Maliyyə-açıq-foto “DəmirBank” aprelin 15-dək “Göy” əmanət növünün illik faiz dərəcələrini 17%-dək artırıb



Yüklə 5,94 Kb.
tarix21.10.2017
ölçüsü5,94 Kb.
#7601

Maliyyə-açıq-foto
DəmirBank” aprelin 15-dək “Göy” əmanət növünün illik faiz dərəcələrini 17%-dək artırıb
Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”da “Göy” əmanət növü üzrə əmanət faizlərinin 17%-dək artımı 17 gün davam edəcək.
Bankdan APA-Economics”ə verilən xəbərə görə, “DəmirBank” aprelin 15-dək “Göy” əmanət növünün illik faiz dərəcələrini 17%-dək artırıb ki, bu da əmanətçilərə gəlirlərini artırmağa imkan verəcək.
Qeyd edək ki, “Göy” əmanətin əsas üstünlükləri əmanət üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır. İstənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” əmanət növünü manat və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.
“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 manat təşkil edir.
Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
Yüklə 5,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin