Magistratura məRKƏZİ” Əlyazması hüququnda Nəsibli Fəxri Fəxrəddin oğlu


Çoxnomenklaturalı istehsallarda məhsul satışından yaranan gəlirlərin təhlili



Yüklə 0,67 Mb.
səhifə17/24
tarix10.01.2022
ölçüsü0,67 Mb.
#108996
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
Çoxnomenklaturalı istehsallarda məhsul satışından yaranan gəlirlərin təhlili


Göstəricilər

Məhsul satışından yaranan pul gəlirlərinin məbləği, mln.manatla

Məhsul satışından yaranan pul gəlirlərinin ümumi məbləğinin dəyişməsinə təsir göstərən amillər







məhsul sa­tı­şı­nın ümumi həc­minin də­yiş­məsi

satılmış məhsulun st­ruk­turunun dəyişməsi

məhsulun satış qiy­mətinin də­yiş­mə­si

A

1

2

3

4



31750

biznes-plan

biznes-plan

biznes-plan



31470

faktiki

biznes-plan

biznes-plan



32200

faktiki

faktiki

biznes-plan



33312

faktiki

faktiki

faktiki

Xüsusi vurğulamaq ye­rinə düşər ki, çoxkomponentli istehsallarda məhsul (iş və xidmətlər) satışından ya­ranan mənfəətin mütləq məbləğinin dəyişməsinə səbəb olan amillərin təsirinin he­sablanması və qiymətləndirilməsi bir neçə mərhələdə aparılır:

1) Konkret növ məhsulun (iş və xidmətlərin) satış qiymətində marjinal gə­li­rin xüsusi çəkisinin hesablanması;


2) Müəssisə üzrə məhsul (iş və xidmətlər) satışından əldə olunan ümumi pul gəlirlərinin tərkibində biznes-plan üzrə marjinal gəlirin xüsusi çəkisinin orta kəmiyyətinin müəyyən edilməsi:
3) Məhsul (iş və xidmətlər) satışı həcminin biznes-plana nisbətən dəyişməsi he­sabına mənfəətin mütləq məbləğində baş vermiş artımın (azalmanın) faktiki kə­miyyətinin hesablanması;

4) Satılmış məhsulun (iş və xidmətlərin) strukturunun dəyişməsinin mən­fəə­tin mütləq kəmiyyətinə təsirinin hesablanması;

5) Məhsulun (iş və xidmətlərin) satış qiymətinin dəyişməsinin mənfəətin müt­ləq məbləğinə təsirinin hesablanması və qiymətləndirilməsi;

6) Satılmış məhsulun (iş və xidmətlərin) faktiki strukturu və qiyməti, eləcə də mə­­mulat vahidinə sərf edilən dəyişən məsrəflərin ümumi məbləği nəzərə alın­maq­la marjinal gəlirin xüsusi çəkisinin fərdi və orta kəmiyyətinin hesablanması və qiy­­mətləndirilməsi;



Lakin, marjinal gə­lir kateqoriyasından istifadə edilməklə aparılan təhlilin nəticələrini ölkə müəs­si­sə­lərində ənənəvi metodika vasitəsilə həyata keçirilən təhlilin nəticələri ilə mü­qa­yi­sə etdikdə onların arasında ciddi fərqlərin olduğu meydana çıxır. Belə ki, sa­tı­şın həcmi və strukturu kimi faktorlar məhsulun (iş və xidmətlərin) maya dəyərinə bi­lavasitə təsir göstərdiyindən, beynəlxalq praktikada marjinal gəlir ka­te­qo­ri­ya­sın­dan istifadə edilməklə həyata keçirilən mənfəətin təhlili prosesində sözügedən amil­lərin təsirinin qiymətləndirilməsinə xüsusi fikir verilir. Məhz buna görə də, məh­sul (iş və xidmətlər) satışından yaranan mənfəətin mütləq məbləğinin də­yiş­mə­sinə təsir göstərən amillərin real kəmiyyəti arasında nəzərə çarpacaq dərəcədə fərq­lər yaranır. Bunu aşağıdakı cədvəlin məlumatlarından və onların əsasında apa­rılan iqtisadi təhlilin nəticələrindən bilavasitə görmək olar (bax cədvəl 2.2).

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin