Magistratura məRKƏZİ



Yüklə 4,76 Mb.
səhifə16/24
tarix10.01.2022
ölçüsü4,76 Mb.
#109370
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Uyğunluq sertifikatı sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surət­də nəşr edilmiş, lazımi tərzdə eyniləşdirilmiş məhsulun konkret standarta və ya digər normativ sənədə uyğun olduğunu göstərən sənəddir. Ölkənin sertifikatlarının və uyğunluq nişanlarının xaricdə tanınmasını təmin etmək üçün sertifikatlaşdırma üzrə qaydalar və tövsiyələr İSO və BEK beynəlxalq təşkilatlarının rəhbərlik sənəd­lərinə, İSO 9000 və İSO 10000 seriyalı beynəlxalq standartlarda, EN 45000 və EN 29000 seriyalı Avropa standartlarında, digər beynəlxalq və regional təşkilatların nor­mativ sənədlərində şərh edilmiş beynəlxalq qaydalara uyğun qurulmalıdır. Xa­rici sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditləşdiril­mə­sinin, həmçinin xarici ölkələrin sertifıkatlarının və uyğunluq nişanlarının bizim ölkədə (uyğun olaraq bizim ölkəninkinin xaricdə) tanınması ikitərəfli və çoxtərəfli sazişlər əsasında həyata keçirilir.

Hər bir dövlətdə sertifikatlaşdırma üzrə milli orqan vardır. Bizim respublikada bu fəaliyyət sahəsində xüsusi səlahiyyəti olan orqan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyidir. Bu Agentliyə aşağıdakı əsas funksiyalar həvalə edilmişdir:

  • sertifıkatlaşdırma sahəsində dövlət siyasətinin formalaşdırılması və realizə edilməsi;

  • Azərbaycan Respublikasının ərazisində sertifıkatlaşdırmanın aparılması üz­rə ümumi qayda və tövsiyələrin müəyyənləşdirilməsi və onlar haqqında rəsmi in­for­masiyanın nəşr edilməsi;

  • Respublikada qüvvədə olan sertifikatlaşdırma sistemlərinin və uyğunluq nişanlarının dövlət qeydiyyatının aparılması; ölkədə qüvvədə olan sertifıkatlaş­dır­ma sistemləri və uyğunluq nişanları haqqında rəsmi informasiyanın nəşr edilməsi və onun qoyulmuş qaydada sertifıkatlaşdırma üzrə beynəlxalq (regional) təşkilatlara təqdim edilməsi;

  • beynəlxalq (regional) sertifikatlaşdırma sistemlərinə qoşulmaq haqqında təkliflərin hazırlanması, həmçinin sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında beynəlxalq (regional) təşkilatlarla sazişlərin bağlanması;

  • sertifıkatlaşdırma məsələləri üzrə ölkəni beynəlxalq (regional) təşkilatlarda təmsil etmək;

  • akkreditləşdirmə və sertifikatlaşdırma qaydaları, onların nəticələri, həmçi­nin bu proseslərin iştirakçıları haqqında istehsalçıların, istehlakçıların, ictimai təş­kilatların, sertifıkatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının, digər ma­raq­lı müəssisələrin, təşkilatların və ayrı-ayrı şəxslərin məlumatlandırılması.

Sertifıkatlaşdırma sisteminin strukturuna milli sertifikatlaşdırma orqanı, serti­fikatlaşdırma üzrə beynəlxalq təşkilatlar, konkret (həmcins) məhsulların serti­fi­kat­laşdırılması üzrə orqanlar, akkreditləşdirilmiş sınaq mərkəzləri (laboratori­ya­la­rı), istehsalçı müəssisələr və məhsulun tədarükçüləri daxildir. Sertifikatlaşdırmanı apa­ran zaman iştirakçı tərəflər bir qayda olaraq istehsalçıların, tədarükçülərin (bi­rinci tə­rəf); alıcıların, istehlakçıların (ikinci tərəf); sertifikatlaşdırmada iştirak edən tə­rəf­­lərdən asılı olmayan orqanların (üçüncü tərəf) maraqlarını təmsil edirlər. Sertifi­kat­laşdırmada iştirak edən hər bir tərəf kommersiya sirri olan informasiyanın məx­fi­liyini təmin etməlidir.

Məhsulların və xidmətlərin sertifikatlaşdırılması könüllü və məcburi ola bilər. Könüllü sertifikatlaşdırma o obyektlər üçün aparılır ki, onlar ölkənin qanunverici aktlarına uyğun olaraq məcburi sertifikatlaşdırmaya məruz qalmır. Bu cür sertifi­kat­laşdırma hüquqi şəxslərin və vətəndaşların təşəbbüsü ilə sifarişçi və sertifıkat- laş­dırma üzrə orqan arasında bağlanmış müqavilə əsasında aparılır. Könüllü serti­fı­katlaşdırmanı öz üzərinə könüllü sertifıkatlaşdırma orqanı funksiyasını götürmüş və sertifıkatlaşdırma sistemini və uyğunluq nişanını icra hakimiyyətinin xüsusi səlahiyyətli orqanında qeydiyyatdan keçirmiş hər bir hüquqi şəxs həyata keçirə bilər. Məcburi sertifikatlaşdırma orqanları da könüllü sertifıkatlaşdırmanı apara bilər. Bu, o zaman ola bilər ki, könüllü sertifıkatlaşdırma məcburi sertifıkat­laş­dır­ma sisteminin qaydaları ilə nəzərdə tutulsun və könüllü sertifikatlaşdırmanın uy­ğunluq nişanı qeydiyyatdan keçmiş olsun. Könüllü sertifıkatlaşdırma üzrə orqan işin aparılma qaydalarını müəyyənləşdirir. Sertifıkatlaşdırmanın aparılması üçün müqavib bağlanarkən sifarişçi bu işin aparılması haqqında lazımi informasiyanı ala bilər, həmçinin sertifıkatlaşdırmanın formasını təyin edə bilər.



Könüllü sertifikatlaşdırma üzrə orqan funksiyasını üzərinə götürmüş hüquqi şəxs könüllü sertifıkatlaşdırma sisteminin strukturunu formalaşdırır, onun qayda­la­rı­nı və uyğunluq nişanını məyyənləşdirir, sistemi və uyğunluq nişanını xüsusi sə­la­hiy­yətli orqanda qeydiyyatdan keçirir, sertifıkatlaşdırma qaydaları haqqında si­fa­riş­çiyə lazımi informasiya verir, bu sistemin reyestrini aparır. Bu hüquqi şəxs məh­sulların və xidmətlərin sertifıkatlaşdırılması üzrə orqanın funksiyasını yerinə yetirir.

Beləliklə, sertifıkatlaşdırma üçüncü tərəf vasitəsilə aparılır. Bu zaman isteh­sal­çı (icraçı) tərəfindən buraxılan məhsul (göstərilən xidmət) yoxlanılır, qiymətlən­di­rilir və həmin məhsulun (xidmətin) normativ-texniki sənədlərin tələblərinə uy­ğun­luğu təsdiqlənir. Sertifıkatlaşdırmaya bu cür yanaşma zamanı müxtəlif sınaq me­todlarından istifadə edilə bilər. Odur ki, obyektiv nəticələr almaq üçün müasir cihaz və avadanlıqlarla, stendlərlə təchiz edilmiş sınaq laboratoriyaları (mərkəzləri) olmalıdır.

Məhsulun sertifıkatlaşdırılması istehsalçıdan müəyyən xərclər tələb edir. Xari­ci ölkələrin təcrübəsi göstərir ki, bu işlərə çəkilən xərclər istehsalçı müəssisələrin bütün xərclərinin 1-2%-ni təşkil edir. Lakin müəssisələr tərəfindən sertifi­katlaş­dır­manın tətbiqi bazar iqtisadiyyatı şəraitində müəyyən üstünlüklərə malikdir: daxili və xarici istehlakçıların məhsulun keyfıyyətinə inamını təmin edir; istehlakçı tərəfindən lazımı məhsulların seçilməsini yüngülləşdirir və sadələşdirir; istehlak­çının məhsulun keyfiyyəti haqqında obyektiv informasiya almasını təmin edir; sertifıkatlaşdırılmamış məhsulun istehsalçısı ilə rəqabətdə uzun müddət müdafiə olunmağa kömək edir; analoji məhsulların idxalını azaldır; keyfiyyət səviyyəsinə uyğun olmayan məhsulların ölkəyə daxil olmasının qarşısını alır; NTS-lərdə daha proqressiv tələblər qoymaqla bu sənədlərin keyfiyyətinin yaxşılaşdırılması üçün stimul yaradır; istehsalatın təşkilati-texniki səviyyəsinin yüksəldilməsinə kömək edir; elmi-texniki tərəqqinin sürətlənməsi üçün stimul yaradır.

Üçüncü tərəf vasitəsilə məhsulun sertifıkatlaşdırmaya hazırlanması və sertifı­kat­laşdırılması üzrə yerinə yetirilən əməliyyatları bir neçə mərhələlər üzrə qruplaş­dırmaq olar.


Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin