2.2 saylı cədvəlin məlumatlarından göründüyü kimi, fəaliyyətini öyrəndiyimiz təsərrüfat subyekti üzrə 2016-cı ildə 2015-ci ilə nisbətən məhsul (iş və xidmətlər) satışından yaranan mənfəətin mütləq məbləği 465 mln.manat (6432-5967) və ya 7,8% (465:5967x100) artmışdır. Bu artım, ilk növbədə, ənənəvi qayda üzrə məhsul satışından yaranan mənfəətin müəyyən olunması metodikasına daxil edilən hər bir Cədvəl 2.2. Satışdan yaranan mənfəətin təhili və qiymətləndirilməsi (mln.manatla)
elementin dəyişməsi hesabına baş vermişdir: 1) satılmış məhsulun (iş və xidmətlərin) həcmi və strukturunun dəyişməsi (6093-5967= +126 mln.manat); 2) məhsul (iş və xidmətlər) satışının ümumi həcminin dəyişməsi hesabına ( ); 3) reallaşdırılan məhsulun (iş və xidmətlərin) strukturunun dəyişməsi (126-84,1=+41,9 mln.manat); 4) satılmış məhsulun (iş və xidmətlərin) tam maya dəyərinin dəyişməsi (26107-26880=-773 mln.manat); 5) məhsulun (iş və xidmətlərin) smatış qiymətinin dəyişməsi (33312-32200=+1112 mln.manat); Beləliklə, həm ölkə müəssisələrində və həm də beynəlxalq praktikada geniş tətbiq olunan metodikalar vasitəsilə aparılan təhlilin nəticələrini ümumiləşdirdikdə aşağıdakı mənzərə yaranır.
Dostları ilə paylaş: |