Magistratura məRKƏZİ


Beynəlxalq neft birjaların ticarətin inkişaf perspektivləri



Yüklə 1,34 Mb.
səhifə31/40
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#107154
1   ...   27   28   29   30   31   32   33   34   ...   40
3.3. Beynəlxalq neft birjaların ticarətin inkişaf perspektivləri
Xüsusi qeyd etmək lazımdır ki, son on üç il ərzində ayrı-ayrı ölkələr üzrə qiy­mət­­ləndirmədə əhəmiyyətli fərqlərin olmasına baxmayaraq ümumdünya gerçək geo­loji neft ehtiyatlarının ümumilikdə davamlı artması müşahidə olunur. Belə ki, hazırda dünya dövlətləri üzrə neft ehtiyyatlar aşağıdakı diaqram üzrə bölüşdürülüb.

Diaqram 3.



Mənbə: BP

Mövcud qiymətlənmələri nəzərə almaqla, onun dünya geoloji ehtiyatların indiki istehsal səviyyəsi ən azı 60-70 ilə çata bilər.

Təxminən bu cür məlumatları British Petroleum şirkətinin ekspertləri öz Statistical Review of World Energy-də də təsdiq edirlər: hasilatının indiki templəri ilə Küveytin neft yataqları 128 ildən, Səudiyyə Ərəbistanında -85 ildən, İranda - 67, Rusiyada - 20, Türkmənistanda - 12, ABŞ-da - 10 il, Azərbaycanda - 67 ildən sonra tükənəcək. İraqa nefti demək olar ki, 129 il çatacaqdır. Hazırda t. dünya ölkələrinin neftə tələbatı il üçün təxminən 3,85 mlrd. təşkil edir.

London tədqiqat şirkəti Smith Rea Energy Associates Ltd-nin hesablama­larına görə, dünya neft istehsalçıları müasir texnologiyanın nailiyyətləri sayəsində çıxarıl­ması mümkün olan nefti də nəzərə alsalar artıq öyrənilmiş ehtiyatlar üzərinə ən azı 350 milyard barrel artıra (təxminən 50 mlrd) əlavə edə bilərlər. Bu rəqəm əlavə olaraq müasir dünya neft istehlakının təxminən 14 illik səviyyəsinə ekvivalent­dir.

21-ci əsrdən başlayaraq neft ehtiyatlarının ehtiyat dinamikasının ən mühüm yeni tendensiyası kimi artıq mövcud yataqlarda kəşfiyyat işlərinin detallaşdırılması hesabına onların artımı nəzərdə tutulur. Nəticədə yeni iri neft yataqlarının istifadəyə verilməsi sayının və onlarda ehtiyatları ümumi orta ölçüsünün ixtisarı nəticəsində, artıq məlum və onların ətrafında olan neft sahələrində neft ehtiyat­larının ümumi həcmi nəzərə çarpacaq dərəcədə artır. Baxmayaraq ki, ən yeni geofiziki avadanlıqları ilə geoloji sahələrin kompyuter modelləşdirilməsi ilə tətbiqi nəticəsində ənənəvi kəşfiyyat qazma işləri ilə müqayisədə xeyli ucuz başa gəlir və böyük kommersiya effekti verir. Eyni zamanda, dünyanın aparıcı neft hasilatı şirkətləri yeni texnolo­giyalardan istifadə etməklə əvvəllər tədqiq edilməmiş və işlənməsi üçün qeyri renta­belli sayılan aktiv şəkildə ucqar rayonlara nüfuz edirlər.

Məlumata əsasən dünya geoloji neft ehtiyatlarının təxminən 2/3 hissəsi Yaxın və Orta Şərq ölkələrində cəmləşmişdir. Bu rəqəm İranda-10%, İraqda-9,5%, Küveytdə-7%, Səudiyyə Ərəbistanında-25 % və BƏƏ-6,5% təşkil edir. Son 30 ildə yeni müəyyən olunmuş ehtiyatların 80% -i elə həmin regiona düşür.

Əldə olan məlumatlara görə dünyanın müasir neft ehtiyatlarının ¾ hissəsin­dən çoxu OPEK-ə üzv ölkələrdə cəmləşmişdir. Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, məhz neftdən əldə olunan gəlirlər hesabına adambaşına düşən milli gəlirin həcminə görə hətta inkişaf etmiş ölkələrdən irəlidə olsalar da, onlar inkişaf etməkdə olan ölkələr sırasına şamil edilmirlər.

Dünya neftçıxarma sənayesinin müxtəlif uzunmüddətli inkişaf perspektivləri baxımdan təbii ehtiyatlar ilə təmin olunma ilə əlaqədar müxtəlif mövqelər mövcud­dur. Radikal mülahizələr söylənilir ki, cari yüzillik qaz və kömür əsri olacaq və o, 21-ci əsrin müəyyən dövründə artıq öz mövqelərini xeyli itirəcək. Həqiqətən də dünyanın qaz ehtiyatları neft xammal potensialını əhəmiyyətli dərəcədə üstələyir. Lakin kömürün istifadəsinin ekoloji spesifik xüsusiyyətləri onun tətbiqini xeyli məhdudlaşdırırlar. [48]

Aşağıdakı diaqramda ölkələrin gündəlik neft istehsalı əks olunub.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin