İnvestisiya qoyuluşunun mahiyyəti və onun ölkənin iqtisadi inkişafında rolu
Respublikamızın iqtisadiyyatının sürətli inkişafının səbəblərindən birini ölkəyə daxil olan xarici investisiyaların və büdcə gəlirlərinin səmərəli yerləçdirilməsini hesab etmək olar. İnvestisiya siyasətinin uğurla həyata keçirilməsi nəticəsində davamlı iqtisadi artıma nail olunmuş, əhalinin həyat səviyyəsinin yaxşılasdırılmasında nəzərə çarpacaq nəticələr əldə olunmuşdur. İnvestisiya qoyuluşlarının reallasdırılması mürəkkəb bir proses olmaqla ciddi yanaşma tələb edir. Bu baxımdan investisiya anlayısını bir iqtisadi kateqoriya kimi nəzərdən keçirmək və onun mahiyyətini arasdırmaq məqsədəuyğun sayılardı.