Tədqiqatın informasiya bazasını problemlə bağlı Dövlət Statistika
Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyinin materialları,
eləcə də internet məlumatları təşkil edir. Tədqiqatın nəzəri hissəsinin öyrənilməsi
yerli və xarici təcrübəyə əsaslanaraq, ümumiləşdirmə və müqayisəli təhlil
üsullarından istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
- təbii-resurs potensialının ekoloji-iqtisadi qiymətləndirilməsi nəzəri və
metodoloji əsasları ümumiləşdirilmişdir;
- Gəncə-Qazax iqtisadi rayonunun təbii-reurs potensialı qiymətləndirilmişdir;
- Gəncə-Qazax iqtisadi rayonunun təbii-resurs potensialının ekoloji-iqtisadi
qiymətləndirilməsinin
müasir
vəziyyəti
təhlil
edilmiş
və
qiymətləndirilmişdir.
- Gəncə-Qazax iqtisadi rayonunun mineral-xammal resurslarının ekoloji-
iqtisadi qiymətləndirilməsi istiqamətləri üzrə təkliflər hazırlanmışdır;
- Gəncə-Qazax iqtisadi rayonunun su və torpaq resurslarından istifadənin
səmərəliliyinin artırılması yolları müəyyən olunmuşdur;
6
- Gəncə-Qazax iqtisadi rayonunun təbii-rekresiya ehtiyatlarının ekoloji-
iqtisadi qiymətləndirilməsi istiqamətləri təklif olunmuşdur.
Dostları ilə paylaş: |