Problemin öyrənilməsi səviyyəsi: Müəssisələrin maliyyə fəaliyyəti, maliyyə riskləri və bu risklərin sığortalanması həmişə iqtisad elminin diqqət mərkəzində olmuşdur. Azərbaycanda bu problemin həlli ilə bağlı Ə.Ə.Ələkbərov, N.N.Xudiyev, B.A,Xankişiyev, A.M.Kərimov, X.Ə.Hüseynov, K.A.Şahbazov kimi alimlərin əsərlərində geniş tədqiq olunmuşdur. Bu problemin tədqiqatına dair ədəbiyyat icmalından göründüyü kimi, əsərlərin əksəriyyətində tədqiqatçıların diqqəti sığorta və onun məhsullarına, maliyyə riskləri və müəssisələrin maliyyə fəaliyyətində onun idarə olunması kimi metodoloji problemləri üzərində cəmləşir, lakin sığorta risklərinin müəssisənin maliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına təsiri problemi bir o qədər də geniş tədqiq olunmamışdır. Tədqiq olunan dissertasiya işi məhz bu aspektdən işlənmişdir.