“magistratura məRKƏZİ”



Yüklə 2,38 Mb.
səhifə31/33
tarix01.01.2022
ölçüsü2,38 Mb.
#104997
1   ...   25   26   27   28   29   30   31   32   33
Dəyərlər

İnnovativlik

Müasir geosiyasət sübut edir ki qloballaşmaya və qlobal meyllərə qarşı getmək qeyri-mümkündür və bu təbii ki iqtisadiyyatda da özünü doğruldur. Bugün İEÖ-lər və İEOÖ-lər arasında uçurum genişlənir və İEÖ-lər daha çox xidmət, texnoloji tutumlu məhsul və əqli mülkiyyəti satırlar. Bütün mümkün sahələrdə yaranmış innovativliyi nəinki tətbiq etmək, həm də yaratmağa da meylləri stimullaşdırmaq zəruridir. İstehsal və ixrac ilə məşqul olan hər subyekt, innovativliyi sağ qalmaq şərti kimi başa düşüb bunu əsas dəyər kimi qəbul etməlidir.



Millilik

Azərbaycan dünyaya nə qədər fərqli məhsul və xidmətlər ixrac etsə də, onların reallaşdığı hər bazarda ölkə brendinin nüfuzu təsiredici amil olub və qalacaq. Millilik bir tərəfdən keyfiyyətliliyin sinonimi kimi təsdiq olunmalı, digər tərəfdən hər məhsulda müəyyən qədər olmaqla ümumi brendin təşviqinə xidmət etməli və başqa bir tərəfdən bütün məhsullarda olan ortaq bir element kimi hər hansı bir formada təzahür etməlidir. Güclü “Azərbaycan” brendi iqtisadi olduğu kimi siyasi dividentlər də gətirə bilər.



Dayanıqlılıq

Dayanıqlı inkişaf, (ing. Sustainable Development; rus. Устойчиое Развитие) termini artıq xeyli vaxtdır ki, sadəcə gözəl söz olmaqdan çıxmış və artıq konkret məna kəsb edən bir prinsip nəzəri yanaşması halına keçmişdir. Məhz bu yanaşmanın hər üç xətli prinsipi (tripple-bottom line) – İqtisadi dayanıqlılıq, Sosial-Mədəni dayanıqlılıq və Ekoloji dayanıqlılıq özündə birləşdirir. Başqa sözlə, bizə gəlirlərimizin, iqtisadi mənfəətin davamlı olaraq artımı, milli-mənəvi, habelə əhəmiyyət kəsb edən ənənəvi sahələrdəki fəaliyyətlərin (məs. əl sənətləri irsi) qorunub saxlanması, yerli sakinlərin məşqulluğunun davamlı təmini və istehsalın təbiətə ziyan verməməsi vacibdir və biz bu 3 prinsipə, onları nəzərdə tutan dayanıqlılığa dəyər kimi yanaşmalıyıq.



Şəffaflıq

Azərbaycan qanunvericiliyini və beynəlxalq hüququ rəhbər tutaraq istisnasız olaraq qanuni fəaliyyət göstərmək, hər kəs üçün bərabər şərait yaratmaq və cəmiyyətə və maraqlı tərəflərə şəffaf hesabatlar vermək, bütün fəaliyyət imkanlarını cəmiyyətə açmaq. Ümumi menecment konsepsiyasının hər kəs üçün optimallığını rəhbər tutmaq.



Səmərəlilik və Rahatlıq

İqtisadi fəaliyyətlərdə qoyulan məqsədlərə, məsələn məhsul ixracına nail olmaq prosesin effektivliyindən xəbər verir. Lakin məhsulun ən optimal şərtlərlə ixracına və maksimum mənfəətə nail olmaq, prosesin nəinki effektivliyindən, həm də səmərəliliyindən xəbər verir. Azərbaycanın xüsusi ehtiyac duyduğu bu dəyər, minimum sərfiyyat (vaxt, resurs, kapital,), maksimum nəticə (keyfiyyət, ixrac nöqtələri, kəmiyyət, müavilə müddəti və s.) prinsipini nəzərdə tutur. Məhz bu yanaşmanın geniş tətbiqi üçün səmərəliliyin bir Dəyər olması vacibdir. Bu dəyəri alıcılar üçün də nəzərə aldıqda, onlar ixrac olunan malları daha az resursla sərf etməklə əldə edəndə həm də biz onlara “Rahatlıq” satmış oluruq ki bu çox ciddi marketoloji dəyərdir.



Əməkdaşlıq və Etibarlılıq (İnklüzivlik)

Hər bir vətəndaşımızın bu dəyər yaratmaq prosesdə iştirak arzusunu yerinə yetirməyə çalışmaq, daha çox əlaqələr qurmaq, xarici investorların ölkəyə birbaşa investisiyalar qoyması üçün əlverişli mühit yaratmaqla yüksək partnyorluq mədəniyyətini Azərbaycan iqtisadiyyatında aşılamaq. Daha ədəbi dildə desək, partnyorsuz ya partnyor hesabına mənfəət düşüncəsindən, hər kəs bir yerdə daha böyük mənfəət naminə düşüncəsinə keçid. Hər iqtisadi subyekt makrosəviyyədə düşünməyə bacarmalı və kiminləsə işləməklə multiplayer effekti ilə mənfəətinin gec-tez artacağını başa düşməlidir. Təbii ki, bu ona riskli görünməməsi üçün Etibarlılıq Azərbaycan biznesində dövlətin də zəmanət verdiyi dəyər kimi təşəkkül tapmalıdır.



Mükəmməllik və Peşəkarlıq

Peşəkarlıq məhsul və ya xidmətin istehsalı, marketinqi və ixracı prosesində ortaya çıxan bütün fəaliyyətlərdə olan dəqiqlik, təşkilati bütöv həllər, yüksək keyfiyyət ilə özünü göstərməlidir. Azərbaycan məhsulu bazarda heç bir rəqib məhsulundan zəif təqdimatı qəbul etməməli, davamlı olaraq peşəkarlığın milli iqtisadiyyatda bir dəyər olmasını göstərməlidir.




Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin