Cədvəl 1: İxrac tənzimlənməsinin metodları və növləri
Azərbaycanın ixrac nəzarəti üzrə mövcud qanunvericiliyi dedikdə Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, əhalinin sanitar-epidemioloji və radiasiya təhlükəsizliyi üzrə qanunvericiliyi və müvafiq normativ-hüquqi aktlardan, eləcə də “İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu”ndanibarətdir.Bu Qanun dövlət orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsaslarını və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirilməsi qaydalarını müəyyən edir( əlavə 1). Qanunla yanaşı, Azərbaycan ixracatçısının xüsusilə bilməli olduğu bir neçə məqam var.
İxrac prosesini yerinə yetirərkən ixracatçı sənədləşmə işlərinə xüsusi fikir verməlidir ki, onun gömrük keçərkən çətinlikləri yaranmasın. Bu proses üçün adətən aşağıdakı əsas sənədlər tələb olunur.
Mənşə Sertifikatı
Çəki Sənədi
Qablaşdırma Sənədi
Gömrük bəyannaməsi
Ticarət Faktura (İnvoys)
Konsament
Sığorta Sənədi
Fito-sanitar Sertifikat
Dostları ilə paylaş: |