MaliYYƏ hesabatinin təHLİLİ” fənni üzrə proqra m

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 3.43 Mb.
səhifə9/34
tarix27.04.2018
ölçüsü3.43 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

Müəssisənin ödənişqabiliyyətinin qiymətləndirilməsi, min man.

Göstəricilər



Balans sətri-

nin kodu


İlin

əvvə-


linə

İlin

sonuna


Kənarlaş-

ma (+, -)

(qr.2 –

qr. 1)


Optimal

qiyməti


A

B

1

2

3

  1. Təhlil üçün ilkin məlumatlar

1.Pul vəsaitləri və qısamüddətli

maliyyə qoyuluşları



280,290,,

300,310 +270


2880

2406

-474


2.Qısamüddətli debitor borcları

200,210,220,

230,240

16648

35970

+19322


3.Dövriyyə aktivlərinin ümumi

həcmi

180+330

50190

94142

+43952


4.Qısamüddətli öhdəlikər

600,620,

630-710,


725,760

39510


36839


-2671


II. Cari ödənişqabiliyyətinin qiymətləndirilməsi

5.Mütləq likvidlik əmsalı

(bənd 1 : bənd 4)


0,2-0,3

0,073

0,065

-0,008


6.Kritik likvidlik əmsalı

((bənd 1+ bənd 2): bənd 4)


0,8-1

0,494

1,042

+ 0,548


7.Cari likvidlik əmsalı

(bənd 3 : bənd 4)


1,5-2

1,270

2,556

+1,286

Cədvəl 3.8-də verilən hesablamalardan nəticə çıxır ki, “Kür” MMC ilin əvvəlinə mövcud pul vəsaitləri hesabına (qısamüddətli maliyyə qoyuluşları yoxdur) özünün qısamüddətli öhdəliklərini yalnız 7,3 %, ilin sonuna isə - daha az (6,5 %) ödəmək iqtidarındadır. Bununla bərabər əgər müəssisə debitorlardan pulu alarsa, o ilin sonuna özünün bütün borclarını ödəyə bilər (ilin sonuna kritik likvidlik əmsalı 1,042 təşkil edir). Həmin vaxtda, ehtiyatların satışı zamanı, qısamüddətli öhdəliklərin ödənilməsi üçün həmin tarixə müəssisənin xeyli miqdarda vəsait ehtiyatı (cari likvidlik əmsalı – 2,556) əmələ gəlir. Beləliklə, qeyd etmək lazımdır ki, “Kür” MMC-də mütləq likvid aktivlərin çatışmazlığı müşahidə olunur. İlin sonuna debitor borclarının həcminin artımı olur, bu da kritik likvidlik əmsalının artmasına səbəb olur. Lakin qısamüddətli öhdəliklərin əsas örtülmə mənbəyi ehtiyatlardır. Onların 1,9 dəfə artımı (bax cəd. 3.2). cari likvidlik əmsalının 1,270-dən 2,556-a qədər əhəmiyyətli yüksəlməsinə gətirib çıxarmışdır. “Kür” MMC-in bütünlükdə ödənişqabiliyyəti ilin sonuna yüksəlmişdir.

Müəssisənin cari ödənişqabiliyyəti səviyyəsinin dəyişməsinə amillərin təsirini qiymətləndirmək üçün cari likvidlik əmsalının ilkin hesablama formulasının ayrılması əsasında alınan amil modelindən istifadə etmək olar
Əcl =
burda - DA dövriyyə aktivləri;

QB – qısamüddətli öhdəliklər;

E - ehtiyatlar (qiymətlilərin əldə edilməsi üzrə ƏDV daxil

Olmaqla);

DB – debitor borcları;

QMQ – qısamüddətli maliyyə qoyuluşları;

PV - pul vəsaitləri;

SDA – sair dövriyyə aktivləri;

QK – qısamüddətli kreditlər və borclar;

KRB – kreditor borcları;

İB - gəlirlər üzrə iştirakçıların (təsisçilərin) borcları;

SQÖ – sair qısamüddətli öhdəlikləri göstərir.


Cədvəl 3.2, 3.4 və 3.8 məlumatları əsasında zəncirvari yerdəyişmə metodunda cari likvidlik əmsalının amilli təhlilinin (cədvəl 3.9) aparaq. “Kür” MMC hesabat ili ərzində Balansından görünür ki, müəssisədə qısamüddətli maliyyə qoyuluşları, sair dövriyyə aktivləri, gəlirlər üzrə iştirakçıların(təsisçilərin) borcları və sair qısamüddətli öhdəlikləri yoxdur, buna görə cədvəl 3.9-da yalnız beş amilin təsiri nəzərdən keçirilir.
Cədvəl 3.9

Cari likvidlik əmsalının dəyişməsinə amillərin

təsirinin hesablanması

Yerdəyişmələr



Amillər, min man.

Qiymə-

ti,


Əcl

Amillə-

rin tə-


sri,

əms.

E

DB

PV

QK

KRB








Göstəricinin baza

qiyməti

30663

16648

2880

13169

26340

1,270

-


Ehtiyatların dəyiş-

məsinin təsiri(E)


53767

16648

2880

13169

26340

1,906

+0,636


Debitor borclarının

dəyişməsinin

təsiri (DB)


55767


35970


2880


13169


26340


2,395


+0,489


Pul vəsaitlərinin

dəyişməsinin

təsiri (PV)


55767


35970


2406


13169


26340


2,383


-0,012


Qısamüddətli kre-

ditlər və borcların

dəyişməsinin təsiri

(QK)

55767

35970

2406

13087

26340

2,388

+0,005


Kreditor borclarının

dəyişməsinin təsi-

ri (KRB)


55767


35970


2406


13087


23752


2,556


+0,168


Amillərin təsirinin

Yekunu

x

x

x

x

x

x

+1,286


Aparılan amilli təhlil göstərir ki, cari likvidlik əmsalının yüksəlməsi olmuşdur, bu bir tərəfdən ehtiyatların, debitor borclarının ilin sonuna onun əvvəli ilə müqayisədə artması digər tərəfdən qısamüddətli kreditlərin, borcların və kreditor borclarının azalması hesabına olmuşdur. Bununla da pul vəsaitinin azalması müəssisənin likvidlik səviyyəsinə mənfi təsir etmişdir. Bununla yanaşı ümumi likvidlik əmsalına daha çox təsir göstərən həlledici amil ilin sonuna ehtiyatların əhəmiyyətli dərəcədə artması olmuşdur, bu bir daha müəssisənin cari fəaliyyətinin həyata keçirilməsi üçün bu aktivlərin hərəkətinə, vəziyyətinə, saxlanması və çatışmasına idarəetmə heyətinin diqqətinin cəmləşdirilməsi zəruriliyi haqqında nəticə çıxarmağı təsdiq edir.

Qeyd etmək lazımdır ki, likvidliyin təhlili əsasında müəssisənin ödənişqabiliyyətinin məlum qiymətləndirmə metodikası, onun Balansı və likvidlik əmsalının hesablanmasının xeyli çatışmazlığı vardır. Belə çatışmazlığın əsaslarından aşağıdakıları göstərmək olar:


  1. Likvidlik əmsalı müəssisənin yalnız prinsipial imkanlarını müəyyən edir. Müəyyən olunmuş vaxtları nəzərə almadan özünün öhdəlikləri üzrə hesablaşır;

  2. Likvidlik əmsalının hesablanması zamanı yalnız qısamüddətli öhdəliklər nəzərə alınır, uzunmüddətli kredit və borclar isə ödənişindən sonra nəzərə alınır.

Bundan əlavə, yuxarıda göstərilən iki metodika (Balansın likvidliyinin qiymətləndirilməsi və likvidlik əmsalı bir dərəcədə bir-birinə ziddir. Xüsusilə aktivin birinci qrupuna (daha çox likvidli) pul vəsaitləri və qısamüddəli maliyyə qoyuluşları daxil edilir. Bu qrup metodikasının şərtinə görə aktivlər passivin birinci qrupuna (daha çox təcili) bərabər yaxud da çox olmalıdır, müəssisənin bütün qısamüddətli öhdəliklərin əksər hissəsi yəni bütün kreditor borcları, gəlirlər üzrə iştirakçıların (təsisçilərin) borcları və sair qısamüddətli öhdəliklər hara daxil edilir. Həmin vaxtda hər hansı təşkilat pul vəsaitlərinin dövriyyəyə istiqamətləndirmədən hədsiz dərəcədə toplanılması nəticəsində iqtisadi gəlirin itirilməsi riski ilə toqquşur. Normal fəaliyyət şəraitində müəssisədən özünün bütün öhdəliklərini (müxtəlif vaxtların borcunun ödənişini) ödəmək tələb olunmur və hesablarda xeyli miqdarda pul vəsaitlərini saxlamaq lazımdır. Bu tamamilə mütləq likvidlik əmsalının hesablanma metodikasında əks etdirilmişdir, bunun optimal həcmi 0,2-0,3 təşkil edir və o deməkdir ki, müəssisə mövcud pul vəsaitləri və qısamüddət xarakteri daşıyan likvidli maliyyə qoyuluşları hesabına özünün qısamüddətli öhdəliklərinin 20-30 %-ni hər hansı tarixə ödəmək vəziyyətində olmalıdır. Buna görə analitik Balansın likvidliyinin qiymətləndirmə metodikasını tətbiq edən zaman , qayda üzrə müəssisənin Balansının mütləq likvidi əks etdirməməsi ilə qarşılaşır. Lakin bu tamamilə o demək deyildir, bu müəssisədə kreditorlara borcun ödənilməsində mürəkkəblik vardır.

Göstərilən metodikanın çatışmazlığını aradan qaldırmaq üçün ümumi (real) ödənişqabiliyyəti əmsalının hesablama metodikası işlənib hazırlanmışdır.

Ümumi (real) öənişqabiliyyəti əmsalının əsas hesablama şərti aşağıdakılardır:


  1. ödənişqabiliyyəti göstəricisi şəklində maliyyə resursları ilə öhdəlikləri təmin etmə dərəcəsini müəyyən edən əmsal seçilməlidir;

  2. uzunmüddətli kreditlər və borcların öhdəliklərə aid edilməsi təklif olunur, onlar da dövriyyə aktivləri ilə örtülməlidir, belə ki, belə borcun ödənişi qoyuluşun çıxarmasından asılı olmayaraq aparılmalıdır;

  3. öhdəliyin təminat dərəcəsi müvafiq likvidli aktivlərin müəyyən müddətliliyi və öhdəliyin müvafiq ödəniş vaxtı, tədavül vaxtı ilə müəyyən edilir;

Ümumi (real) ödənişqabiliyyəti göstəricisinin (Əümi) müəyyən edilməsi üç mərhələdə aparılır.

I mərhələ öhdəliklər təcililik dərəcəsi üzrə üç qrupa bölünür və buna müvafiq olaraq likvidlik dərəcəsi üzrə aktivlər üç qrupa bölünür: daha çox təcili olan öhdəliklər (Ö1), təcililik müddəti olan öhdəliklər (Ö2), ortamüddətli təcili və uzunmüddətli öhdəliklər (Ö3).

Daha çox təcili olan öhdəliklər (O1) – bu öhdəliklər zamanı vəsaitlər birinci növbədə hesabdan silinir:



Müvafiq analitik informasiyalar mövcud olan zaman bura aid edilir – mallar və xidmətlərə görə borclar, hesablaşma akseptsiz ödəniş tələbnaməsi qoymaq yolu ilə (elektrik şəbəkəsi təşkilatı, şəhərtelefon rabitəsi və i.a.) aparılır.

Yalnız mühasibat Balansının məlumatları mövcud olan zaman o, öhdəliklər qrupunun tərkibinə “Heyətə olan borclar”, “Dövlət büdcədənkənar fondlara olan borclar”, “Vergi və rüsumlar üzrə borclar” maddələrinin məbləğləri daxil edilir.

O öhdəliyi daha çox likvidli aktivlərlə (A1) (pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları ilə) təmin edilməlidir.

Bununla düstur üzrə (Ə1) aralıq, likvidlik əmsalı hesablanır:

Ə1 = A1 : Ö1

Bunu və sonrakı əmsalları hesablayan zaman Balans üzrə aktivin və öhdəliyin orta qiymətindən istifadə edilməsi məsləhət görülür.

Təcilimüddətli öhdəliklər (Ö2) – ödəmə müddəti üç aydan yuxarı olmayan , yuxarıda sadalanmayan öhdəliklər.

Öhdəliklərin ödəniş müddətini müəyyən etmək üçün belə informasiyalar analitikdə olmadıqda “Malsatanlar və podratçılar”, “Alınan avanslar”, “Ödənişə dair veksel”,”Sair kreditorlar) maddələri üzrə Balansda əks etdirilən bütün öhdəliklər Ö2 qrupuna aid edilir.

Təcilimüddətli öhdəliklər (Ö2) tezrealizə olunan aktivlərlə (A2) üç aydan az dövretmə dövrü olan aktivlərlə örtülməlidir.

Cari aktivlərin tədavül dövrü uçot məlumatları üzrə müəyyən edilir. Belə informasiyalar olmayan zaman analitik düstur üzrə günlə dövretmə dövrünü (DEdövr) müəyyən edir:

DAdövr=

Burada - dövriyyə aktivlərinin ortaillik həcmi, min man.



SG- malların, məhsulların, iş və xidmətlərin satışından gəlir, min man.

Əgər dövriyyə aktivlərinin dövretmə dövrü (DAdövr) üç ayı keçirsə, onda bu göstəricini hesablayan zaman onların dəyərindən, daha az likvidlik dərəcəsi ilə aktivlər qrupu – istehsalat ehtiyatları (xammal ehtiyatları, materiallar və digər oxşar qiymətlilər), bitməmiş istehsal, hazır məhsullar və yenidənsatış üçün mallar və i.a. ardıcıllıqla çıxılır. Bununla dövretmə dövrü eyni qaydada müəyyən edilir, yalnız dövriyyə aktivlərinin dəyəri (DA) çıxılan məbləğdən sonra hesablamaya qəbul edilir. Nəticədə tədavül vaxtı üç ay müddətinə qədər (pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları istisna edilməklə) olan tezrealizəolunan aktivlər qrupu ayrılır.

Məsələn, bütün dövriyyə aktivlərinin dövretmə dövrü mühasibat hesabatının məlumatları üzrə təşkil edir:

DAdövr =

Onda xammal və material ehtiyatlarının (XE) həcmi çıxılmaqla DAdövr hesablanır:

DAdövr =

Aparılan hesablamadan nəticə çıxır ki, istehsal ehtiyatları çıxıldıqdan sonra müəssisənin dövriyyə aktivlərinin dövriyyəsi 90 günü ötüb keçir, buna görə dövriyyə aktivlərinin dövriyyəsindən (DAdövr) yalnız istehsal ehtiyatları deyil, başa çatmamış istehsal da (BÇİ) çıxılır.
DAdövr =

Beləliklə bizim misalda


A2= DA – XM – BÇİ – A1
Həmçinin aktivlərin və öhdəliklərin birinci qrupu üzrə aralıq likvidlik əmsalı Ə2 hesablanır:

Orta müddətli (üç aydan bir ilə qədər) və uzunmüddətli (bir ildən yuxarı) öhdəliklər (Ö3) yavaş-yavaş realizəolunan aktivlərlə (A3) (A1 və A2 qruplarına daxil edilməyən yəni üç aydan yuxarı tədavül vaxtı olan dövriyyə akivləri ilə) təmin edilməlidir:

Ö3 = UÖ – QÖ1 – Ö2,

A3 = DA – A1 – A2,

burada UÖ – uzunmüddətli öhdəliklər;

1 – qısamüddətli öhdəliklər.

Bundan sonra aralıq likvidlik əmsalı (Ə3) hesablanır:

Ə3 = A3 : Ö3



II mərhələ. Hər qrupun öhdəliyi üzrə ümumi öhdəlik məbləğində hər qrupun öhdəliyinin (d1) xüsusi çəkisi hesablanır:

d1 = Ö1 : (Ö1 + Ö2 + Ö3),

d2 = Ö2 : (Ö1 + Ö2 + Ö3);

d3 = Ö3 : (Ö1 + Ö2 + Ö3).



III mərhələ. Düstur üzrə ümumi (real) ödəniş qabiliyyəti əmsalı (Əümi) müəyyən edilir:

Əümi = d1 x Ə1 + d2 x Ə2 + d3 x Ə3.

Əgər Əümi ≥ 1 olarsa , onda müəssisənin ödənişqabiliyyətli hesab etmək olar, belə ki, onun müəyyən olunan vaxt keçməməklə üç aydan gec olmayaraq öhdəlik üzrə öz borcunu ödəmək imkanı olur.
Əks halda müflis müəssisənin tanınması üçün əsas aşkar olunur.

“Kür” MMC Balansının məlumatları üzrə ümumi (real) ödənişqabiliyyəti əmsalını hesablayaq. Bunun üçün hər şeydən əvvəl dövriyyə aktivlərinin və öhdəliklərin qruplaşmasını aparaq (cəd. 3.10).


Cədvəl 3.10

Ümumi (real) ödənişqabiliyyəti əmsalının hesablanılması üçün

dövriyyə aktivləri və öhdəliklərin qruplaşdırılması


Aktivlər

Öhdəliklər

Aralıq

likvidlik

əmsalı

(qr.2 :


qr.4)

Aktivlərin qrupları



Orta

Illik


qiymə-

ti, min


man

Öhdəliklərin

qrupları





1

2

3

4

5

Daha çox likvidli

aktivlər – A1


2643


Daha çox təcilimüd-

dətli öhdəliklər –Ö1


2871

0,92


Tezrealizəolunan aktiv-

lər – A2


22176


Təcilimüddətli

öhdəliklər – Ö2


22176

1,00


Yavaş-yavaş realizə

olunan aktivlər – A3



47347

Orta və uzunmüddət-

li öhdəliklər – Ö3



36152


131


Dövriyyə aktivlərinin

yekunu

72166

Öhdəliklərin yekunu


61199

X


Cədvəl 3.10-dan alınan məlumatları izah edək. Hesabat ili ərzində “Kür” MMC mühasibat Balansının məlumatları üzrə daha çox təcilimüddətli öhdəlikləri müəyyən edən zaman “Müəssisə heyətinə olan borclar”, “Büdcədənkənar dövlət fondlarına olan borclar” və “Vergi və rüsumlar üzrə borclar” sətirləri üzrə orta qiymət götürülür

[0,5 x x (1115 + 2341 + 552 + 437 + 783 + 512) = 2870]. Daha çox likvidli aktivlərin (A1) tərkibinə yalnız pul vəsaitlərinin orta qiyməti daxil edilir [0,5 x (2880 + 2406) = 2643], bununla belə müəssisənin qısamüddətli maliyyə qoyuluşu həyata keçirilməmişdir.

Təcilimüddətli öhdəliklər (Ö2) malsatanlara, podratçılara və sair kreditorlara olan borcun orta qiymətini özündə göstərir [0,5 x ( 21640 + 19902 + 2250 + 559) = 22176]. Tezrealizəolunan aktivləri (A2) müəyyən etmək üçün müəssisənin bütün dövriyyə aktivlərinin dövriyyə uzunluğu nəzərə alınmışdır:


DAdövr =
Alınan nəticə göstərir ki, bütün dövriyyə aktivlərinin dövriyyəsi 90 gündən daha az təşkil edir, buna görə onları bütün (A1) qrupuna daxil olanlar istisna olmaqla tezrealizəolunan aktivlərin tərkibinə daxil etmək lazımdır, yəni müəssisənin belə aktivləri kifayət qədərdir, bununla özünün malsatanları və podratçıları ilə hesablaşması, eyni zamanda onların bir hissəsini uzunmüddətli və qısamüddətli kreditlər və borcların ödənişi üçün yönəldir. Lakin, nəzərdən keçirilən metodika üzrə hesablamanı başa çatdırmaq üçün təcilimüddətli öhdəliklərin qiyməti dairəsində yəni 22176 min manatı tezrealizəolunan aktivlərin həcminin götürülməsi qərara alınmışdır. Bu qərar ümumi likvidlik əmsalının hesablanması məntiqinə zidd deyildir, belə ki, bu göstəricinin və bütün aralıq likvidlik əmsallarının (Ə1, Ə2 , Ə3) optimal qiyməti 1-dir.

Ortamüddətli və uzunmüddətli öhdəliklərin tərkibinə Balansın V bölməsində verilən “Borclar və kreditlər” və bütün uzunmüddətli öhdəliklər sətirləri üzrə borcların orta qiyməti daxil edilir

[0,5 x (13169 + 13087 + 5699 + 40350) = 36153].

Yavaş-yavaş realizəolunan aktivlərin həcmini A1 və A2 qrupuna daxil olmayan dövriyyə aktivlərinin məbləği təşkil edir, yəni


A3= 72166 – 2644 – 22176 = 47348 (min man.).
Cədvəl 3.10-dan alınan məlumatların əsasında aralıq likvidlik əmsalı (qrafa 5) hesablanmışdır. 0,92 təşkil edən birinci əmsalın qiymətinə diqqət yetirməklə müəssisənin daha çox likvidli aktivlərin çatışmazlığı nəticəsinə gəlmək olar.

Növbəti mərhələdə ümumi borcların həcmində ayrı-ayrı qrup öhdəliklərin xüsusi çəkisini hesablayaq:


d1 = 2870 : 61199 = 0,47;

d2 = 22176 : 61199 = 0,362;

d3 = 36153 : 61199 = 0,591.
Ümumi (real) ödənişqabiliyyəti əmsalının qiyməti təşkil edir:

Əümi = 0,047 x 0,92 + 0,362 x 1 + 0,591 x 1,31 = 1,179.

Beləliklə, pul vəsaitlərinin çatışmazlığına baxmayaraq, tədqiq olunan müəssisə nəinki özünün qısamüddətli öhdəlikləri ilə deyil eyni zamanda uzunmüddətli öhdəliklərlə də tam həcmdə hesablaşma vəziyyətindədir.



Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə