Magistratura məRKƏZİ


Səriştə və keyfiyyətinə görə ekspertl



Yüklə 4,76 Mb.
səhifə8/24
tarix10.01.2022
ölçüsü4,76 Mb.
#109370
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Səriştə və keyfiyyətinə görə ekspertlərin sinifləşdirilməsi

Ekspertlərin sinfı

Ekspertin keyfiyyəti və səriştəsi

1

çox yüksək

2

yüksək

3

ortadan yüksək

4

orta

5

ortadan aşağı

6

aşağı

7

çox aşağı


Ekspertlərin keyfiyyət sinfinin seçilməsi Kİ problemlərinin həlli zamanı ən­ənəvi olaraq istifadə edilən «yeddilik» qaydası üzrə həyata keçirilir. İdarəetmə sis­temlərinin tədqiqatında obyektiv nəticələrin alınması üçün 1-4 sinif ekspertlərin se­çilməsi daha məqsədəuyğundur, aşağı keyflyyət siniflərinə aid olan ekspertlərin isə ekspertizaya cəlb olunması tövsiyə edilmir. Bütün hallarda ekspertliyə namizədlər aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar: peşəkar səriştəlilik; yaradıcılıq məsə­lələrini həll etmək bacarığı; elmi intuisiya; ekspert işlərinin obyektiv nəticələrində maraqlı olmaq; işgüzarlılıq; obyektivlik və s.

Ekspert rəylərinin toplanması üçün aşağıdakılar qabaqcadan müəyyən­ləş­diril­məlidir: yer və vaxt; forma və metodika; rəylərin toplanması turlarının sayı, sənəd­lərin tərkibi və məzmunu, ekspert rəylərinin sənədlərə daxil edilməsi qaydası.

Yuxarıda qeyd olunanlardan ekspert rəylərinin toplanma formasının seçilməsi xüsusilə mühüm məsələdir. Rəylərin toplanmasının fərdi, kollektiv və qarışıq for­ma­la­rını göstərmək olar. Bu formalardan hər birinin aşağıdakı növ müxtəliflikləri vardır: anketləşdirmə, müsahibə götürmə, diskussiya, iclas, işgüzar oyun. Kİ-də çox vaxt onlar birgə istifadə edilir ki, bu da görülən işlərin səmərəliliyini və obyektivliyini yüksəldir. Ekspert rəylərinin toplanmasına belə yanaşma (qarışıq forma) problem tam aydın olmadıqda, kollektiv müzakirə zamanı ekspertlərdə fikir ayrılığı yarandıqda, yaxud fərdi rəylər üst-üstə düşmədikdə tətbiq edilir.

Kİ-də və keyfıyyət sistemlərinin yaradılmasında anketləşdirmədən geniş isti­fa­də edilir. Anketləşdirmə ekspert rəylərinin az əmək sərfı ilə toplanmasını təmin edir. Anketin işlənməsi prosesinə, bir qayda olaraq, aşağıdakılar daxildir: ekspertə mü­raciətin forma və məzmununun müəyyənləşdirilməsi; sualların tipinin seçil­məsi; sualların şərhi; ekspert üçün zəruri informasiyanın şərhi; anket formasının işlənməsi.

Son illər «veer» (cavablar sırasından bir cavab nəzərdə tutulur), bağlı (cavab­lar «hə», «yox», «bilmirəm») və açıq (sualın cavabı sərbəst şəkildə verilə bilər) adlanan sual tipləri daha çox işlədilir.

Belə bir mühüm cəhəti qeyd etmək lazımdır ki, anketləşdirmə zamanı anketlərdəki suallar düzgün, sadə və birmənalı, qısa və eyni zamanda tam olmalı, izahat qeydinin mətnində ekspertdən konkret nə tələb olunduğu göstərilməlidir. Suallara cavablar üçün, yəni hər bir ekspert tərəfındən qərarın qəbul edilməsi üçün nəzərdən keçirilən obyektin aşkar və ya gizli şəkildə obyektiv və ya subyektiv ölçülməsi həyata keçirilir. Subyektiv ölçmə zamanı ekspertlər, bir qayda olaraq, yuxarıda gəstərilən metodlardan birini tətbiq edirlər (ranqlama, bilavasitə qiymətləndirmə, müqayisəetmə).

Ranqlama və bilavasitə qiymətləndirmə metodu. Ranqlama metodunda eks­pert təşkilati sistemin tədqiq olunan obyektlərini nisbi əhəmiyyətliliyindən (üs­tün­lüyündən) asılı olaraq ranqlayır. Bu zaman daha üstün tutulan obyektə adətən bi­rin­ci ranq, ən az üstün tutulana isə mütləq qiymətcə düzülən obyektlərin sayına bərabər sonuncu ranq verilir. Tədqiq edilən obyektlərin sayı az olduqca belə dü­zülmənin dəqiqliyi artır.

Bir ekspert tərəfındən ekspertiza obyektlərinin üstün tutmaqla (ranqlar üzrə) yerləşdirilməsi zamanı ranqların cəmi obyektlər sayının H vahiddən başlayan bü­tün natural sırasındakı ədədlərin cəminə bərabər olmalıdır [Hx(H +1):2]. Sorğuya görə ranqlama obyektlərinin yekun ranqı hər bir obyekt üçün ranqların cəmi şək­lində müəyyənləşdirilir. Bu zaman birinci ranq ən az ranqlar cəmi olan obyektə, so­nuncu yer ən çox ranqlar cəmi olan, yəni ən az əhəmiyyətli obyektə verilir. Misal kimi yeddi ekspertin üç obyekt üçün yekun ranqı müəyyənləşdirməsi cədvəl 2.3-də verilmişdir.

Cədvəl 2.3.




Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin