Cədvəl 6: Toxuculuq məhsulları
Beşinci qrupa 3 növ qara metallurgiya məhsulları daxildir. Burada da dəmirdən və asqarlanmış poladdan yarımfabrikatların ixracında 24 min ton, 16 milyon ABŞ dollarına yaxın azalma qeydə alınmışdır. Lakin, 2ci növ məhsullar – külçə və digər formalarda korroziyaya davamlı polad və poladdan yarımfabrikatların istehsalı, ixracı və ixracdan gələn gəlirində iki dəfəyə yaxın artım vardır. Üçüncü növ məhsulların göstəriciləri cüzi azalma ilə demək olar ki dəyişməmişdir (Cədvəl 7).
Cədvəl 7: Qara metallurgiya məhsulları
Altıncı qrupda isə 3 növ əlvan metallurgiya məhsulu göstərilmişdir. Onlar saflaşdırılmış mis və emal olunmamış mis, alüminum və qurğuşundur. Burada bütün növlər üzrə ixracdan gəlir azalmışdır, baxmayaraq ki qurğuşunun digər iki növdən fərqli olaraq ixrac həcmində artım qeydə alınmışdır (Cədvəl 7).
Cədvəl 8: Əlvan metallurgiya məhsulları
Dostları ilə paylaş: |