NƏTİCƏ VƏ TƏKLİFLƏR
Respublikada dövlət büdcəsi maliyyə sisteminin başlıca mərkəzləşdirilmiş həlqəsidir. Kəmiyyət baxımından dövlət büdcəsinin gəlirləri mili gəlirdə dövlətin payını ifadə edir. Onun mütləq həcmi və xüsusi çəkisi dövlətin konkret vəzifələri və gəlir potensialından asılı olur. Büdcə əsil mənada ümumdövlət maliyyəsinin mühüm və ayrılmaz tərkib hissəsi kimi çıxış etməlidir. Çünki dövlət həm ehtiyac hiss etdiyindən və həm də öz maliyyə funksiyasını icra etməli olduğundan obyektiv olaraq büdcəyə istinad etməli və onun vasitəsilə iqtisadi münasibətləri tənzimləməlidir. Bu, yalnız gəlir və xərclərlə deyil, həm də dövlətin mərkəzləşmiş maliyyə resurslarının hərəkəti, milli gəlirin yenidən bölüşdürülməsi ilə əlaqələndirilməlidir. Büdcə həm də onun xərclərinin maliyyəşdirilməsi mənbəi kimi firma və şirkətlərlə, həmçinin əhali ilə dövlətin qarşılıqlı iqtisadi əlaqə (büdcəyə ödəmələr və büdcədən maliyyələşdirmə) formasıdır. Pul resursları büdcənin timsalında dövlətin mərkəzləşmiş pul vəsaitini təşkil edir. Burada yalnız gəlirlər formalaşmır, həm də onların əmələ gəlməsi, xərclənməsi və yenidən bölüşdürülməsi ilə əlaqədar olaraq uyğun iqtisadi, maliyyə münasibətləri meydana çıxır.
Hal-hazırda bazar münasibətləri şəraitində pul resurslarının dövlət bücəsində formalaşması prosesində bir sıra obyektiv problemləri qarşıya çıxır:
Mövcud bazar münasibətləri şəraitində maliyyə resurslarının mərkəzləşdirilmə
səviyyəsinin əvvəlki təsərrüfat sisteminə nisbətən mahiyyət etibarilə problematik xarakter daşıması;
Belə ki, bir təsərrüfat subyektlərinin maliyyə resurslarının özündə saxlamaq hüququnun genişləndirilməsi;
Başqa tərəfdən isə müəssisə gəlirləri ilə dövlət büdcəsi gəlirlərinin formalaşmasında baş verən ziddiyyətlər və belə bir şəraitdə bir tərəfdən müəssisələrin vergi yükünün artırılması, əmək haqqının verilməsinə vəsaitin çatışmaması, digər tərəfdən isə büdcə vəsaitinə tələbatın artması, büdcə kəsrinin artması – bütün bunların mürəkkəb bir vəziyyət yaratması. Ona görə də maliyyəyə, dövlət gəlirlərinin formalaşmasına və onlarla bağlı olan digər proseslərə dəyərlərin pul formasında ardıcıl hərəkəti kimi yanaşılmalı və onun idarə edilməsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının və digər fondların formalaşması ilə üzvi şəkildə əlaqələndirilməlidir.
Ölkənin büdcə gəlirlərinin çoxalmasında vergiyə cəlb etmə bazasının genişləndirilməsinin böyük əhəmiyyəti vardır. Fiskal-büdcə prinsipi vergi məbləğinin, xərclərin ödənilməsi meyarına əsaslanır. Bu isə ya vergi bazasının genişləndirilməsi, ya da vergi dərəcəsinin artırılması hesabına baş verə bilər. Belə qayda bərabər şərait daxilində iqtisadi artım konsepsiyasına tamamilə uyğun gəlmir. Ona görə də vergiyə cəlb etmədə siyasi-iqtisadi prinsip də nəzərə alınmalıdır. Burada həm də elə etmək lazımdır ki, ÜDM-da dövlət kvotu (ayrı-ayrı vergilərin, rüsumların, sosial sığortanın ÜDM-da xüsusi çəkisi) optimal səviyyədə olsun,
Azərbaycanda büdcəyə daxil olan gömrük-vergi rüsumlarının o cümlədən mənfəət, ƏDV, aksizlər və s. düzgün seçilməsi və praktiki fəaliyyətdə tətbiq edilməsinin böyük əhəmiyyəti vardır. Lakin istər nəzəri-metodoloji və istərsə də praktiki baxımdan xalis gəlirlərin formaları haqqında ayrı-ayrı iqtisadçılar və hətta ölkələr arasında yetkin fikir yoxdur. Ödəməmələr sistemində onar srasında optimal nisbət qoyulmalıdır.
Respublikada budcə vasitəsi ilə dövlət gəlirlərinin idarə edilməsi maliyyənin idarə edilməsinin ən vacib və həm də ən çətin bir sahəsidir. Bu çətinlik aşağıdakılarla bağlıdır: birincisi, dövlət gəlirlərinin idarəedilməsi həm də büdcə gəlirlərinin problemlərini əhatə edir. Bu isə məlum olduğu kimi istər-istəməz bu və ya digər formada başlığa maliyyə məsələlərinə nüfuz etməyi tələb edir; ikincisi, bu nəticə etibarilə həm dövlət, həm də müəssisələrin maliyyə sistemi ilə bağlı olmasından irəli gəlir; üçüncüsü, dövlət gəlirlərinin idarəedilməsi çoxcəhətli təbiətdə malik olduğuna görə həmin sferaya sistemli yanaşmaq tələb olunur; dördüncüsü, burada planlaşdırma, operativ rəhbərlik və nəzarət məsələlərinin daha çox strateji idarəetmə ilə əlaqələndirilməsi zəruriyyəti vardır; beşincisi, dövlət gəlirlərinin idarəedilməsi təşkilati formalardan daha səmərəli istifadə olunmasıqı tələb edir.
Dostları ilə paylaş: |