2.2.Gömrük vergi və rüsumlarının büdcə gəlirlərinin formalaşmasında rolu
Ölkəmizdə bazar münasibətlərinin təşəkkülü əmlak bazarının inkişafına mühüm təsir göstərmiş, yeni fəaliyyət növləri yaranmış və mülkiyyət hüququ əldə etmiş vergi ödəyiciləri formalaşmışdır. Belə çoxmülkiyyətçilik isə mülkiyyətin dəyərinə və ölçüsünə münasib vergi siyasəti yeridilməsini labüd etmişdir. Mülkiyyət münasibətlərinin inkişafı vergi obyektlərinin vergiyə cəlb edilməsində bazar münasibətlərinin mahiyyətindən irəli gələn vergitutma mexanizmlərinin tətbiqi zərurətini yaradır.
Respublika Prezidentinin 11 iyun 2001-ci il tarixli Fərmanı ilə ləğv olunmuş kənd təsərrüfatı müəssisələrinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, dövlət banklarına və digər dövlət idarələrinə olan vaxtı keçmiş borcları silinmişdir.
Respublikada əmlakın vergiyə cəlb edilməsi zamanı ən məsuliyyətli və peşəkarlıq tələb edən mərhələ vergiyə cəlbetmə bazasının müəyyən edilməsidir. Vergiyə cəlbetmə bazasının hesablanması iki növ dəyərin ilkin bərpa və bazar dəyərinə əsaslana bilər.
Belə ki, ilkin bərpa dəyəri—daşınmaz əmlak obyektınin balansa götürüldüyü dəyərdir. Bu dəyər obyektin alınması, tikilməsi, qurulması və ya istehsal dəyəri ola bılər. İlkin bərpa dəyəri əmlakın bazar dəyərindən çox, az və ya ona bərabər ola bilər.
Göstərilən aşağıdakı cədvəldə bazar dəyəri və ilkin bərpa dəyərlərınin müxtəlif nisbətləri və bunlardan asılı olaraq vergıtutmanın səviyyəsi qiymətləndırılir.
Dostları ilə paylaş: |