Şəkil 1.2: “Pul vəsaitlərinin hərəkəti haqqında” hesabatın tərkib elementləri Məlumdur ki, yuxarıda nəzərdən keçirilən maliyyə hesabatının üç əsas formasından hər birinin öz məqsədi və təyinatı var. “Mühasibat balansı” müəyyən dövrə müəssisənin aktivlərinə yönəldilən resursları və onların kapitalla maliyyələşməsi dərəcəsini əks etdirir. “Mənfəət və zərərlər haqqında” hesabatda cari hesabat dövründə əldə edilmiş xalis mənfəət haqqında informasiya verilir. “Pul vəsaitlərinin hərəkəti haqqında” hesabat cari, investisiya və maliyyə fəaliyyəti nəticəsində formalaşan pul vəsaitlərinin şirkətə daxil olmasını və sərf edilməsini göstərir. Heç kimə sirr deyildir ki, sözügedən hesabat formaları arasındakı qarşılıqlı əlaqə və asılılıq onlara sistemli və kompleks yanaşmağı tələb edir. Fikrimizcə, maliyyə hesabatının üç əsas forması arasındakı qarşılıqlı əlaqə və asılılığın xarakterini aşağıdakı formada verilən sxemdən daha aydın görmək olar.
Cari fəaliyyət: “Mənfəət və zərərlər haqqında” hesabat
İnvestisiya və maliyyə faəliyyəti:
Balans
(dövrün əvvəlinə)
İnvestisiya və maliyyə faəliyyəti:
Balans
(dövrün əvvəlinə)
Cari investisiya və maliyyə fəaliyyətinin nəticələri: “Pul vəsaitlərinin hərəkəti haqqında” hesabat