3
GİRİŞ
Mövzunun aktuallığı. Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi və
Gəncə-Qazax regionunun təbii-resurs potensialından tam istifadə olunması ölkənin
iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.Buna görə də ölkədə təbii
resursların yerləşmə coğrafiyası məhsuldar qüvvələrin əraziyə yerləşməsini
müəyyən edən mühüm amillərdən biridir. Bu baxımdan ölkədə davamlı iqtisadi
inkişafı təmin etmək üçün hər bir regionun malik olduğu təbii-resurs potensialının
qiymətləndirilməsi, onun təsərrüfat dövriyyəsinə cəlb olunması və səmərəli istifadə
edilməsi qarşıda duran mühüm problemlərdən biridir.
İqtisadi rayonun təbii-resurs potensialından səmərəli istifadə, təbii
ekosistemlərin mühafizəsi, təbii və antropogen təsirlərin ilbəil artması nəticəsində
yaranan proseslərin öyrənilməsi, onların qarşısının alınması yollarının göstərilməsi
dissertasiya işində geniş şərh olunmuşdur. Tədqiqatlar nəticəsində məlum
olmuşdur ki, təbii və antropogen proseslər nəticəsində iqtisadi rayonda təbii-resurs
potensialına əhəmiyyətli ziyan vurulmuş, nəticədə regionun ətraf ekoloji mühiti
korlanmışdır
.
Dostları ilə paylaş: