Maliyyə ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci IL tarixli



Yüklə 1.81 Mb.
səhifə1/39
tarix08.04.2018
ölçüsü1.81 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   39





AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Bakalavr səviyyəsi üçün

BUDCƏ UÇOTU VƏ HESABATI FƏNNİ ÜZRƏ
PROQRAM
059403 – Maliyyə ixtisası üzrə

Azərbaycan Respublikası Təhsil

Nazirliyinin_______ 2017-ci il tarixli

_______saylı əmri ilə qrif hazırlanmışdır.

G Ə N C Ə - 2 0 17
Müəlliflər: Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və audit kafedrasının əməkdaşları: P.E.Muxtarova – i.f.d. dosent, M.M.Hüseynov– i.f.d. dosent, Z.M.Hüseynov- baş müəllim, C.C.Allahverdiyeva- baş müəllim, S.B.Həşimova – baş müəllim
Rəy verənlər: Yusif Binnət oğlu Əhmədov – ADAU-nun professoru, Mühasibat uçotu və audit kafedrasının dosenti, Ceyhun Nəsib oğlu İsmayılov –Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının dosenti, i.e.n.

GIRIŞ

050403-“Maliyyə” ixtisası üzrə ali təhsilin bakalavr pilləsində təhsil alan tələbələr üçün bu fənn tədrisinə 75 saat (o cümlədən 30 saat mühazirə 45 saat seminar məşğələsi)nəzərdə tutulmuşdur.

Siyasi və iqtisadi müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının gələcək iqtisadi və sosial inkişafı eyni zamanda dövlət büdcəsinin tərtibi, təsdiqi və icrasında zəruri dəyişikliklərə səbəb olmuş, respublikada kiçik və orta sahibkarlığın və bazar iqtisadiyyatının inkişaf etdirilməsinə şərait yaratmışdır. Nəticədə dövlət büdcəsinin əhəmiyyəti və rolu heç də azalmamış, əksinə, onun bazar iqtisadiyyatı tələblərinə cavab verə biləcək səviyyədə inkişaf etdirilməsi ciddi zərurət kəsb etmişdir.

Dövlət büdcəsi xalq təsərrüfatı kompleksinə daxil olan külli miqdarda idarə, müəssisə və təşkilatların iqtisadiyyatının və təsərrüfat fəaliyyətinin bütün cəhətlərini əhatə etməklə onların bir-biri ilə, eləcə də dövlətlə, digər təsərrüfat təşkilatları ilə, maliyyə-kredit sistemi ilə qarşılıqlı əlaqələrini əhatə edir, onlara nəzarət edir və bu əlaqələri nizamlayır.

Məlumdur ki, Respublikada bütün sosial-mədəni tədbirlər və elmin inkişafı ilə bağlı xərclər hazırda Azərbaycan Respublikasının Dövlət Büdcəsindən maliyyələşdirilir.

Hal-hazırda Azərbaycanda təhsil, səhiyyə və mədəniyyətin çox geniş şəbəkəsi mövcuddur. Respublikada çoxlu sayda ümumtəhsil məktəbləri, ali və orta ixtisas təhsili müəssisələri, geniş elmi-tədqiqat və təcrübə-konstruktor təşkilatları, onlarla şəhər, kənd xəstəxanası, poliklinikalar, digər tibb ocaqları, klublar və s. mövcuddur. Əmək qabiliyyətli əhalinin əksər hissəsi bu sahələrdə çalışır və əhaliyə bu və ya digər formada xidmət göstərir. Respublikanın indiki vəziyyətində bu nəhəng şəbəkənin inkişafı və saxlanması üçün tələb olunan maliyyə vəsaitinin mənbələri və onların xərclənməsi istiqaməti ciddi uçot və nəzarət tələb edir. Ona görə də yaxşı təşkil edilmiş mühasibat uçotu ehtiyat və imkanların üzə çıxarılmasına, qənaət rejiminin gözlənilməsinə, maliyyə intizamının qorunmasına şərait yaradır.

Dövlət büdcəsinin proqnozlaşdırılması büdcənin icrası prosesində mühüm əhəmiyyət kəsb edir. O, büdcə gəlirlərinin daxil olması, vəsaitlərin xərclənməsi, uçot və hesabatın, ilk, cari və sonrakı nəzarətin təşkili, sosial və iqtisadi inkişafın tələblərinə uyğun olaraq milli gəlirin səmərəli surətdə bölüşdürülməsinə imkan yaradır.

İndiki şəraitdə ölkənin milli ictimai prosesində yeni mərhələlər, bəzən çətin dərk edilə bilən, lakin mütləq və zəruri olan sosial inkişafın səviyyəsindən asılıdır. Dövlət büdcəsi bu proseslərin hər biri ilə əlaqəlidir.

Büdcə uçotu və hesabatı” kursunun öyrənilməsində məqsəd büdcə təşkilatlarında uçotun nəzəri və metodoloji əsasları, büdcə uçotu və hesabatin büdcə prosesində rolu və milli mühasibat uçotu standartlari ,büdcədən maliyyələşən təşkilatlarda mühasibat uçotunun təşkili, büdcə təşkilatlarinda qisamüddətli aktivlərin uçotu, büdcətəşkilatlarinda uzunmüddətli aktivlərin uçotu və sair məsələləri öyrənməkdən ibarətdir.

MÖVZU 1. BÜDCƏ TƏŞKILATLARINDA UÇOTUN NƏZƏRI VƏ METODOLOJI ƏSASLARI




    1. Hesabdarlıq və mühasibat uçotunun tarixi. Mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində olan uçotdan bazar münasibətləri şəraitində aparılan uçota keçid. Uçot və hesabat standartlarının hazırlanmasında beynəlxalq təşkilatlar və onların rolu Azərbaycanda mühasibat uçotu standartlarına əsaslanan prinsiplər.








MÖVZU 2. Büdcə uçotu və hesabatin büdcə prosesində rolu və milli mühasibat uçotu standartlari.

    1. Büdcə qanunvericiliyi və büdcə prosesi. Dövlət büdcəsinin mahiyyəti və onun iqtisadiyyatın inkişafında rolu. Mühasibat uçotunun beynəlxalq standartlara keçməyinin zəruriliyi. Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu standartları



MÖVZU 3. Büdcə təşkilatlarinin gəlir və xərclərinin dövlət xəzinədarliq agentliyi vasitəsilə kassa icrasinin uçotu

    1. Dövlət büdcəsinin kassa icrasının təşkilində Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələri və rolu Dövlət xəzinədarlıq sisteminin hüquqi əsasları və son dövrlərdə aparılan islahatlar Dövlət büdcəsinin kassa, hesablama və modifikasiya metodlarının xüsusiyyətləri. Xəzinədarlığın hesab kitabları və mühasibat hesabatlarıXəzinədarlıq sistemində dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması qaydası. Xəzinədarlıq sistemində malların (iş və xidmətlərin) alışının xəzinə uçotu.



MÖVZU 4. Büdcədən maliyyələşən təşkilatlarda mühasibat uçotunun təşkili

Büdcə təşkilatlarında mühasibat xidmətinin təşkili. Büdcə təşkilatlarında büdcə uçotunun vəzifələri .Büdcə təşkilatlarında büdcə uçotunun obyekti Büdcə təşkilatlarında ilkin uçot sənədlərinin və uçot registrlərinin tərtibi Büdcədən maliyyələşən təşkilatlar üçün milli standartlara uyğun müəyyən edilmiş mühasibat uçotunun hesablar planı.





MÖVZU 5. Büdcə təşkilatlarinda qisamüddətli aktivlərin uçotu

Pul vəsaitləri və onların uçotu Qısamüddətli debitor borclarının uçotu

Material və sair ehtiyatların uçotu Qısamüddətli maliyyə aktivlərinin uçotuSair qısamüddətli aktivlərin uçotu




MÖVZU 6. Büdcə təşkilatlarinda uzunmüddətli aktivlərin uçotu

    1. Uzunmüddətli aktivlərin uçotu (maliyyə aktivləri). Əsas fondların amortizasiyasının (köhnəlməsinin) uçotu. Torpaq, tikili, avadanlıq və digər uzunmüddətli aktivlərin uçotu . Qeyri-maddi aktivlərin uçotu (maliyyə aktivləri)



MÖVZU 7. Büdcə təşkilatlarinda qisamüddətli öhdəliklərin uçotu

    1. Qısamüddətli kreditor borcların uçotu. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu. Qısamuüddətli qiymətləndirilmiş öhdəliklərin uçot .Sair qısamüddətli öhdəliklərin uçotu



MÖVZU 8. Büdcə təşkilatlarında uzunmüddətli öhdəliklərin uçotu

    1. Büdcə təşkilatlarinda uzunmüddətli kreditor borclarin uçotu. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu. Xalis aktivlərin uçotu Kapital ehtiyatlarının uçotu.






MÖVZU 9. Büdcə idarə və təşkilatlarda gəlirlərin, xərclərin və mənfəətin (zərərin) uçotu

Büdcədən maliyyələşən təşkilatlarda gəlirlərin uçotu Büdcədən maliyyələşən təşkilatlarda xərclərin uçotu Büdcədən maliyyələşən təşkilatlarda mənfəətin (zərərin) uçotu

MÖVZU 10. Büdcə təşkilatlarının maliyyə hesabatlarının tərkib

hissələri və onların məzmunu


    1. Maliyyə hesabatlarının mahiyyəti və təşkili xüsusiyyətləri. Dövlət büdcəsindən maliyyələşən idarələrin mühasibat hesabatları. Büdcə idarə, müəssisə və təşkilatların illik hesabatlarının tərtib edilməsi Dövri icmal hesabatları. Maliyyə hesabatlarının tərkib hissələri. Tərtib edilmiş hesabatda düzəldilməli və bu düzəliş hesabat dövrünün məlumatlarına daxil edilməsi.


MÖVZU 11. Büdcə təşkilatlarinin maliyyə vəziyyəti haqqinda hesabatlar

Qısamüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat Uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat Qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat Uzunmüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat Xalis aktivlər (kapital) üzrə maliyyə vəziyyəti haqqında hesabat.


MÖVZU 12. Büdcə təşkilatlarinin maliyyə fəaliyyətinin nəticələri haqqinda hesabatlar



Gəlirlər üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Xərclər üzrə maliyyə

fəaliyyəti nəticələri haqqında hesabat. Ümumi mənfəət (zərər) üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat



MÖVZU 13. Büdcə təşkilatlarinin pul vəsaitləri hərəkəti haqqinda

hesabat

Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat

İnvestisya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat

Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat.



    1. Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması) üzrə hesabat.






MÖVZU 14. Büdcə təşkilatlarında uçot siyasəti və izahlı qeydlər
Uçot siyasəti və izahlı qeydlərin məzmunu. Uçot siyasətinin təqdim edilməsi. Maliyyə hesabatlarında göstərilməyən, Milli Mühasibat Uçotu Standartları ilə tələb olunan informasiyanın açıqlanması. Büdcə təşkilatlarının maliyyə hesabatlarında göstərilməyən uçot siyasəti və uçot qiymətləndirilmələrində olan dəyişikliklərin açıqlanması.

Büdcə uçotu və hesabatı”fənni üzrə tədris saatlarının bölgüsü




N


Mövzuların adı

Mühazirə

Praktiki

Məşğələ


Cəmi

1.

Büdcə təşkilatlarında uçotun nəzəri və metodoloji əsasları

2

2

4

2.


Büdcə uçotu və hesabatin büdcə prosesində rolu və milli mühasibat uçotu standartlari.

2

4

6

3.


Büdcə təşkilatlarinin gəlir və xərclərinin dövlət xəzinədarliq agentliyi vasitəsilə kassa icrasinin uçotu

2

4

6

4.


Büdcədən maliyyələşən təşkilatlarda mühasibat uçotunun təşkili

2

2

4

5.


Büdcə təşkilatlarinda qisamüddətli aktivlərin uçotu

2

2

4

6.


Büdcə təşkilatlarinda uzunmüddətli aktivlərin uçotu

2

4

6

7.


Büdcə təşkilatlarinda qisamüddətli öhdəliklərin uçotu

2

2

4



8.

Büdcə təşkilatlarında uzunmüddətli öhdəliklərin uçotu

2

2

4



9.

Büdcə idarə və təşkilatlarda gəlirlərin, xərclərin və mənfəətin (zərərin) uçotu


2


2


4

10.

Büdcə təşkilatlarında

2

4

6

11.

Büdcə təşkilatlarinin maliyyə vəziyyəti haqqinda hesabatlar


2


4


6

12.

Büdcə təşkilatlarinin maliyyə fəaliyyətinin nəticələri haqqinda hesabatlar


2


4


6

13.

Büdcə təşkilatlarinin pul vəsaitləri hərəkəti haqqinda hesabat


2


4


6

14.

Büdcə təşkilatlarında uçot siyasəti və izahlı qeydlər


4


5


9




Cəmi

30

45

75


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


      1. “Mühasibat uçotu” haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı-2004

      2. Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunu. Bakı-2003

      3. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il tarixli fərmanı.

      4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu və onun tətbiq edilməsi ilə əlaqədar qüvvəyə minmiş normativ-hüquqi aktların TOPLUSU. Bakı-2010

      5. “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”. Bakı-2012

      6. “A.R.Vahid büdcə təsnifatı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 №-li Qərarı. Bakı- 2004

      7. “Büdcə təşkilatlarında uçot və hesabat” tədris proqramı. Bakı-2012

      8. B.A.Xankişiyev “Büdcə prossesi və büdcə təsnifatı”. Bakı-2002

      9. Prof. D.A.Bağırov, prof. M.X.Həsənli “Maliyyə” dərs vəsaiti. Bakı-2011

      10. Ş.Ş.Bədəlov, R.B.Məhərrəmov, F.Ə.Qurbanov “Büdcə sistemi” (dərslik). Bakı-2003

      11. N.R.Quliyev “Beynəlxalq maliyyə kredit və valyuta münasibətləri”. Bakı-2010

      12. H.X.Əsədov, S.T.Talıbov “Dövlət Xərclərinin idarə edilməsi və xəzinədarlığın təşkili problemləri”. Bakı-2005

      13. M.Novruzov, E.İbrahimov “Büdcə sistemi” (dərslik). Bakı-2012

      14. A.Q.Mirzəyeva “Maliyyə hüququ” (dərslik). Bakı-2008

      15. S.Q.Borisova «Buxqalterskiy uçet v bödjetnıx orqanizaüiəx» (uçebnoe posobie). Moskva- 2007

BÜDCƏ UÇOTU VƏ HESABATI” FƏNNINDƏN MALİYYƏ İXTİSASI ÜÇÜN MÜHAZIRƏ MƏTINLƏRI


Fənn müəllimi : b/m. Hüseynov Z.M.
Mövzu 1. Büdcə təşkilatlarında uçotun nəzəri və metodoloji əsasları
Plan

1.Hesabdarliq və mühasibat uçotu tarixindən.

2.Mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində olan uçotdan bazar münasibətləri şəraitində aparılan uçota keçid.

3.Uçot və hesabat standartlarının hazırlanmasında beynəlxalq təşkilatlar vəonların

rolu.

4.Azərbaycanda mühasibat uçotu standartlarına əsaslanan prinsiplər.






    1. Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə