Magistratura məRKƏZİ



Yüklə 1,25 Mb.
səhifə19/27
tarix10.01.2022
ölçüsü1,25 Mb.
#108905
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
Özünü sığorta etdirmə. Mütəxəssislər hesab edirlər ki, risk idarəetməsi subyektinin tez-tez təkrarlanan, öz miqdarına görə çox böyük olmayan zərərlərin baş verməsi halında özünü sığorta etdirmədən istifadə etmək məqsədəuyğundur ki, bu da__potensial zərərlərin və onların nəticələrinin ehtimalını müəyyən etməyə imkan verir. Bu risklər öz təbiətinə və mümkün olan nəticələrinə görə eyni cür olmalıdırlar. Özü sığorta etdirmənin də eyni zamanda öz qiymətləri vardır. Məsələn, özünü sığorta etdirmə məqsədləri üçün binanın dəyərinə ekvivalent olan 1,0 mln. dolları ehtiyatda yığmışdır, bu onu göstərir ki, vəsait təsərrüfat dövriyyəsindən çıxarılmışdır və bu cür sığorta etdirmənin qiyməti il ərzində bankın müddətli depozitində yerləşdirildikdə alınmış minimum normal gəlirlilik göstəricisinə müvafiq olacaqdır. Özünü sığorta etdirmənin tətbiq edilməsi məhduddur, belə ki, o, risk idarəetməi subyektinin normal təsərrüfat dövriyyə vəsaitlərindən xüsusi fondlara ayırma ilə əlaqədardır. Potensial zərərin miqdarı nə qədər çox olarsa, bu cür ayırma da bir o qədər çox olmalıdır. Özünü sığorta etdirmənin zəruriliyi iki əsas səbəblə izah edilə bilər:

Sığortadan başqa, digər qaydalarla sığorta müdafiəsinin təşkil edilməsinin təmin edilməsinin qeyri-mümkünlüyü və ya risklərin vurulmuş zərərin əvəzini ödəyəbilmə xüsusiyyəti ilə. Misal üçün, sığorta hadisəsinin baş verməsi ehtimalını hesablamaq qeyri-mümkün olan risklərə münasibətdə və bölüşdürülməsi normal risklərdən fərqlənən risklər.



Məqsədli fondların və ehtiyatların yaradılmasını və özünü sığorta etdirməni riskin tutulmasının müstəqil forması kimi ayıraraq biz onlara risk idarəetməi subyektinin normal pul və ya təsərrüfat dövriyyəsindən vəsaitlərin ayrılması məqsədləri əlamətinə görə həddlər qoyuruq. İkinci halda, məhz «sığorta etmə» məqsədləri müəyyənedici, birinci halda isə sığorta zərərlərinin örtülməsində vəsaitlərdən istifadə edilməsi zərərin mövcud olmasından və sığorta hadisəsinin baş verməsi tarixinə yaradılmış ehtiyatların qalıqlarından asılıdır. Lakin müxtəlif məqsədlər üçün ehtiyatların yaradılmasına çox vaxt qanunvericiliklə icazə verilmir. O cümlədən, Rusiya qanunvericiliyi vergiyə cəlbetmədə və mühasibat uçotunda «özünü sığorta etdirmə» məqsədləri üçün məqsədli ehtiyatlar yaratmağa imkan vermir.


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin