslər arasında investisiya mübahisələrinin həlli qaydaları haqqında» 1965-ci il tarixli Vaşinqton Konvensiyası, «Xarici ticarət arbitrajı haqqında» 1961-ci il tarixli Avropa Konvensiyası (Çenevrə), «Xarici arbitraj qərarlarının tanınması və həyata keçirilməsi haqqında» 1958-ci il tarixli Nyu-York Konvensiyası və 1985-ci il tarixli Seul Konvensiyasının şərtlərinə əməl etməyə çalışır. Azərbaycan Respublikası Çenevrə Konvensiyasının üzvü kimi öz beynəlxalq öhdəliklərini yüksək səviyyədə yerinə yetirir.
Məlum həqiqətdir ki, investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı sığortanın soxsaylı növlərindən istifadə olunur. Belə sığorta növlərindən biri siyasi risklərdən investisiyaların sığortalanması hesab edilir. Burada çox zaman investor ölkənin dövlət sığorta strukturları və beynəlxalq maliyyə təşkilatları sığortası rolunda çıxış edir. Bu cür sığortalanma zamanı müvafiq dövlətlərin hökumətlərinin törəmə sığorta təşkilatları olan agentliklər aparıcı rol onayır. Dünyanın aparıcı sığorta agentlikləri arasında xüsusi xarici investisiyalar korporasiyasını (ABŞ), «Germes» şirkətini (Almaniya), Yaponiyanın Xarici Ticarət və Sənaye Nazirliyinin ixrac, idxal və ticarət departamentini, Böyük Britaniyanın İqtisadiyyat və Sənaye Nazirliyinin ixrac kredit təminatları departamentini, «Kofas» şirkətini (Fransa) qeyd etmək lazım gəlir. Siyasi risklərdən investisiyaların sığortalanmasının həyata keçirilməsi zamanı Dünya Bankının təşəbbüsü ilə Seul konvensiyasına uyğun olaraq 1985-ci ildə təsis edilən investisiyaların təminatı üzrə çoxtərəfli agentlik sayılan İTÇA-nı xüsusi vurğulamaq olar. İTÇA-nın əsas vəzifəsi xarici kapitalı qəbul edən ölkədə investisiya iqliminin yaxşılaşdırılması üzrə xidmətlərin göstərilməsi və əlavə təminatların verilməsi yolu ilə inkişaf etməkdə olan ölkələrdə xarici investisiyaların həvəsləndirilməsi hesab olunur. İTÇA-nın təklif etdiyi xarici investorların əmlak maraqlarının müdafiə sisteminin əsasını sığorta müqaviləsi təşkil edir və burada İTÇA (sığortaçı) və xarici investor (sığorta olunan) tərəflər kimi çıxış edir. Bu zaman müqavilənin bağlanılmasında əsas şərt kimi həm investorun yerləşdiyi ölkənin, həm də investisiyanı qəbul edən ölkənin İTÇA-nın üzvü olması götürülür.
Hakimiyyət orqanlarının, digər dövlət qurumlarının, həmçinin bürokratiyanın doğurduğu hadisələr sığorta riskləri sayılır. Sığorta risklərinin konkret siyahısı müəyyən edilərkən investisiyaları qəbul edən ölkənin siyasi və iqtisadi vəziyyəti, onun potensial maliyyə imkanları, iqtisadiyyatın inkişaf səviyyəsi, ümumi daxili məhsulun həcmi, dövlətin daxili və xarici borclarının miqdarı, onun quruluşu, borcların ödənilmə müddəti, inflyasiyanın dərəcəsi, investisiya obyektlərinin coğrafi cəhətdən yerləşməsi, sığorta müddəti və s. amillər nəzərə alınır.
Azərbaycan hökumətinin müraciəti əsasında Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti (FİAS) ölkəmizdə investisiya mühitinin monitorinqini aparmış və investisiya iqliminin daha da yaxşılaşdırılması məqsədilə birgə tədbirlər planı işlənilib hazırlanmışdır.
Xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycanda İnvestisiyaların Təsviqi və Sahibkarlığa Kömək Milli Fondu ölkə iqtisadiyyatının inkişafına xidmət göstərən aparıcı qurumlardan biri sayılır. Sahibkarlığa Kömək Milli Fondunun başlıca məqsədi xarici investorların diqqətini Azərbaycan iqtisadiyyatına yönəltmək, eyni zamanda investisiya siyasəti sahəsində qarşılıqlı dialoqun yaradılmasını təmin etməkdən ibarətdir. Fondun işçi qruppu tərəfindən ölkə iqtisadiyyatı barədə məlumatlar toplanılır və bui şin Azərbaycanın İnvestisiya Xəritəsi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda istehsal və xidmət sferasın investisiya mühitini təhlil edərkən bu mühitin müsbət və mənfi tərəfləri olaraq iki qrupa ayırmaq mümkün olur. Müsbət tərəflərə qısa olaraq aşağıdakıları aid etmək olar:
1). Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olması;
2). Azərbaycanın investorları cəlb etmək üçün zəngin təbii sərvətlərə malik olması;
3). Azərbaycandakı daxili ictmai-siyasi vəziyyətin sabit olması;
4). 2003-cü ildən başlayaraq iqtisadiyyatda sabit artım, inflyasiyanın qəbul ediləcək səviyyəsi, maliyyə-bank sektorundakı islahatlar, əlverişli vergi mühitinin yaradılması, gömrük rüsumlarının orta səviyyəsi;
5). Azərbaycanın inkişaf etmiş nəqliyyat və rabitə infrastrukturuna malik olması;
6). Ucuz və yüksək peşəkarlıqlı işçi qüvvəsinin mövcudluğu;
7). Xarici investorların fəaliyyətini tənzimləyən qanunvericilikdə müntəzəm olaraq aparılan təkmilləşdirmələr nəticəsində hüquqi-normativ bazanın yaxşılaşdırılması.
Mənfi cəhətlərə isə aşağıdakıları şamil etmək olar:
1). Ölkəmizin Ermənistanla müharibə vəziyyətində olması;
2). İqtisadiyyatın inkişaf səviyyəsinin və Ümumi Daxili Məhsulun artım tempinin dünya malyyə böhranı səbəbindən yavaşıması;
3). Neft-qaz qiymətlərinin aşağı düşməsi və milli valyutanın devalvasiyası;
4). Azad İqtisadi Zonaların yaradılmasının gecikdirilməsi.
1.3. Xidmət sferası müəssisələrinin investisiya fəaliyyətində maliyyələşmə portfelinin formalaşdırılması məsələləri
Xidmət sferası müəssisələrində həyata keçirilən investisiya prosesi investisiya portfelinin formalaşması problemləri ilə birbaşa əlaqədardır və bu da öz növbəsində investisiyanın müxtəlif formaları, yaxud müxtəlif investisiya layihələri ilə bağlıdır. İnvestisiya portfeli investisiya strategiyasına müvafiq olaraq investisiya prosesinin həyata keçirilməsi üçün zəruri olan real və maliyyə investisiya obyektlərinin formalaşmış məcmusunu əks etdirir.
Xüsusi vurğulamaq yerinə düşər ki, müəssisənin (firmanın) investisiya portfelinin tərkibinin müxtəlifliyinə baxmayaraq, o bir tərəfdən vahid idarəetmə obyekti sayılır, digər tərəfdən isə investisiya obyektlərinə və onların idarəetmə metodlarına görə fərqlənən müstəqil investisiya portfellərini özündə birləşdirir:
- real investisiya layihələri portfeli;
- qiymətli kağızlara maliyyə investisiya portfeli (buna portfel investisiya da deyilir);
- digər maliyyə investisiya portfeli (bank depozitləri, depozit sertifikatları);
- müəssisələrin dövriyyə kapitalına investisiya portfeli.
Bir qayda olaraq investor və kreditorlar maliyyə vəsaitlərini bir növbədən olan qiymətli kağızlara yönəltmir. İnvestor onların məcmusunu formalaşdırır və buna da qiymətli kağızlar portfeli deyilir. İnvestor dividentlərin və bazar qiymətləri əsasında onun gəlirlərinin sabitliyini təmin edən qiymətli kağızlar portfelini formalaşdırır. Onu da qeyd edim ki, investorlar balanslaşdırılmış portfel yaratmağa salışır və bu təhlükəsizlik, gəlirlilik, kapitalın artımı və likvidlik baxımından doğru sayılır. Aqressiv qiymətli kağızlar portfeli isə aktiv və satılan qiymətli kağızların məcmusu hesab olunur ki, bunların dəyərinin tezliklə artması ehtimalı maksimum olur. Eyni zamanda, bu cür sağızlar üzrə risk səviyyəsi də maksimuma yaxınlaşır.
Konverlativ qiymətli kağızlar portfeli daha az gəlirli, lakin etibarlı və az riskli qiymətli kağızlardan formalaşır.
Məlum həqiqətdir ki, investisiya portfelinin növü və strukturu müəssisənin investisiya strategiyasının məqsədlər sistemindən əhəmiyyətli dərəcədə asılıdır. İnvestisiya portfelinin formalaşdırılmasında əsas məqsəd daha səmərəli və təhlükəsiz real investisiya layihələri və maliyyə vasitələri seçməklə müəssisənin investisiya strategiyasının reallaşdırılmasının təmin edilməsi hesab olunur.
Bazar şəraitində iki növ investor, yəni strategi və portfel investorlar fəaliyyət göstərir. Strateji investorlara bazara çıxan korporasiyalar, yaxud istehsalı genişləndirmək üçün kifayət qədər şəxsi vəsaiti olan milli müəssisə və sənaye qrupları aid edilir. Strateji investor həmişə müəssisənin nəzarət-shm paketini almağa çalışır. Qeyd etmək lazımdır ki, strateji investor nəzarət, səhm paketi vasitəsilə qeyri-müəyyən müddətə istehsalın inkişafını təmin edir.
Portfel investoru həm dividend formasında və həm də sahib olduğu səhm paketini alış qiymətindən baha satmaq hesabına investisiya gəliri əldə etməyə çalışır. Ona görə də portfel investoru səhm paketini bir neçə gündən bir neçə ilə qədər olan müddətə alır.
Qeyd etmək lazımdır ki, portfel investoru səhm paketini almağa çalışmır. O, investor üçün müəssisənin (firmanın) idarəedilməsində iştirak etmə məqsədi daşımır. Portfel investorlar kimi banklar (kommersiya, investisiya) ixtisaslaşmış investisiya şirkətləri, investisiya fondları və digər maliyyə qurumları formasında çıxış edir. Portfel investorun gəliri müəyyən müddətdə əldə edilən dividendlərlə, eləcə də səhmlərin satış qiyməti ilə onların alış qiyməti arasındakı fərq şəklində müəyyəe edilir.
Qeyd etmək lazımdır ki, sahibkar kapitalı birbaşa investisiyalar portfelinə daxildir və aşağıdakı səbəblərlə fərqlənir.
1). Bu investisyaları bir-birindən fərqləndirən cəhət xarici investisiya qoyuluşunun idarəedilməsi ilə əlaqədardır. Xarici ölkələrlə birbaşa xarici investisiya qoyuluşları vasitəsilə yaradılan filial müəssisələr (firma) baş müəssisənin (rəhbərliyi) nəzarəti altında fəaliyyət göstərir. Firmanın rəhbər işçiləri də əksər hallarda baş müəssisə (şirkət) tərəfindən təyin edilir.
2). Bu sahədə ikinci fərq investorun kimliyi ilə bağlıdır. Göstərmək lazımdır ki, investisiyalar əsas etibarı ilə Transmilli Şirkətlər (TŞ) tərəfindən qoyulur. Portfel investisiyalar isə fiziki şəxslər tərəfindən də qoyula bilər.
3). Digər fərq isə investisiya qoyuluşları məbləğinin (əsas qoyuluş və faizlərin) geri qaytarılmasını əks etdirir. Göstərmək lazımdır ki, birbaşa investisiya qoyuluşlarından əldə edilən mənfəətin məbləği ümumi gəlir dövriyyəsindən və dövlətin müəyyən etdiyi məhdudiyyətlərdən asılıdır. Portfel investisiyasında isə gəlir və amortizasiyanın geri qaytarılması əvvəlcədən razılaşdırılır. Bu borc alan ölkə baxımından valyuta borcu olaraq iqtisadi konyukturanın təsirinə məruz qalmır. Portfel investisiya qoyuluşlarında əsas məqsəd faiz, yaxud pay gəliri əldə etmək hesab olunur. Belə investisiya qoyuluşları adətən mənfəət və faiz dərəcəsi yüksək olan ölkələrə istiqamətlənir.
Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, İkinci Dünya müharibəsindən sonra bir çox inkişaf etməkdə olan ölkələrdə valyuta problemlərnin kəskinləşməsi ilə əlaqədar olaraq portfel investisiya qoyuluşunun rolu və əhəmiyyət yenidən artmağa başlayır. Beləliklə, dünya ölkələrinin tarixi inkişaf mərhələlərindən asılı olaraq investisiya portfeli mürəkkəb inkişaf prosesi keçərək bazar iqtisadiyyatı şəraitində özünə məxsus yer tutmuşdur.
Ümumilikdə götürdükdə, investisiya portfeli real və maliyyə investisiya portfellərindən ibarətdir. Real layihələrə investisiya qoyuluşları, bir qayda olaraq, müəssisələrin inkişafına, onların təsərrfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə yönəldilir. Maliyyə investisiyaları əsasən müəssisələrin bazarda yerinin möhkəmləndirilməsçi və başqa müəssisələrin fəaliyyətinin idarəedilməsi nəticəsində gəlir əldə olunması məqsədini daşıyır. İnvestisiya portfelinin formalaşması aşağıdakı prinsiplərə əsaslanır:
1). Müəssisənin qısa və uzun müddətli fəaliyyəti üçün investisiya strategiyasının hazırlanması;
2). Müəssisənin maliyyə sbatliyinin və onun balansının likvidliyinin təmin edilməsi məqsədilə investisiya portfelinin müəssisənin maliyyə və investisiya resursları ilə uyğunlaşdırılması;
3). Mühüm əhəmiyyətli maliyyə itkilərinə yol verilməməsi məqsədilə investisyanın gəlirliyinin və riskin nisbətinin optimallaşdırılması;
4). Müəssisənin maliyyə sabitliyi və ödəmə qabiliyyətinin təmin olunması üçün investisiyaların gəlirliliyi və likvidliyinin optimallaşdırılması;
5). İnvestisiya portfelinin idarəedilməsinin təmin olunması.
İnvestisiya portfelinin formalaşması və onun idarəedilməsi aşağıdakı mərhələləri əks etdirir:
1). Daha gəlirli və təhlükəsiz investisiya obyektləri seçmək yolu ilə müəssisənin investisiya strategiyasının reallaşdırılmasının təmin edilməsi;
2). İnvestisiya resurslarının həcmi və növləri nəzərə alınmaqla, investisiya portfeli çərçivəsində investisiyanın müxtəlif növlərinin proporsionallığının təmin olunması;
3). Konkret real layhələrin və qiymətli kağızların investisiya portfelinə daxil edilməsi zamanı onların düzgün qiymətləndirilməsi və optimal portfelin reallaşdırılmasının təmin olunması;
4). İnvestisiya gəlirlərinin, müəssisənin inkişaf parametrlərinin və digər əsas iqtisadi göstəricilərin dəyişməsi ilə əlaqədar olaraq şaxələndirmə məqsədilə investisiya portfelinin, onu təşkil edən ayrı-ayrı elementlərin, eləcə də gəlirlərin risklərin və likvidliyin qiymətləndirilməsi;
5). İnvestisiya portfelinin gəlirliyini, təhlükəsizliyini və likvidliyini yüksəltmək məqsədilə investisiya pottfelinin idarə edilməsi.
Beləliklə, makro-iqtisadi səviyyədə investisiya portfelinin formalaşmasına uyğun olaraq xidmət sferası müəssisələrində investisiya portfelinin formalaşmasının ümumi prinsiplərini aşağıdakı kimi sistemləşdirmək olar.
Dostları ilə paylaş: |