Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işinin əsas məqsədi büdcə gəlirlərinin formalaşması xüsusiyyətlərini və qanunauyğunluqlarını aşkara çıxarmaq, büdcə gəlirlərinin idarə olunması sahəsində mövcud vəziyyəti tədqiq etmək, ölkədə dövlət büdcəsinin gəlirləri sistemi üzərində maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətində elmi cəhətdən işlənib hazırlanmış təkliflər və tövsiyələr verməkdən ibarətdir.
Dissertasiya işində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi müəyyənləşdiririlmişdir:
- büdcə sisteminin fəaliyyət xüsusiyyətlərini aşkar etməklə onun iqtisadiyyatın dövlət tənzimləməsindəki rolunu müəyyən etmək;
- respublika dövlət büdcəsi gəlirlərinin formalaşmasının nəzəri əsaslarını araşdırmaq;
- beynəlxalq təcrübədə büdcə gəlirlərinin formalaşması və idarə olunmasının mövcud mexanizmlərini açıqlamaq;
- respublikada büdcə sisteminin formalaşması və idarə olunması xüsusiyyətlərini tədqiq etmək;
- hazırki şəraitdə dövlət büdcəsi gəlirlərinin inkişaf dinamikasını təhlil etmək ;
- respublikanın büdcə gəlirlərinin formalaşmasına gömrük və vergi amilinin və potensial vergi mənbələrindən istifadənin təsirini müəyyənləşdirmək;
- büdcə gəlirlərinin formalaşmasında və səmərəli idarə olunmasında mükəmməl qanunvericilik bazasının rolunun artırılması istiqamətlərini müəyyən etmək;
- dövlət büdcəsi gəlirlərinin formalaşması və idarə olunması sahəsində maliyyə nəzarətinin səmərəliliyinin artırılması yollarını müəyyən etmək.
Dostları ilə paylaş: |