İxrac prosesi 3 əsas mərhələdə həyata keçirilir. Bu əsas təhlil mərhələsi, xarici bazara girişin planlaşdırılması mərhələsi və ixracın həyata keçirilməsidir. İlkin mərhələdə daxili imkanlar və istehsal üçün potensial təhlil edilməli, xarici ticarət üzrə ixtisaslıekspertlərlə əlaqələr qurulmalı, hədəf kimi seçilmiş bazarlarda iqtisadi-sosial, demoqrafik, siyasi komponenlər öyrənilməli və sonda əsas hədəf bazar müəyyən edilməlidir. Xarici bazara girmək üçün məhsulun sahəsinə görə bazar araşdırması aparmaq, bazara girmək strategiyasını müəyyənləşdirmək, hədəf bazarındakı icazələr, lisenziyalar, standartlar və sertifikasiya tələblərinə uyğungələk, patent, ticarət markası və müəllif hüquqları haqqında ətraflı məlumat yığmaq, vergiləri, xərcləri, idxal məhdudiyyətlərini müəyyən etmək, "price-list" hazırlamaq, maliyyəçi tutmaq kimi məsələlər həll olunmalıdır. Tətbiqetmə mərhələsində isə distribütor kanallarının müəyyənləşdirilməsi, marketinq planını həyata keçirmək, təmsilçilik yaxud satış üsullarını müəyyənləşdirib seçmək, satış üzrə müqaviləni müzakirə etmək, istehsalı tamamlamaq, sığortalar, zəruri sənədləri doldurmaq, məhsulu qablaşdırmaq, etiketləmək və məhsul yüklənməsiişləri yerinə yetirilir.
Sahibkar daxili bazardakı nailiyyətləri, ixraca başlamaq qərarı, rəqabət mühiti və düşündüyü hədəf bazarlarındakı vəziyyətdən başqa, məhsul marketinqi, qiymətqoyma və ticarət şərtlərinəaid bir neçə sualaöncədən cavab verə bilməsi vacibdir:
Məhsul (xidmət) reklamı hansı formada olacaq?
Oxşar məhsulları hansı şirkətlər və distribütorlar alırlar?
Bu bazardakı satış kim tərəfindən idarə ediləcək? (Şirkət yaxud ordakı tərəfdaş)
Hansı coğrafi region seçilməlidir?
Potensial müştəri məhsul və ya xidmətin nümunəsinəbaxa biləcəkmi?
Məhsulrəqabətə davamlılıq qabiliyyətixarici ölkədəki sərgilərə qatılmağaimkan verirmi?
Məhsul ( xidmət) xarici bazarda da eyni adımı daşıyacaq?
Qiymət hesablanması qaydası nədir?
Xidmətin şərtləri?
Ödəmə/kredit şərtləri necədir?
Məhsulunzəmanət müddəti nə qədərdir?
Endirim və ya güzəşt şərtləri?
Dostları ilə paylaş: |