MaliYYƏ hesabatinin təHLİLİ” fənni üzrə proqra m

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 3.43 Mb.
səhifə3/34
tarix27.04.2018
ölçüsü3.43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   34

Hesabatın vaxtında təqdim edilməsi vacibdir, belə ki, lazım olan anda istifadəçi üçün daha qiymətli olan informasiya alınacaqdır. Ləngimə ilə istehlakçıya daxil olmuş hesabatın, cüzi , kiçik praktiki əhəmiyyəti vardır. Hesabatın vaxtında təqdim edilməsi bütün istifadəçiləri tamamilə təmin edir. Hökumət yaxud səlahiyyətli təşkilatlar tərəfindən mühasibat hesabatının təqdim edilməsi vaxtının tənzimlənməsi istifadəçi üçün optimaldır. Vaxtında mühasibat informasiyaları ilə təmin olunma mühüm amildir.

Hesabat informasiyalarının əhəmiyyətliliyi. Maliyyə hesabatında kifayət qədər bütün lazım olan mənalı məlumatlar olmalıdır. Bu hesabatlar əsasında iqtisadi qərarların qəbul edilməsinə təsir edə bilən informasiya əhəmiyyətli hesab olunur. Əhəmiyyətlilik konkret şəraitlərdə maliyyə hesabatlarında diqqətsizlikdən göstərilməmiş məlumatın və ya yol verilmiş səhvin həcminin dəyərindən asılıdır. Belə ki, əhəmiyyətlilik informasiyanın keyfiyyət xüsusiyyətləri ilə deyil, bu informasiyanın münasibliyini müəyyən edən kəmiyyətlər ilə ölçülür.

Nəticənin çıxarılması və proqnozlaşdırma üçün tətbiq edilən. Maliyyə hesabatı əsasən təsərrüfat fəaliyyətində olan keçmiş hadisələrin toplanılmış təsvir edilməsidir. Bir çox istifadəçilər hesabat təqdim edərək təşkilatın gələcək inkişafını nəzərdə tutulan satışdan daxil olan gəlir, perspektivdə təhlil edilə bilən mənfəəti proqnozlaşdırmağa çalışırlar, deməli, fond birjalarında səhmin dəyərini və dividentin mümkün olan həcmini qiymətləndirməyə çalışırlar. Maliyyə hesabatını tərtib edənlər istifadəçilərin bu tələbini başa düşmür, bacarmır: dərc edilən hesabat müəssisə fəaliyyətinin lazımi nəticələrini bəzi proqnozlaşdırmaq imkanlarını göstərməlidir.

Konkret maliyyə hesabatı əsasında alınan proqnoz göstəriciləri gələcək hesabatın faktiki nəticələri ilə növbəti müqayisə yolu ilə nəzarət edilir. Maliyyə hesabatının verdiyi yeni keyfiyyət – “nəticənin üzləşməsi üçün dəyər” proqnozu dürüstlüyünü təsdiq edir.



Etibarlılıq və tamlıq . Tərkibində əhəmiyyətli səhvlər və qabaqcadan əmələ gəlmiş yanlış (qərəzli) fikirlər mövcud olmayan informasiya və habelə bütün əhəmiyyətli göstəricilərin bütünlüklə hesabatda əks etdirilməsi etibarlı hesab olunur. Başdanbaşa inventarizasiya əsasında hesabatın tərtib edilməsi zamanı informasiyanın etibarlılığı yüksəlir.

Maliyyə hesabatında nəzərdə tutulan, informasiyanın dürüstlüyünə təsir edir: düzgün təqdimat, mahiyyətin formadan üstünlüyü, neytrallıq, ehtiyatlılıq, mümkün olan yoxlama.

Ayrı-ayrı təsərrüfat faktlarının maliyyə hesabatında əks etdirən zaman mahiyyətin formadan üstünlüyü. Məsələ ondan ibarətdir ki, özünün xarakterinə görə əksər təsərrüfat əməliyyatları müqavilədə göstərilənlərdir və onların hüquqi forması nöqteyi-nəzəri ilə uçotda onları izah etmək olar. Eyni zamanda onların iqtisadi mahiyyətinə uyğunluğunu nəzərdən keçirmək olar, hansı ki, həmin təşkilatda olanlar, maliyyə təsərrüfat reallığına daha uyğundur. Beləliklə maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır.

Neytrallıq - Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün məlumatlar neytral, yəni, qərəzsiz olmalıdır. Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən təqdim olunan informasiya, onların öncədən müəyyən olunmuş nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, maliyyə hesabatları neytral hesab oluna bilməz

Ehtiyatlılıq - Ehtiyatlılıq – qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv və ya gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin olunması məqsədilə diqqətli yanaşmanın tətbiqidir. Əksər hallarda bu o deməkdir ki, qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. Lakin, ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehtiyatlarının və həddən artıq həcmdə hesablanmış qiymətləndirilmiş öhdəliklərin yaradılmasını, habelə aktivlərin və gəlirlərin qəsdən azaldılmasını və ya öhdəliklərin və xərclərin qəsdən artırılmasını əsaslandırmır.

Yoxlama imkanı. Maliyyə hesabatının məzmunu lazımi detallaşdırma ilə mühasibat uçotu sisteminin məlumatları əsasında qurulur. Hesablara yazılış vaxtında tərtib edilmiş ilkin mühasibat sənədləri yaxud hesablaşmaların üzləşdirilməsi və inventarizasiyanın nəticələri ilə düzgün əsaslandırılmalıdır Mühasibat uçotu metodologiyasının, işçi hesablar planının düzgün tətbiqi və təsərrüfat əməliyyatlarının, faktların və hadisələrin təsnifatı və uçot siyasətində qiymətləndirmənin formalaşması maliyyə hesabatı məlumatlarının yoxlanılması imkanlarını şərtləndirir.

Müqayisəlilik - İstifadəçilər üçün maliyyə hesabatları arasında müvafiqliyi və fərqliliyi müəyyən etmək və qiymətləndirmək imkanını yaradan informasiya müqayisəli hesab olunur.

İstifadəçilər tərəfindən müəssisənin müxtəlif dövrlərə aid olan maliyyə hesabatlarının və ayrı-ayrı müəssisələrin maliyyə hesabatlarının müqayisə edilə bilməsi onlar üçün müəssisələrin maliyyə vəziyyətindəki və fəaliyyətlərinin maliyyə nəticələrindəki meylləri müəyyən etmək imkanı yaradır.



Ardıcıllıq - Müqayisə olunan informasiyanın ən mühüm xüsusiyyətlərindən biri ardıcıllıqdır. Müqayisəlilik prinsipi maliyyə hesabatlarında əks olunan informasiyanın dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim edilməsini tələb edir.

İnformasiyanın ardıcıllığı müəssisə tərəfindən bütün dövrlər ərzində oxşar hadisələr üçün eyni uçot metodunun tətbiq edildiyini bildirir. Lakin, ardıcıllıq prinsipinin tətbiq edilməsi maliyyə hesabatlarının etibarlılığını, münasibliyini və anlaşılmasını təkmilləşdirmək üçün uçot siyasətində dəyişikliklərin edilməsinə maneə yaratmamalıdır.

İnformasiyanın müqayisəliliyi və ardıcıllığı maliyyə hesabatlarının hazırlanması zamanı istifadə olunmuş uçot siyasəti haqqında istifadəçilərin məlumatlandırılmasını təmin etməlidir. Tətbiq olunan uçot siyasətində hər hansı dəyişikliklər edildikdə, bu dəyişikliklər onların nəticələri ilə birlikdə aydın şəkildə açıqlanmalıdır.

Münasib və Etibarlı informasiyanin məhdudluğu - İnformasiyanın münasib sayılması ucun onun vaxtında təqdim edilməsi vacibdir. Təqdim olunması zamanı səbəbsiz ləngitmələrə yol verilən informasiya öz münasibliyini itirə bilər. Lakin, əksər hallarda, informasiyanın vaxtında təqdim olunması məqsədilə əməliyyatların və digər hadisələrin bütün aspektlərinin tam müəyyənləşməsinə qədər hesabat vermək tələbi ortaya çıxır. Bu da maliyyə hesabatlarında təqdim edilən informasiyanın etibarlılıq səviyyəsinin aşağı enməsinə səbəb ola bilər. Əksinə, hesabatın təqdim edilməsi bütün aspektlər müəyyən olunanadək gecikdirildikdə, informasiya yüksək dərəcədə etibarlı, lakin bundan əvvəl qərar qəbul etməli olan istifadəçilər ucun az faydalı ola bilər.

Müəssisə rəhbərliyi maliyyə hesabatlarının vaxtında təqdim edilməsindən və etibarlılığından əldə olunacaq nisbi səmərəliliyin tarazlığını təmin etməlidir. Əksər hallarda tarazlığın təmin edilməsi maliyyə hesabatlarının standartlarda təyin olunmuş müddətdə təqdim olunması deməkdir



Səmərə ilə məsrəflər arasında tarazlıq - Maliyyə hesabatlarında təqdim olunan informasiyadan əldə olunan səmərə bu informasiyanın hazırlanması ilə bağlı məsrəflərdən artıq olmalıdır. Buna görə də, maliyyə hesabatlarında əhəmiyyətsiz informasiyanın göstərilməsinə ehtiyac yoxdur.
Maliyyə hesabatlarının elementləri
Maliyyə hesabatı – mühasibat balansı, mənfəət və zərərlər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, xüsusi kapitalın hərəkəti haqqında hesabatdan və xalis mənfəətin bölüşdürülməsi, həmçinin əlavələrdən (cədvəl şəklində) izahlı qeydlərdən ibarətdir. Əlavələr və izahlı qeydlər əsas hesabat formaları ilə bir səviyyədə maliyyə hesabatının ayrılmaz tərkib hissəsidir.

Maliyyə hesabatında olan informasiya, əsas iqtisadi parametrlərə uyğun ümumi kateqoriyada birləşir, bu da maliyyə hesabatının elementləri adlanır.

Aktivlər, öhdəliklər və kapital təşkilatın maliyyə vəziyyətini əks etdirən və hesabatın mühasibat balansını təşkil edən elementlərdir.

Təşkilat fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi ilə əlaqədar, mənfəət və zərərlər haqqında hesabatın elementlərinə gəlirlər və xərclər daxildir. Hər bir element bir neçə informasiya vahidindən ibarət ola bilər.



Aktivlər – bu keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən ehtiyatdır (resursdur).

Aktivlərə daxildir: daşınmaz əmlaklar, avadanlıqlar və başa çatmamış tikililər də daxil olmaqla digər əsas vəsait obyektləri; maliyyə icarə müqaviləsi üzrə alınan əmlaklar; asılı və digər təşkilatlara qoyulan investisiyalar; uzunmüddətli borclar və uzunmüddətli debitor borcları daxil olmaqla digər maliyyə qoyuluşları; hüquq, patentlər, əmtəə nişanları, digər qeyri-maddi aktivlər; mal-material ehtiyatları və bitməmiş istehsal da daxil olmaqla avans verilmiş gələcək dövr xərcləri; likvidli qiymətli kağızlar və cari debitor borcları; bank hesablarında olan vəsaitlər daxil olmaqla nağd pullar.

Təşkilatın aktivini təşkil edən aktivlər, adətən pula görə əldə edilir, yaxud digər aktivlərlə mübadilə edilir ya da müəssisənin özündə istehsal edilir. Buna daha çox aktivlərin daxil olması yolu ilə rast gəlinir, hansı ki, bütün imkanlar bununla qurtarmır. Aktivlər gələcəkdə ödənilməsi tələb olunan, təşkilatın öhdəliklərinin artmasının əksinə artar ya da aktivlər əvəzsiz daxil ola bilər (məsələn, büdcədən subsidiyanın daxil olması). Deməli daxil olan aktivlər meydana gələn xərclər arasında mütləq əlaqə deyil, sıx əlaqə mövcuddur. Təşkilatın çəkdiyi xərclər, hələ aktivin əldə edilməsini göstərmir. Hələ ondan iqtisadi gəlir alınmasına əsaslanmış inam lazımdır, başqa cür belə xərclər məsrəflərə aid edilməlidir. Xərclər gələcəkdə mənfəət alınması amili ola bilər, lakin bu obyektin əmələ gəlməsi demək deyildir, hansı ki, aktivə aid etmək olar. Cari istismar xərcləri gəlirin və mənfəətin alınma vəsaitidir, ancaq o halda aktivə aid edilir ki, əgər gəlirin alınması gələcək hesabat dövrünə keçirilirsə. Başqa tərəfdən, xərclərin olmaması müəyyən şəraitdə , məsələn bələdiyyə yaxud hökumətdən subsidiyaların alınması zamanı aktivin meydana gəlməsinə mane olmur.

Aktivlər material-maddi formada strukturalı əmlakdan ibarətdir və ya mülkiyyət hüququ daxil olmaqla hüquqi cəhətdən hüquqla əlaqədardır. Lakin mülkiyyət hüququ heç də həmişə aktivlər haqqında məsrəflərin həlli zamanı diqqət yetirilmir. Məsələn icarəyə götürülmüş əmlak, təşkilatın əmlakı deyildir, əgər təşkilat, bu əmlakdan gözlənilən mənfəətə nəzarət edirsə, onda icarəyə götürülmüş əmlak onun aktivlərinə daxil edilə bilər. Gizlində saxlanılan patentli olmayan ixtira təşkilatın aktivlərinə aid edilir bu şərtlə ki, təşkilat həmin ixtiradan gözlənilən mənfəətə nəzarət etsin.

Mühasibat uçotu və maliyyə hesabatında aktivlərin eyniləşdirilməsi zamanı təşkilatın fəaliyyət göstərdiyi ərazi üçün, ölkənin qanunvericiliyinə diqqət yetirmək lazımdır. Belə ki, məsələn, qeyri-maddi aktivləri olan ölkələrdə patentlər, ticarət markaları və digər oxşar hüquqlar yalnız onlar pul ilə əldə edildiyi yaxud digər ekvivalent ödənişləri zamanı mühasibat balansında əks etdirilir.

Bəzi ölkələrdə əmlak balansda əks etdirilə bilər yalnız o halda ki, əgər təşkilat haqq-hesab vermişdirsə, onda o əmlakın qanuni sahibidir.

Aktivlər yalnız başa çatmış əməliyyatlar üzrə uçota götürülür; bu və ya digər aktivlərin qərəzlə əldə edilməsi onların uçotu üçün kifayət qədər əsas hesab etmək olmaz. Balansda aktivin əks etdirilməsi üçün , onun dəyəri olmalıdır, yaxud onun qiyməti möhkəm müəyyən edilə bilər.

Öhdəlik - müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatlarının ( resurslarının) müəssisədən kənara axını ilə nəticələnən mövcud borcudur.

Öhdəlik – bu müəssisənin keçmiş yaxud hesabat dövrlərində əmələ gətirən kreditor və digər borcudur, onun ödənişi iqtisadi səmərənin azalmasına, yəni real aktivlərin azalmasına gətirib çıxarır. Öhdəlikdə borc konkret şəkildə verilmişdir, hansı ki, ödəmək lazımdır və ya müəyyən qaydada hərəkət etmək (yaxud və nə yerinə yetirmək) borcudur (vəzifəsidir), məsələn, ödənilmiş işi qabaqcadan yerinə yetirmək yaxud satılan məhsullarda xarabları kənar etmək borcudur.

Tədarük və ya alqı-satqı müqaviləsi bağlamaq hələ öhdəliyin əmələ gəlməsini göstərmir. Satın alınan daşındıqdan sonra yaxud hüquqi cəhətdən ona mülkiyyət hüququ verildikdən sonra öhdəlik yaranır. Yerinə yetirilmiş işlərin qəbulu, xidmətlərin istehlakı onların ödənişi öhdəliyinin əmələ gəlməsinə aparır, əgər yalnız onlar əvvəlcədən ödənilməmişdirsə. Məhdudiyyət hüququ müəyyən edilən zaman, məsələn, kənar edilməməli olan tədarük müqaviləsi bağlanan zaman göndərilən malın özünün alınmamasından asılı olmayaraq öhdəlik əmələ gəlir. Onun alınmasından imtina böyük dəbbələmə cəriməsinin ödənilməsini tələb edir ki, bu da müvafiq öhdəlik yaradır

Adətən öhdəliyin ödənişi müəyyən aktivlərin kreditora verilməsi yaxud digər üsulla aparılır. Xüsusi ilə, öhdəlik pul vəsaitləri ilə öhdəlik dəyərinin ödənilməsi yaxud digər aktivlərin adekvat qiymətlilərin onun ödənişi hesabına verilməsi yolu ilə; öhdəliyə bərabər yerinə yetirilən iş və göstərilən xidmət məbləği; bir öhdəliyin digər öhdəlik ilə əvəz edilməsi; səhmin təqdim edilməsi yaxud qarşılıqlı müqavilə üzrə ödənilmiş öhdəliyə bərabər mənfəət məbləğinin və idarəetmədə digər iştirak hüququnun təşkilatın kapitalına öhdəliyin daxil edilməsi yolu ilə öhdəliyi tənzimləmək olar. Öhdəliyin ödəniş forması onun tələb etmə hüququnun itirilməsi yaxud özünün tələbinin kreditordan çıxarılmasıdır.

Öhdəliyə aid edilir: qısamüddətli borclar və digər borc öhdəlikləri; qısamüddətli borclar və bank kreditləri; bütün mümkün olan əməliyyatlar üzrə müxtəlif fiziki və hüquqi şəxslərə, mal göndərənlərə kreditor borcları; nəzərdə tutulan ayrılan ehtiyatlar; planlaşdırılan pensiya ödənişləri və digər oxşar maliyyə öhdəlikləri.

Öhdəlik kimi dəqiq müəyyən edilən pul ödənişləri və öhdəliyi dəqiq müəyyən edilməyənlər də öhdəlik kimi nəzərə alınır. Məsələn, mürəkkəb texnikanın təmirinə təminat üzrə öhdəliyi onların əmələ gəlməsi anına düzgün müəyyən etmək olmur. Belə öhdəliyi yerinə yetirmək üçün qarşıdakı xərcləri ödəmək üçün ehtiyat yaradılır. Bu ehtiyatlar öhdəlik kimi başa düşülür.

Qarşıdakı xərcləri ödəmək üçün ehtiyatdan (nəzərdə tutulan ayırmalar) fərqli, hesablama yolu ilə müəyyən edilənə yaxınlaşma dərəcəsi, sözsüz öhdəlik elementinə aid edilir, görünməyən xərc halında ehtiyatları fərqləndirmək lazımdır, məsələn, mənfəətin bölüşdürülməsi nəticəsində yaranan və təşkilatın xüsusi kapitalına aid edilən zərəri örtmək üçüm ehtiyat, sığorta ehtiyatı və i.a.

Öhdəlik yalnız onda uçota götürülür ki, onda hesab etmək üçün əsas olur ki, onların tənzimlənməsi aktivləri azaldan müəyyən məsrəfləri tələb edir və ya başqa yol ilə potensiallı iqtisadi səmərənin azalmasına gətirib çıxarır . Ödəniş tələb edən, bu yerinə yetirilən sözləşmə, saziş və məhkəmə qərarının icrasına dair qəbul edilənləri və qəsdən dəbbələməni ödəməli yaxud bələdiyyə yaxud dövlət büdcəsinə vergi ödəyir.



Kapital - bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin dəyəridir. Kapital özündə öhdəliklərlə yüklənməmiş aktivlərin dəyərini göstərir, yəni aktivlərin bu dəyəri gələcəkdə öhdəliyin nizama salınmasına yönəldilməyəcək.

Qayda üzrə bu məbləğ fond bazarında təşkilatın səhminin məcmuu dəyərindən yaxud tam fəaliyyətdə olan müəssisə kimi təşkilatın satış dəyərindən və ya hissə üzrə satılan , onun aktivlərinin satış dəyərindən fərqlənir.

Kapitalın elementi hesabatın mühasibat balansında istifadəçi üçün maraqlı olan , yarımelementlərə bölmək olar. Kapital korporativ (səhmdar) müəssisələrində son dərəcə üç maddəyə bölünür: səhmdarlara verilmiş vəsaitlər; bölüşdürülməmiş mənfəət; bölüşdürülməmiş mənfəətin ayrılmasını göstərən, ehtiyatlar və kapitalın saxlanılmasını təmin edən düzəlişlər. Birinciyə aid edilir – nizamnaməyə uyğun yaradılan yaxud qanunvericilikdə və mümkün olan itkidən əlavə təminatı göstərən yaxud vergitutmanın azad olunması məqsədi ilə vergi qanunvericiliyinə uyğun yaradılan ehtiyatlar və ya vergi məbləğinin azalması. İkinci maddəyə hesabatın tərtib edilməsi zamanı tətbiq edilən , valyutanın inflyasiya dəyərinin aşağı düşməsi nəticəsində aktivlərin yenidənqiymətləndirmə dəyəri ilə əlaqədar ehtiyatlar, dotasiya və digər oxşar məbləğlər daxildir. Maliyyə hesabatının tərtib edilməsinin Beynəlxalq və milli praktikasında bir çox ölkələr ehtiyatları dörd əsas xüsusiyyət üzrə təsnifləşdirir:


  1. fondun yenidənqiymətləndirmə dəyəri daxil olmaqla kapital ehtiyatları və gələcəkdə gəlirlərin daxil olması ehtiyatları – müxtəlif dotasiyalar və dəyəri ödənilmədən daxil olan aktivlər;

  2. normativ ehtiyatlar (qanunvericiliklə müəyyən edilən) və normativ olmayan ehtiyatlar (təşkilatın özündə qəbul edilən qərar əsasında yaradılan);

  3. bölüşdürülən və bölüşdürülməyən ehtiyatlar: birinci səhmdarlar arasında bölüşdürülə bilər, bəzən onlar yalnız bu məqsəd üçün yaradılır; ikinci təşkilat ləğv edilənə kimi bölüşdürməyə məxsus deyildir;

  4. məqsədli və ümumi ehtiyatlar: birinci onlar ciddi müəyyən olunmuş məqsədə istifadə olunur, ikinci istiqamət məqsədli ifadə olunur.

Təşkilatın ümumi kapitalını kapitala (hansı ki, səhmdarlardan və bölüşdürülməmiş mənfəətin kapitallaşması nəticəsində özünün xüsusi gücü ilə alınan) və müvafiq ehtiyatın yaradılmasına bölmək olar. Səhmdarların verdiyi kapital adətən hesabatın mühasibat balanslarında iki maddəyə bölünür: səhmin nominal dəyəri məbləği və səhmin nominal dəyərindən əlavə ilkin emissiya zamanı səhmdarların verdiyi səhm üçün mükafat (emissiya gəliri).

Maliyyə hesabatının hazırlanması və tərtib edilməsi Prinsiplərində xüsusi olaraq qeyd edilir ki, korporativ (səhmdar) kapitalı üçün müəyyən edilən məlumatlar müstəqil hüquqi şəxsin təşkilinin hər hansı digər forması üçün uyğun gəlir, belə təşkilatlarda kapitalın formalaşmasında milli qanunvericilikdə müəyyən olunmuş məhdudlaşmanın nəzərə alınması təbiidir.

Prinsiplərdə ümumqəbul olunmuş nöqteyi-nəzərdən özünün kapitalının saxlanılması şəraiti zamanı yalnız hesabat dövrünün məlumatlarına görə müəssisə mənfəəti tanıya bilər. Qəbul olunmuş konsepsiyadan asılı olaraq özünün kapitalının saxlanılması müxtəlif aspektlərdən nəzərdə tutulur. İki əsas konsepsiya nəzərdən keçirilir: maliyyə kapitalı və fiziki kapital (istehsal potensialının). Kapitalın saxlanılması və qiymətləndirmə metodunun seçilməsi təşkilat üçün qalır və istifadəçinin tələbindən və marağından asılıdır. Əgər istifadəçi pulun alıcılıq qabiliyyətində dəyişikliyin nəzərə alınması ilə nominal investisiya kapitalının saxlanılması ilə maraqlanırsa, onda maliyyə Konsepsiyası tətbiq edilir. İstifadəçini nə vaxt müəssisənin istehsal imkanları maraqlandırırsa, onda kapitalın fiziki saxlanılması konsepsiyası tətbiq edilir. Hər iki konsepsiyada mənfəət – bu hesabat dövrünün əvvəlinə onun həcminin müvafiq olması səviyyəsində kapitalın saxlanılmasını təmin edən, düzəliş nəzərə alınmaqla gəlirlərdən xərcləri çıxdıqdan sonra qalan hissəsidir. Xərclərin gəlirlərdən artıq olması kapitalın həcmini azaldan, zərər kimi tanınır.

Maliyyə kapitalının saxlanılması konsepsiyası. Maliyyə kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq, kapital pul vəsaitlərinin nominal vahidlərilə muəyyənləşdirilərsə, nominal vahidlərlə qiymətləndirilmiş pul vəsaitlərinin hesabat dövrü ərzində artması mənfəət kimi tanınır. Beləliklə, hesabat dövrü ərzində müəssisə tərəfindən saxlanılan aktivlərin qiymətlərinin artması konseptual baxımdan mənfəət hesab olunur. Lakin, təcrübədə, bu mənfəət aktivlərin xaricolmasına və ya istifadə olunmasına qədər tanınmamalıdır.

Maliyyə kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq, kapital pul vəsaitlərinin sabit alıcılıq qabiliyyəti vahidlərilə muəyyənləşdirilərsə, sabit alıcılıq qabiliyyəti vahidlərilə qiymətləndirilmiş pul vəsaitlərinin hesabat dövrü ərzində artımı mənfəət hesab olunur. Beləliklə, müəssisə tərəfindən saxlanılan aktivlərin qiymətlərinin artmasının yalnız inflyasiyanın ümumi səviyyəsindən artıq olan hissəsi mənfəət hesab olunur. Artımın yerdə qalan hissəsi kapitalın saxlanılmasına düzəliş və kapitalın bir hissəsi hesab olunur.

İnflyasiya şəraitində pulun alıcılıq qabiliyyəti vahidlərinə (sabit) qiymətləndirmə metodu tətbiq edilir.

Maliyyə kapitalının saxlanılması konsepsiyası beynəlxalq standartlara uyğun maliyyə hesabatının tərtib edilməsi zamanı tez-tez tətbiq olunur və çox geniş yayılmışdır.



Fiziki kapitalın saxlanılması konsepsiyası - Fiziki kapitalın saxlanılması konsepsiyasına uyğun olaraq, kapital müəssisənin fiziki məhsuldarlıq potensialı ilə müəyyənləşdirilir və bu potensialın dövr ərzində artımı mənfəət hesab olunur. Əks halda, yalnız müəssisənin aktivlərinə və öhdəliklərinə təsir edən bütün qiymət dəyişikliklərinin nəticəsində müəssisə tərəfindən saxlanılan aktivlərin dəyərinin artması kapitalın saxlanılmasına düzəliş və kapitalın bir hissəsi hesab olunur.

Qiymətləndirmə əsaslarının və kapitalın saxlanılması konsepsiyasının seçilməsi maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan uçot modelini müəyyənləşdirməklə, bu hesabatların münasiblik və etibarlılıq səviyyələrini təmin edir. Müəssisənin rəhbərliyi münasiblik ilə etibarlılıq arasında səmərəli tarazlığa nail olmalıdır.

Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən tətbiq edilməli olan uçot modeli müvafiq Milli Mühasibat Uçotu Standartları ilə müəyyənləşdirilir.

Aktivlər, öhdəliklər və kapital balans bərabərləşdirməsini təşkil edən vahid vasitədir. BMHS sistemində qəbul edilən balans bərabərliyi:

A – Ö = K.

Bu aktiv vasitəsi ilə kapitalın formalaşmasını əks etdirir. Hər hansı müəssisənin xüsusi kapitalı aktivin o hissəsini göstərir ki, onlar sərbəst olaraq öhdəliyin ödənilməsinə yönəldilir. Bu barədə əvvəl göstərilmişdir. Buradan nəticə çıxır ki, kapitalın həcmi müəssisənin aktivlərinin dəyərindən və onun öhdəliyinin dəyərindən asılıdır.

Balans bərabərliyini başqa cür də vermək olar:

A = Ö + K

Bu şəkildə balans bərabərliyi göstərir ki, yalnız gözlənilən öhdəlik ödənişi və xüsusi kapital hesabına aktivlər formalaşır.

Əgər xüsusi kapital tərkib hissələrinə - mülkiyyətçinin gətirdiyi (G) , keçən mənfəətdən toplanan (T) və cari hesabat dövrünün xalis mənfəətinə (XM) ayrılarsa – onda balans bərabərliyini belə yazmaq olar:

A-Ö = G + T + XM.

O, onu təsdiq edir ki, dövr ərzində xalis mənfəət həmin dövr ərzində aktivlərin dəyərinin artmasını (yaxud öhdəliyin azalmasını) göstərir, belə ki, gətirilən kapital və toplanan mənfəət dəyişməz qalır. Son dərəcə asanlıqla mülkiyyətçinin yeni üzvlük haqqına və ya onların əvvəl toplanan mənfəət hissəsinin artıq olmasına ayırmaq olar.



Xərclər adi təsərrüfat fəaliyyəti prosesində, məsələn malların istehsalı yaxud xidmətin göstərilməsi zamanı əmələ gəlir. Belə xərclər satılan malların və xidmətin maya dəyərini təşkil edir və satışdan alınanı hesabat gəlirləri ilə müqayisə edilir. Həmin dövr ərzində alınmayan gəlir mal ehtiyatları yaxud bitməmiş istehsala məsrəflər, gələcək dövr xərcləri kimi aktivlərə dair, müvafiq gəlirin alınması məqsədi ilə aparılmış məqsədə yönəldilən xərclərə aid etməyə imkan verir. Malların və xidmətlərin maya dəyərinə daxil edilir: material məsrəfləri, əmək haqqı, sosial xarakterli ayırmalar, əsas kapitalın amortizasiyası.

Adi təsərrüfat fəaliyyəti gedişində əmələ gələn xərclərdən başqa, BMHS gələcəkdə hər hansı iqtisadi səmərə gətirməyən , xərc şəklində zərərləri də müəyyən edir. Onlara gələcəkdə müəyyən gəlir gətirməyən xərclər yaxud təşkilatın balansında əmlakın artmasına və ya aktiv şəklində tanına bilməyən xərclər aid edilir. BMHS-na əsaslanaraq , nə qədər ki, zərərlər özündə iqtisadi səmərənin azalmasını göstərir, bu xərclər hesabatın müstəqil elementi şəklində nəzərdən keçirilmir. Zərərləri ümumiqtisadi fikirdə gözlənilməyən əməliyyat və ya hadisə həmçinin adi əməliyyat nəticəsində hansı ki, hesabat dövrü ərzində gəlirlərlə örtülməyən xərcləri kapitalın azalmasını hesab etmək lazımdır.

Nə vaxt onlar, həmin əməliyyat üzrə daxil olmuş gəlirlərlə birbaşa əlaqədə öhdəliyin artması və aktivin azalması şəklində əmələ gəldikdə , adi fəaliyyət üzrə xərclər həmin hesabat dövründə mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir (tanınır). Gəlirlər və xərclərin uyğun olmasına hökmən riayət edilməlidir. Mənfəət və zərərlər haqqında hesabata hələ daxil edilməmiş və bölüşdürülməmiş xərclər gələcək hesabat dövrünə aid edilən kimi mühasibat balansında əks etdirilir.

Nə vaxt aydınlaşdırılır ki, onlar gələcək iqtisadi səmərənin səbəbi ola bilməz, yaxud belə səmərə aydın deyil və etibarlı qiymətləndirməyə verilmir, həmçinin nə vaxt əmlak maddəsi şəklində müvafiq aktivi əks etdirmədən öhdəlik yarandıqda qeyri adi əməliyyatlar və hadisələrlə əlaqədar əmələ gələn xərclər həmin hesabat dövründə zərər şəklində hesabatda əks etdirilir. Məsələn, xarab olmuş əmtəə-material qiymətlilərin dəyəri, hansı ki, satılması mümkün deyil, yaxud müəssisə üçün başqa cür istifadə etmək olmur və nə vaxt sığorta ödənişinin alınması imkanında (yaxud həcmində) aydınlıq yoxdur. Yaxud məhkəmə qərarı üzrə dəbbələmə ödənişi haqqında və ya büdcəyə ödənişlər üzrə öhdəliyin hesablanması. Deməli, aktivin azalması yaxud öhdəliyin artması ilə eyni zamanda xərclər əks etdirilir. Bəzi aktivlərin dəyərinin azalması amortizasiya ayırmalarının müvafiq dövrün xərclərinə daxil edilməsi və amortizasiyanın hesablanması yolu ilə bir neçə hesabat dövrünə bölüşdürülür.

Qeyd etmək lazımdır ki, vergi tutulma qaydası ilə xərclərin əks etdirilməsi (tanınması) hesabatın hazırlanması və tərtib edilməsi Prinsipləri ilə heç cür əlaqə yaratmır. Hesablamada onların vergitutma bazasına daxil edilib və etdirilməməsindən asılı olmayaraq Prinsiplərdə ifadə olunmuş , onun tanınma meyarlarına uyğun bütün xərclər həmin hesabat dövrünün mənfəət və zərərlər haqqında hesabata daxil edilməlidir.



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə