Şəkil 1 Məhsul və Xidmətlərin İxracı – inkişaf etmiş, inkişaf edən və keçid iqtisadiyyatlarında: 1995–2014 (Milyard dollar və cari qiymətlər)
Mənbə : UNCTADstat
Mavi – İE – xidmətlər; Tünd mavi – İE məhsullar;
Qırmızı şkala – İEO-xidmətlər; Tünd qırmızı-İEO-məhsullar
Qırmızı xətt – Kİ-xidmətlər; tünd qırmızı xətt – Kİ- məhsullar
Məhsullarla ticarətdə artım nisbətən zəif olsa da, məhsulların ixracı inkişaf etmiş iqtisadiyyatlar üçün ildən-ilə 0.4% və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün 0.6% artmış, lakin keçid iqtisadiyyatlarında ixrac 5.5% yaxud 44 milyard dollar azalmışdır.
İnkişaf etmiş iqtisadiyyatlardan edilən ixracın həcmi ümumi dünya ixracının 55%-ni (13.2 trilyon dollar) təşkil etmişdir. İnkişaf etməkdə olan iqtisadiyyatlar ümumi dünya ixracının 41%-i (10trilyon dollar), keçid iqtisadiyyatlarından ixracın həcmi isə isə qalan 890 milyon dollar və ya 4 %-i həcmində olmuşdur. 2014-cü ildə iqtisadiyyatın sahələrində də artım fərqləri nəzərə çarpıb. Məsələn, bütün Afrika, Asiya və Amerikanın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarında qida məhsullarının, kənd təsərrüfatı xammalının və sənaye məhsullarının ixracı artmışdır. Qida məhsulları və kənd təsərrüfatı məhsullarının Afrika və Asiyada ixracı xüsusilə artmışdır (müvafiq olaraq 4.8% və 3.7% ), elə sənaye məhsullarında da (müvafiq olaraq 2.6% və 4.6%) olduğu kimi. Bunun əksinə olaraq mineralların, filizin, metalların və yanacağın ixracı inkişaf səviyyəsindən asılı olmayaraq bütün regionlarda kəskin aşağı düşmüşdür. Ən əhəmiyyətli enişlər, Afrikadan olan yanacaq həcminin ixracında (13% az) və Asiyadan mineral, filiz və metalların (qızıl da daxil olmaqla) ixracında (11%-ə qədər az) olmuşdur. Məhsullar qiymətindəki enmələr 2014-cü ildə də əhəmiyyətli dərəcədə davam etmişdir (Şəkil: 2). Qida məhsulları (13% eniş), kənd təsərrüfatı xammalı (12% eniş), minerallar, filiz və metallar (18% eniş), xam neft (43% eniş) və qızıl (6% eniş) da daxil olmaqla bir sıra məhsulların qiymətlərində nəzərəçarpacaq dərəcədə eniş olmuşdur.
Dostları ilə paylaş: |