3.3 İxrac diversifikasiyasını şərtləndirən təkmilləşdirmə yolları
İqtisadçılar arasında bugün xüsusilə dəbdə olan ifadələrdən biri də iqtisadiyyatın, ixracın diversifikasiyalaşdırılmasıdır. Aydın məsələdir ki, ixracı bir və ya bir qrup məhsula bağlamaq bu günkü dünyada çox təhlükəli siyasət olardı. Məsələn, Braziliyanın Manaus şəhəri bir vaxtlar iri həcmdə kauçuk ixracı hesabına öz sürətli inkişafı ilə hamını heyrətləndirir, investisiyaları cəlb edirdi. Lakin bir müddətdən sonra bu məhsulun cənub-şərqi Asiyada istehsalı onun həm qiymətinə həm də həcminə elə təsir etdi ki, Manaus kasıblayıb çətin dolanan şəhərlər arasına qayıtdı. Odur ki şaxələndirmə məntiqlidir. Buna görə ixracı diversifikasiyalaşdıra bilmək üçün zəruri olan nəzəri, standart tədbirlər və gələcək çağırışlara hesablanmış innovativ tədbirlər olmaqla iki istiqamətdə təkmilləşdirmə yollarını təqdim edirik. Birinci istiqamət, standart ixracın dəstəklənməsi tədbirləri çərçivəsində fəaliyyətdir (Cədvəl 9).
Dostları ilə paylaş: |