Magistratura məRKƏZİ


-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiyə Fondunun xərclərinin strukturu



Yüklə 1,25 Mb.
səhifə17/27
tarix10.01.2022
ölçüsü1,25 Mb.
#108905
1   ...   13   14   15   16   17   18   19   20   ...   27
2015-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiyə Fondunun xərclərinin strukturu

Cədvəldən göründüyü kimi, muavinət və pensiyaların maliyyə təminatı məqsədi ilə Fond tərəfindən 713,7mln.man. vəsait xərclənmişdir. Bu vəsait də öncəki ilə nisbətən 22,1mln.man. və yaxud 3,2 % artıqdır. Pensiya xərcləri 2014-cü ilin müvafiq dövürlərinə nisbətən 3,0 % və ya 20,5mln.man. yüksələrək 696,5mln. man. olmuşdur.



Diaqram №4

2015-ci ilin ilk üç ayında əhaliyə 17,3mln.man. məbləğində muavinət ödənilmişdir ki, bunun da 26,1%i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,1 %i dəfn üçün, 30,7 %i hamiləliyə və doğuma görə, 26,1%i isə başqa muavinətlərin payına düşür.

Ümumilikdə, son illərdə respublikamızda əhalinin sosial rifahının artırılması, insan kapitalının inkişaf etdirilməsinə istiqamətlənən siyasət çərçivəsində əhalinin məşğulluq və layiq olduğu əməyin təminatı sahəsində atılan addımlar diqqət çəkəndir. Bu tədbirlər ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir. Ümumiyyətlə, ölkəmizdə uzunmüddətli inkişafa istiqamətlənən siyasətin sosial ədalət prinsipinə və sivil əsaslar üzərində üzərində qurulduğunu demək olar. Bu tədbirlər nəticəsində son 12 ildə milli iqtisadiyyatda 3,4 dəfə artım olması əhalinin gəlirlərinin də 7dəfə, 2016-cı ilin 9 ayında 8,7 % çoxalması ilə müşahidə edilib.

Cari ildə də davam etdirilən sosial müdafiyə tədbirinin nəticəsi olaraq, 1,3mln. nəfərdən artıq vətəndaş əmək pensiyası, 460min nəfərə yaxın adam aylıq və birdəfəlik sosial muavinət, 57,4min şəxsin AR Prezidentinin aylıq təqaud və 583,8min şəxsin sosial yardımlar, 11,2minin evdə sosial məişət xidmət, 1,5min şəxsin reabilitasiya yönümlü sosial xidmetlərlə 3,9min nəfər imtiyazlı şəxsin sanatoriya-kurort yollayışı, 1000 nəfərdən çox əlil şəxsin isə istirahət mərkəzinə yollayışla təminatı təmin edilmişdir.

2005-ci ildən bəri sosial muavinətin orta aylıq məbləği2,9dəfə, Azərbaycan Prezidentinin fərdi təqaudünün məbləği 2,6dəfə, son 7 ildən bəri isə şəhid ailələrinə verilən Prezident təqaudünün məbləği 2,2dəfə yüksəlmişdir.

Həmçinin pensiyaların orta aylıq məbləğində son 12 ildə 10,3dəfədən artıq, 2016-cı ilin yanvar-sentyabr aylarında 2016-cı ilin əvvəllərinə nisbətən 7% artımı qeydə alınmışdır.

   Fikrimizcə, Respublikamızda formalaşdırılan sosial müdafiyə sistemi sürətlə dəyişkən paradiqmalara uyğun olaraq və müasir çağırışlara cavab verən şəkildə təkmilləşdirilir və bu islahatların uğurla davam etdiriləcəyinə Respublikada həyata keçirilən sosial-iqtisadi siyasət təminat verir.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin