Çoxnomenklaturalı istehsallarda məhsul satışından yaranan gəlirlərin təhlili
Göstəricilər
|
Məhsul satışından yaranan pul gəlirlərinin məbləği, mln.manatla
|
Məhsul satışından yaranan pul gəlirlərinin ümumi məbləğinin dəyişməsinə təsir göstərən amillər
|
|
|
məhsul satışının ümumi həcminin dəyişməsi
|
satılmış məhsulun strukturunun dəyişməsi
|
məhsulun satış qiymətinin dəyişməsi
|
A
|
1
|
2
|
3
|
4
|
|
31750
|
biznes-plan
|
biznes-plan
|
biznes-plan
|
|
31470
|
faktiki
|
biznes-plan
|
biznes-plan
|
|
32200
|
faktiki
|
faktiki
|
biznes-plan
|
|
33312
|
faktiki
|
faktiki
|
faktiki
| Xüsusi vurğulamaq yerinə düşər ki, çoxkomponentli istehsallarda məhsul (iş və xidmətlər) satışından yaranan mənfəətin mütləq məbləğinin dəyişməsinə səbəb olan amillərin təsirinin hesablanması və qiymətləndirilməsi bir neçə mərhələdə aparılır: 1) Konkret növ məhsulun (iş və xidmətlərin) satış qiymətində marjinal gəlirin xüsusi çəkisinin hesablanması;
2) Müəssisə üzrə məhsul (iş və xidmətlər) satışından əldə olunan ümumi pul gəlirlərinin tərkibində biznes-plan üzrə marjinal gəlirin xüsusi çəkisinin orta kəmiyyətinin müəyyən edilməsi:
3) Məhsul (iş və xidmətlər) satışı həcminin biznes-plana nisbətən dəyişməsi hesabına mənfəətin mütləq məbləğində baş vermiş artımın (azalmanın) faktiki kəmiyyətinin hesablanması;
4) Satılmış məhsulun (iş və xidmətlərin) strukturunun dəyişməsinin mənfəətin mütləq kəmiyyətinə təsirinin hesablanması;
5) Məhsulun (iş və xidmətlərin) satış qiymətinin dəyişməsinin mənfəətin mütləq məbləğinə təsirinin hesablanması və qiymətləndirilməsi;
6) Satılmış məhsulun (iş və xidmətlərin) faktiki strukturu və qiyməti, eləcə də məmulat vahidinə sərf edilən dəyişən məsrəflərin ümumi məbləği nəzərə alınmaqla marjinal gəlirin xüsusi çəkisinin fərdi və orta kəmiyyətinin hesablanması və qiymətləndirilməsi;
Lakin, marjinal gəlir kateqoriyasından istifadə edilməklə aparılan təhlilin nəticələrini ölkə müəssisələrində ənənəvi metodika vasitəsilə həyata keçirilən təhlilin nəticələri ilə müqayisə etdikdə onların arasında ciddi fərqlərin olduğu meydana çıxır. Belə ki, satışın həcmi və strukturu kimi faktorlar məhsulun (iş və xidmətlərin) maya dəyərinə bilavasitə təsir göstərdiyindən, beynəlxalq praktikada marjinal gəlir kateqoriyasından istifadə edilməklə həyata keçirilən mənfəətin təhlili prosesində sözügedən amillərin təsirinin qiymətləndirilməsinə xüsusi fikir verilir. Məhz buna görə də, məhsul (iş və xidmətlər) satışından yaranan mənfəətin mütləq məbləğinin dəyişməsinə təsir göstərən amillərin real kəmiyyəti arasında nəzərə çarpacaq dərəcədə fərqlər yaranır. Bunu aşağıdakı cədvəlin məlumatlarından və onların əsasında aparılan iqtisadi təhlilin nəticələrindən bilavasitə görmək olar (bax cədvəl 2.2).
Dostları ilə paylaş: |