Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin



Yüklə 370,62 Kb.
səhifə2/23
tarix05.01.2022
ölçüsü370,62 Kb.
#111371
1   2   3   4   5   6   7   8   9   ...   23
NƏTİCƏ VƏ TƏKLİFLƏR ...71

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT ...74




İşin ümumi xarakteristikası

Mövzunun aktuallığı. Müasir dövrdə təsərrüfat subyektlərinin özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyətinin təmin edilməsi bir sıra tədbirlə­rin sistemli və kompleks şəkildə həyata keçirilməsi ilə birbaşa bağlıdır. Belə bır şəraitdə istehsalın və satışın həcminin artırılması, material və əmək məs­rəflərinin minimuma endirilməsi, məhsulun material və əməktutumunun azaldılması ehtiyatlarının aşkara çıxarılması, idarəetmənin başlıca elementlə­rindən olan mühasibat uçotu və iqtisadi təhlilin metodikasının tamamilə yeni prinsiplər əsasında işlənib hazırlanması obyektiv zərurətə çevrilir. Çünki, müasir dövrdə müəssisənin əmək və material resursları ilə müntəzəm və fasiləsiz təmin olunmasında yaranan problemlər əsas iqtisadi göstəricilərdən bırı hesab olunan məhsulun əmək və material tutumunun səviyyəsinin dəyiş­məsi meylinin öyrənilməsini və qiymətləndirilməsini ön plana çəkir. Xarici investisiyaların cəlb olunması və istehsal resurslarının həcminin daim artması imkanlarının məhdudluğu problemə bir daha yenidən baxılmasını, material və əmək resurslarına edilən qənaətin (artıq xərcin) məbləğinin dəqiq uçota alınmasını və hesabatda düzgün əks etdirilməsini tələb edir. Aparılan araşdırmalar göstərir ki, material və əmək resurslarına qənaət əlavə xərc çəkmə­dən istehsalın həcminin artmasına və son nəticədə hesablama göstəricisi sayılan material və əməktutumunun səviyyəsinin aşağı düşməsinə bilavasitə sə­bəb olur Məhz bu baxımdan material və əmək resurslarına qənaət problemi­nin aktuallığı daha da artır, material və əməktutumunun mövcud uçot və he­sabat məlumatlarının tələblərinə cavab verə bilən təhlili metodikasının yeni aspektdə işlənib hazırlanmasına yaranan tələbat xeyli güclənir. Lakin, aparılan elmi-tədqiqat işlərinin intensivliyinə baxmayaraq, hələ də xüsusi ədəbiyyat­larda və tədris metodik vəsaitlərdə yuxarıda sadalanan göstəricilərlə «istehsalın həcmi-məsrəf-mənfəət» sxemi arasındakı funksional əlaqənin xarakteri tam açılmamış, material və əməktutumunun tədqiqinin beynəlxalq təcrübə baxı­mından yeni aspektləri bir qədər diqqətdən kənarda qalmışdır. Bundan başqa, material və əmək resurslarından istifadənin uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, neft müqavilələri ilə əlaqədar material və əmək resursları­na olan tələbatın dəyişmə istiqamətləri, material və əməktutumunun aşağı sa­lınması yollarının və nəticələrinin qiymətləndirilməsi kimi aktual problemlə­rin həlli sahəsində xeyli qaranlıq və həlli zəruri olan problem məsələlər qal­mışdır. Müasir dövrdə material və əmək resurslarının qiymətləndirilməsi, uçotu və təhlili metodikası kompleks şəkildə işlənib hazırlanmamış, material və əməktutumunun səviyyəsinin dəyişməsinin maliyyə nəticələrinə təsiri de­mək olar ki, sistemli tədqiq edilməmişdir.


Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin