Magistratura məRKƏZİ


Keyfiyyətin idarə edilməsinin xüsusi prinsipləri



Yüklə 4,76 Mb.
səhifə5/24
tarix10.01.2022
ölçüsü4,76 Mb.
#109370
1   2   3   4   5   6   7   8   9   ...   24
1.3. Keyfiyyətin idarə edilməsinin xüsusi prinsipləri
Başlıca, ümumi və ümumi sistemli prinsiplərlə yanaşı Kİ xüsusi prinsiplərini də nəzərə almaq lazımdır. İSO 9000 seriyalı standart ilə uyğunluqda, belə istehsal sistemlərini əvvəl göstərildiyi kimi, ancaq müqavilələrə dair çatdırılan istehsal üçün yaratmaq lazımdır. Müqavilənin hansısa bir şərtlərinə uyğun olmayan müəs­si­sənin istehsal etdiyi məhsul üçün ümunıi Kİ yarımsistemləri çərçivəsində həyata keçirmək kifayətdir.

Qeyd etmək lazımdır ki, müəssisənin idarə olunmasını aparan orqanı yüksək əsası olan ümumi Kİ yarımsistemlərini bütün başqa yarımsistemləri ilə birgə və qarşılıqlı əlaqədə müzakirə etmək lazımdır. Bazarın müasir tələblərini nəzərə alaraq, çatdırılma şəraitindən asılı olmayaraq, bütün növ məhsullardan hər biri üçün Kİ-nı təkmilləşmiş istehsal sistemində icra etmək məqsədəuyğundur.

Ümumi Kİ yarımsistemlərini 4 idarəetmə dərəcəsinə ayırmaq olar:



  • sifir – yüksək sahibkarlıq yönlü təşkilati-məqsədli;

  • birinci – yüksək təşkilati-məqsədli icraedici (yüksək idarəetmə hissəsi);

  • ikinci – koordinasiya nəzarətli icraedici (orta idarəetmə hissəsi);

  • üçüncü – texniki əməliyyat icraedici (idarəetmənin aşağı icra hissəsi).

Kİ-nı məhsulun həyat dövriyyəsinin bütün mərhələlərində, hər konkret növ məhsul üçün fərdi ola bilər. Bununla belə həyat dövriyyəsinin son mərhələsində dayanmaq lazımdır. Kİ məqsədi bazar şəraitində istifadə və ya ləğvetmə mərhə­lə­sin­də ətraf mühitə zərərli təsiri minimuma endirmək və ya kənar etməkdir.

Prinsiplərdən hər hansı birinin reallaşdırılması, keyfıyyətin yüksəlməsinə və tə­min edilməsinə dair idarəetmədə kifayət qədər bilik və peşəkar bacarıq olmadan müm­kün deyil. Bu, öyrədilmənin kütləvi, arasıkəsilməz və sistematik hazırlığını, ey­ni zamanda istehsalçıların, eləcə də istehlakçıların ixtisasının yüksəlməsini tələb edir.

Sistemli Kİ prinsiplərinin reallaşdırılması keyfıyyət sahəsində fəallığın müəs­sisədə yüksəlməsinə zəmin yaradır və məhsulun istehsalatda iş fəaliyyəti ilə bağlı sıx qarşılıqlı hərəkət və qarşılıqlı əlaqə ehtimal edən, daha yüksək rəqabətaparma ba­carığını təmin edir. Keyfıyyətin yüksəlməsində fəallıq dövrəsi istehsalatda iş fəallığını müntəzəm surətdə qabaqcadan müəyyən edir və qabaqlayır. Keyfiyyətin yüksəlməsinin fəallıq dövrələrini idarəetmənin bütün mərhələlərində müəyyən məqsədə yönəlmiş qaydaya salmaq lazımdır.

Bununla bağlı obyektiv olaraq tək müəssisənin yox, idarəetmənin bütün iye­rar­xiya strukturlarında göstərilən dərəcələrdə yüksək dərəcəli Kİ-na ehtiyac əmələ gəlir:

  • sahələrarasi federal (sahələrarası federal Kİ sistemində);

  • müəyyən sahəyə aid olan federal (müəyyən sahəyə aid olan federal Kİ sistemlərində);

  • sahələrarasi federasiya subyektlərində (Kİ sistemlərində federasiya subyekt­lərində);

  • müəyyən sahəyə aid olan federasiya subyektlərində (Kİ müəyyən sahəyə aid olan federal subyektlərində);

  • ərazi (Kİ şəhər və rayon sistemlərində);

  • müəssisələrin birliklərində (birliklərin Kİ sistemlərində);

  • müəssisələrdə (müəssisələrin Kİ sistemlərində);

  • sexlərdə və şöbələrdə (sexlərin, şöbələrin Kİ sistemlərində).

Qeyd etmək lazımdır ki, idarəetmə ancaq sənaye məhsullarına aid olunmur, onu hər yerdə, milli təsərrüfatın bütün strukturlarında və cəmiyyətdə bütövlükdə, o cümlədən Dövlət idarəetmə strukturlarında tədris etmək lazımdır. Bununla belə, dövlətin icra strukturlarının idarəetmə orqanları idarəetmə sisteminə müvafiq tələb olunan xidmətlərini (məlumat, təhsil, hüquq, səhiyyə və s.) həvalə edərək, idarə­etməyə yox, icra etməyə cəhd göstərməlidirlər. Belə yanaşmaya misal kimi 1994-cü ildə ABŞ prezidenti B.Klintonun Kİ müasir üsüllarını hökümətin icra fəaliy­yə­tinə yeridilməsi lahiyəsinin tətbiqi haqda qərarı ola bilər.

Məhsulun Kİ onun həyat dövrünün bütün mərhələlərində və iyerarxiya səviy­yəsində sisteminin müəyyən dərəcəsinin bütün strukturlarla birinci növbədə xam­malın, materialların və komplektləşən məmulatların təchizatı ilə ticarət, nəqliyyat, xidmət və başqa təşkilatlarla qarşılıqlı əlaqəsinin vacibliyini şərtləndirir.

Bununla belə, əsasən konkret məhsulun həyat dövrünü təmin edən təşki­lat­larla qarşılıqlı əlaqəsini müəssisələrin Kİ əlaqələndirici sistemləri əsasında həyata keçirmək məqsədə uyğundur, yəni Kİ interqrativ ola bilər.

Kİ-da keyfiyyətə görə bütün ümumi, kollektiv və fərdi məsuliyyəti birgə əlaqələndirmək məqsədə uyğundur, ancaq buna baxmayaraq böyük məsuliyyəti idarəetmənin yüksək əsası daşıyır.

Müəssisənin məqsədli idarəetmə sistemlərində, o cümlədən kompleks sistem­lərdə istər məqsədli iqtisadiyyat, istərsə də bazar şəraitində mühüm amillərdən biri Kİ əhəmiyyətli lahiyələndirilməsidir. Bütün məqsəd, siyasət və öhdəliklər onların icrasına dair tədbirlər müəyyən plan müddətində bazar şəraitini nəzərə almaqla reallaşmalıdır və plan xüsusiyyətini daşıyan müvafiq sənədlərdə əksini tapmalıdır. Planlaşdırma tez uyğunlaşan, operativ olmalıdır və konkretləşmənin effektiv əsa­sında və kompleks sistemin məqsədlərinə çatmasına xidmət etməlidir.

Kompleks sistemi qurduqda həmçinin, minimal xərclərlə lahiyələndirmənin mümkünlüyünü təmin edən modul prinsipini istifadə etmək məqsədə uyğundur. Bu­nunla yanaşı, əsaslandırılmış hallarda layihələndirmənin dünya praktikasında daha çox istifadə olunan yeddi sistem, yeddi element və s. işlədilməsinə səbəb olan "yeddi prinsipini" tətbiq etmək lazımdır (məşhur yeddi dəfə ölç, həftənin yeddi günü kimi).

Məsələn, qərarların qəbul edilməsini dəqiq yeddi sual bazasında həyata keçirmək lazımdır:

  • niyə (hər bir halda məqsədi bilmək);

  • nə (idarəetmənin konkret obyektini bilmək lazımdır);

  • kim (idarənin subyektini göstərmək lazımdır);

  • harada (idarə təsirinin dəqiq əlavə edilmə yerini bilmək lazımdır);

  • nə vaxt (idarə təsirinin başlanğıcənı və onun sonunu bilmək lazımdır);

  • nə ilə (hansı vasitələrlə, ehtiyatlarla obyektə təsir etmək lazım olduğunu nəzərə almaq lazımdır);

  • necə (obyekti idarə edən idarənin qaydasını, texnologiyasını bilmək lazım­dır).

Beləliklə, bazar münasibətləri şəraitində istehsalat və idarəetmə proseslərinin bütün reallaşan mərhələlərində keyfiyyətin "diktaturası" zamanı ümumi (total) sis­temli Kİ-na ehtiyac əmələ gəlir. Bununla bərabər, dövlət, istehlakçılar, müstəqil təş­kilat və cəmiyyətlər Kİ ümumi təşkil olunmasına və keyfıyyətə nəzarətə daim diqqət yetirməlidirlər.


Keyfıyyətin səviyyəsinin kompleks qiymətləndirilməsi keyfiyyətin kompleks (ümumiləşdirici) göstəricisinin istifadəsini nəzərdə tutur. Bu metod o vaxt tətbiq olunur ki, mürəkkəb məmulatın TS-sini ancaq bir göstərici ilə qiymətləndirmək məqsədəuyğun olsun. Ayrı-ayrı göstəricilərin bir kompleks göstəricidə birləşdirilməsi zərurəti ancaq təcrübi əhəmiyyət kəsb edir. Ümumiləşmiş göstərici eyni qrup xassələri xarakterizə edən ayrı-ayrı göstəricilərdən ibarətdir. Belə göstəricilər qrupuna, məsələn, etibarlılıq, estetiklik, təhlükəsizlik və s. aid edilir.

Keyfiyyətin ümumiləşmiş göstəricisi aşağıdakı cür ola bilər:



  • məmulatın əsas təyinatını əks etdirən ən əhəmiyyətli başlıca bir xassəsi;

  • orta tarazlaşmış kompleks göstərici;

  • keyfıyyətin inteqral göstəricisi.

Kompleks (ümumiləşdirici) göstərici kimi çox vaxt bir (ən əsas) göstərici götürülür. Bu göstərici adətən məhsulun funksional imkanları və təyinatını əks etdirir. Əsas göstəricinin kompleks xarakteri açıq şəkildə görünməyə də bilər. Ma- hiyyətcə, kompleks göstərici kimi, məsələn, maşının mühərrikinin resursu, illik məhsuldarlıq və başqa buna bənzər xarakteristikalar ola bilər.

1. Dəyişən parametrlərə həssaslıq - kompleks keyfıyyət göstəricisi hər bir keyfıyyət göstəricisinin dəyişməsinə dərhal reaksiya verməlidir. Kompleks göstərici bütün göstəricilərin qiymətlərinin funksiyasıdır və onun həssaslığı bu funksiyanın birinci törəməsi ilə təyin olunur. Göstəricilərdən birinin qiyməti buraxılan həddi aşdığı halda kompleks göstəricinin qiyməti xüsusən həssas olmalıdır. Bu halda kompleks göstərici özünün ədədi qiymətini əhəmiyyətli dərəcədə dəyişməlidir.

2. Normalaşdırılmaq - kompleks göstəricinin ədədi qiyməti keyfıyyətin nisbi göstəricilərinin ən böyük və ən kiçik qiymətləri ilə məhdudlaşdırılır. Bu tələb kompleks göstəricinin ölçü şkalasının hədlərinin normalaşdırılması zərurətini müəyyən edir.

3. Müqayisəlik – keyfiyyətin kompleks qiymətləndirilməsi nəticələrinin eyni metodla hesablanması təmin edilməli, ayrıca göstəricilər isə ölçüsüz kəmiyyətlərlə ifadə edilməlidir.

Natural ölçülərin ölçüsüz qiymətlərə keçməsi xüsusi çevrilmələr vasitəsilə aparılır. Məsələn, çox vaxt belə xətti asılılıq istifadə olunur:

burada, q – göstəricinin ölçüsüz vahidlərlə (bal və ya hissə) qiyməti;

P – göstəricilərin natural vahidlərlə qiyməti;

k – çevrilmə əmsalıdır.

Adətən



burada, qy və qa, Py və Pa – göstəricilərin ölçüsüz və natural vahidlərlə qiymətlərinin uyğun olaraq yuxarı və aşağı həddləridir. Çox vaxt q=1,10 və s., qa=0 qəbul edilir.

Xətti asılılığın istifadə edilməsi natural ölçü vahidi ilə ifadə olunmuş ayrıca göstəricinin ölçüsüz göstəriciyə çevrilməsini sadələşdirir. Lakin bəzi hallarda qeyri-xətti funksional asılılıq q=f(P) qəbul etmək zərurəti yaranır. Belə asılılığın düsturunda P göstəricisinin dəyişməsi eksperimentlər və ya müşahidələr əsasında müəyyən edilir.

Kompleks metodla keyfiyyətin səviyyəsi qiymətləndirilən məmulatın ümumiləşmiş göstəricisinin Qüm baza nümunəsinin ümumiləşmiş göstəricisinə Qb nisbəti ilə təyin olunur:

Maşınların TS kompleks qiymətləndirilməsini ortaçəkili göstəricilər üzrə apardıqda keyfiyyətin əsas ümumiləşmiş göstəricisini və ilkin göstəricilərdən funksional asılılığını müəyyən etmək çətin olduğu hallarda istifadə edirlər. Adətən orta ədədi və orta həndəsi keyfiyyət göstəricisi istifadə olunur.

Ortatarazlaşmış ədədi keyfiyyət göstəricisi bu düsturla hesablanır:



Ortatarazlaşmış həndəsi keyfiyyət göstəricisi isə aşağıdakı düsturla hesablanır:







Burada, Pi – məhsulun keyfiyyətinin i-ci göstəricisinin qiyməti; Ki – xüsusi i-ci keyfiyyət göstəricisi; m0 – orta ədəd çəkiyə daxil olan i-ci göstəricinin çəki parametri; mv – orta həndəsi çəkiyə daxil olan i-ci göstəricinin parametri; n – məhsulun keyfiyyət göstəricilərinin sayıdır.

Beləliklə, sənaye təyinatlı maşın və məmulatın keyfiyyət səviyyəsi Yk və ya texniki səviyyəsi (TS) Yi düsturundan istifadə edilməklə aşağıdakı kimi ifadə oluna bilər:

və ya




Çəki parametrləri (əmsalları) ölçülü və ya ölçüsüz kəmiyyətlər ola bilər. Bütün parametrlərin çəkisinin vahidə bərabərliyi şərtinin qəbul edildiyi halda

parametrləri çəki əmsalları adlandırılır. Ortaçəkili parametrlərin düsturları və para­metrlərin (əmsalların) qiymətləri elə seçilməlidir ki, onlar keyfiyyətin qiymət­lən­di­rilməsi və onun idarə olunmasının məqsədlərini daha dolğun ifadə etsinlər. Bu zaman parametrlərin adekvatlıq şərti yerinə yetirilməlidir.



Məhsulun keyfiyyət göstəricilərinin çəki parametrlərinin (əmsallarının) təyin edilməsinin dörd metodu mövcuddur:

  • parametrik və qiymətlər əsasında reqressiya asılılıqları metodu;

  • həddi və nominal qiymətlər metodu;

  • ekvivalent nisbətlər metodu;

  • ekspert metodu.

Adətən ümumiləşmiş göstəricinin Kü ona daxil olan ayrı-ayrı keyfıyyət göstəricilərindən asılılıqları məlum olmur. Bu halda arqumentlərin çəki əmsallarını təyin etdikdə ümumiləşmiş göstəricinin onu təşkil edən keyfıyyət göstəricilərindən xətti asılılığı qəbul edilir.

Çəki əmsallarını təyin etmək üçün bir neçə eyni tipli məmulatın keyfıyyət göstəriciləri istifadə edilir. Əgər tədqiq olunan məmulatların sayı seçilən keyfıyyət göstəricilərinin sayına bərabər və ya ondan çoxdursa, onda çəki əmsallarının ədədi qiymətlərini təyin etmək üçün keyfıyyətin parametrik göstəricilərinin reqressiya təhlili metodu istifadə olunur. Bu vaxt ümumiləşmiş göstəricinin müvafıq miqdarda məmulat üçün seçilmiş göstəricilərdən asılılığı əvvəlcə təxmini (xətti) asılılıqla yazılır. Bu asılılıqlar tənliklər sistemini təşkil edir:



burada, kjj-ci məhsul nümunəsinin ümumiləşmiş göstəricisinin qiyməti ( ); n – məhsul nümunələri göstəricilərinin sayı; P – j-ci məhsul nümunəsinin i-ci keyfiyyət göstəricilərinin qiyməti (i=1,2.....n); aii-ci keyfiyyət göstəricisinin çəki əmsalı; r – məhsul nümunələrinin sayıdır.

Çəki əmsalları at yuxarıda verilmiş tənliklər sisteminin reqressiya əmsalları kimi təyin edilir.
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin