«magistratura məRKƏZI»



Yüklə 0,59 Mb.
səhifə3/17
tarix10.01.2022
ölçüsü0,59 Mb.
#109302
1   2   3   4   5   6   7   8   9   ...   17
NƏTİCƏ VƏ TƏKLİFLƏR

ƏDƏBİYYAT

G İ R İ Ş

Tədqiqatın aktuallığı. Hazırda dövlət büdcəsi vasitəsilə ölkənin sosial sahələrini maliyyələşdirilməsi təmin edilir, iqtisadi rayonların və ayrı-ayrı sahələri inkişafı tənzimlənir. Dövlət iqtisadi münasibətlərin bu cür tənzimlənməsi vasitəsilə ölkədə məhsuldar qüvvələrin inkişafını təmin edir. Belə ki, büdcə vasitəsilə ilə ümumi daxili məhsulun yenidən bölgüsü eyni vaxtda həyata keçirilən iki prosesi, yəni, büdcənin gəlirlərinin yaradılması və büdcə vəsaitlərinin istifadəsini əhatə edir.

Belə ki, dövlət büdcəsinin formalaşması və idarə edilməsi uzun illər boyu davam etmişdir. Lakin bazar münasibətləri şəraitində dövlət büdcəsinin, gəlir və xərclərinin idarə edilməsi vəzifələri daha da çətinləşmiş və nəticədə ciddi sosial-iqtisadi problemlərlə üzləşmişdir. Ona görə də, xüsusən, gəlirlərin və xərclərin idarə edilməsi strategiyası ən mühüm iqtisadi-istehsal problemləri prizması baxımından işlənib hazırlanmalı və qiymətləndirilməlidir. Məhz belə yanaşma, ümumiy­yət­lə dövlət büdcəsinin mürəkkəb təbiəti, məzmunu haqqında daha aydın təsəvvür yaratmağa imkan verə bilər.

Müasir dövrdə büdcə sisteminin islahatının əsas elementlə­rindən biri dövlət büdcəsi gəlirlərinin formalaşması və idarə edilməsinin təkmil­ləşdirilməsi ilə bağlı kompleks tədbirlər sisteminin işlənib hazırlanması və həyata keçirilməsidir. Məhz bu baxımdan iqtisadi inkişafın hazırkı səviyyəsinə uyğun büdcə sisteminin formalaşdırılması, dövlət büdcəsi gəlirlərinin formalaşması və idarə edilməsi, potensial vergi mənbələrindən istifadə olunması ilə bağlı bir sıra problemlərin mövcudluğu tədqiqat mövzusunun seçilməsinə əsas vermişdir. Göstərilən problemlərin tədqiq edilib öyrənilməsi ölkədə müasir büdcə siyasətinin formalaşmasında və buna uyğun olaraq dövlət büdcəsi gəlirlərinin formalaşması və idarə edilməsində yeni, daha mütərəqqi metodların işlənib hazırlanmasına və tətbiqinə şərait yaradar.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin